06 Yanvar 2026 17:31
1287
Elm və texnika
A- A+
Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğurunu əldə edib  

Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğurunu əldə edib  


Qarabağ Universiteti beynəlxalq keyfiyyət təminatı və qlobal tanınma istiqamətində mühüm nailiyyətə imza atıb.

AZƏRTAC xəbər verir ki, universitetin Biznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” ixtisasları dünyanın ən nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunub.

Bu akkreditasiya Qarabağ Universitetində hər iki ixtisas üzrə tədris olunan proqramların akademik məzmununun, təlim nəticələrinin və qiymətləndirmə mexanizmlərinin ACCA-nın beynəlxalq standartlarına tam uyğun olduğunu təsdiqləyir.

Akkreditasiya çərçivəsində “Mühasibat” və “Maliyyə” ixtisasları üzrə gələcək məzunlar 5 il müddətində ACCA-nın imtahanlarından (Business and Technology, Management Accounting, Financial Accounting, Corporate and Business Law) azad olunacaqlar.

Bu mühüm üstünlük tələbələrimizə beynəlxalq peşəkar sertifikatlaşma yolunda vaxt və resurslara qənaət etməklə yanaşı, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

ACCA akkreditasiyası Qarabağ Universitetinin beynəlxalq ali təhsil məkanına inteqrasiyasını gücləndirməklə yanaşı, tələbələrimiz üçün qlobal tanınma, geniş karyera imkanları və beynəlxalq maliyyə institutlarında çalışma perspektivləri yaradır.

Qeyd edək ki, Qarabağ Universitetində tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələr üçün qlobal imkanların açılması istiqamətində fəaliyyətlərə xüsusi önəm verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:30
08 Fevral

ABŞ vitse-prezidentinin səfəri: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ  

12:39
08 Fevral

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb  

12:17
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar  

11:17
08 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:03
08 Fevral

Gəncənin Şah Abbas məscidini ziyarət

10:55
08 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:45
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

10:13
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar  

10:01
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

09:01
08 Fevral

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!