06 Yanvar 2026 17:47
251
CƏMİYYƏT
A- A+
QHT Agentliyinin Müşahidə Şurasının tərkibi müəyyənləşib  

QHT Agentliyinin Müşahidə Şurasının tərkibi müəyyənləşib  


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa sədrliyi ümumi razılıq əsasında Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev edib.

O məlumat verib ki, Müşahidə Şurasında təmsil olunan qurumlar - Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi artıq nümayəndələrini təqdim edib. Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:

1) Elşad Məmmədli - Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;

2) Zaman Hüseynov - Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;

3) Elnarə Ənsari - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;

4) Fuad Məmmədov - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;

5) Rizvan Nəbiyev - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü;

6) Xatirə Vəliyeva - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;

7) Fizzə Mirzəyeva - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü;


Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərmanına əsasən, Şuranın 4 üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir.

Şuranın sədri Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 il müddətinə seçilir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

O, Fərmandan irəli gələrək, Müşahidə Şurasının sədrinin seçilməsini təklif edib. Müşahidə Şurasının üzvləri “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədovu Müşahidə Şurasına sədr seçib.

Fuad Məmmədov etimada görə Şura üzvlərinə minnətdarlığını çatdırıb, Şura üzvləri adından QHT-lərə göstərilən diqqət və qayğıya, bu sahədə aparılan genişmiqyaslı islahatlara görə Prezident İlham Əliyevə təşəkkür edib. O, Azərbaycanın Milli Qəhrəmanı, Aprel şəhidi olan polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevanın da Şura heyətində təmsil olunmasını şəhid ailələrinə olan həssas münasibətin növbəti təzahürü adlandırıb.

Fuad Məmmədov bildirib ki, artıq Agentliyin “İcraçı direktoru” vəzifəsi ləğv edilib, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılıb. Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.

Aygün Əliyeva İdarə Heyəti adından göstərilən etimada görə minnətdarlıq edib, bildirib ki, bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqlar yüksək səviyyədə icra ediləcək.

Daha sonra Müşahidə Şurası qeyd olunan Fərmandan irəli gələrək, 2 dövlət komissiyasında təmsil olunması üçün üzvlərini müəyyən edib. Rizvan Nəbiyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Xatirə Vəliyeva isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında Agentliyi təmsil edəcək.

Müşahidə Şurası müvafiq Fərmana uyğun olaraq, İdarə Heyətinə bir sıra tapşırıqlar verib. Bundan başqa, Agentliyinin 2026-cı il üzrə Fəaliyyət Planındakı prioritetlər müzakirə edilib. QHT Agentliyinin Naxçıvan Muxtar Respublikasında filialının yaradılması təklif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub

21:52
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!