06 Yanvar 2026 16:19
322
İQTİSADİYYAT
A- A+
Elektrik enerjisi ixracında 5 illik dinamika: 2023-cü il necə fərqləndi? – STATİSTİKA 

Elektrik enerjisi ixracında 5 illik dinamika: 2023-cü il necə fərqləndi? – STATİSTİKA 

2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycandan 1,22 milyard kVt/saat elektrik enerjisi ixrac olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu göstərici 1,75 milyard kVt/saat təşkil edib.

AZƏRTAC Media Təhlil Mərkəzinin (MTM) yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin ilk 11 ayı ilə müqayisədə elektrik enerjisi ixracında 30,1 faiz və ya 0,53 milyard kVt/saat azalma qeydə alınıb.

Təhlil göstərir ki, 2021-ci ilin ilk 11 ayında ixrac edilən elektrik enerjisinin həcmi 1,23 milyard kVt/saat olub. 2022-ci ildə isə əvvəlki illə müqayisədə 33 faiz və ya 0,4 milyard kVt/saat azalma baş verib və elektrik enerjisinin ixrac həcmi 0,83 milyard kVt/saat səviyyəsində formalaşıb. Ən yüksək artım dinamikası isə 2023-cü ilin ilk 11 ayı üzrə qeydə alınıb. Həmin dövrdə elektrik enerjisinin ixrac həcmi 3,92 milyard kVt/saat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 374,5 faiz və ya 3,09 milyard kVt/saat artım deməkdir.

2023-cü ilin ilk 11 ayında elektrik enerjisinin ən çox ixrac edildiyi ölkə 1,91 milyard kVt/saat ilə Türkiyə olub. Gürcüstana 1,88 milyard kVt/saat, Rusiyaya 0,1 milyard kVt/saat, İrana isə 0,03 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

2025-ci ilin ilk 10 ayı ərzində ümumilikdə 1,13 milyard kVt/saat elektrik enerjisi ixrac edilib. Həmin dövrdə elektrik enerjisinin əsas ixrac bazarları sırasında Türkiyə ön plana çıxıb və bu ölkəyə 0,52 milyard kVt/saat elektrik enerjisi göndərilib. Gürcüstana 0,5 milyard kVt/saat, Rusiyaya 0,09 milyard kVt/saat, İrana isə 0,02 milyard kVt/saat elektrik enerjisi ixrac olunub.

Ümumilikdə, təqdim olunan rəsmi statistika son illər ərzində elektrik enerjisinin ixracında kəskin artım və azalma mərhələlərinin müşahidə olunduğunu göstərir.

Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk 11 ayı ərzində ixrac olunan elektrik enerjisinin ümumi dəyəri 69,7 milyon dollar təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz və ya 24,2 milyon dollar azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında elektrik enerjisinin ixrac dəyəri 93,9 milyon dollar olub.

2021-ci ilin ilk 11 ayında Azərbaycandan 51,2 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib. 2022-ci ildə isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz və ya 13,7 milyon dollar artım qeydə alınıb və ixracın ümumi dəyəri 64,9 milyon dollar səviyyəsinə yüksəlib. 2023-cü ilin ilk 11 ayı elektrik enerjisinin ixrac dəyəri baxımından kəskin artımla yadda qalıb. Belə ki, həmin dövrdə 379,3 milyon dollar həcmində elektrik enerjisi ixrac olunub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 484,8 faiz və ya 314,4 milyon dollar artım deməkdir.

Ümumilikdə, təqdim olunan məlumatlar son illər ərzində elektrik enerjisinin ixrac dəyərində əhəmiyyətli dalğalanmaların müşahidə olunduğunu göstərir.

Rəsmi statistik məlumatların təhlilinə əsasən, 2025-ci ilin ilk 11 ayı ərzində ixrac olunan elektrik enerjisinin 1000 kVt/saat üzrə orta qiyməti 57,1 dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu göstərici 53,8 dollar olub. Beləliklə, 2025-ci ildə elektrik enerjisinin ixrac qiymətində 6,1 faiz və ya 3,3 dollar artım müşahidə edilib.

Qeyd olunduğu kimi, 2024-cü ilin ilk 11 ayında ixrac edilən elektrik enerjisinin 1000 kVt/saat üzrə orta qiyməti 53,8 dollar təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,3 faiz və ya 42,9 dollar azalma deməkdir. 2023-cü ilin ilk 11 ayında isə ixrac olunan elektrik enerjisinin 1000 kVt/saat üzrə orta qiyməti 96,7 dollar olub. Bu göstərici son beş ilin ilk 11 ayı üzrə qeydə alınmış ən yüksək qiymət kimi dəyərləndirilir və 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz və ya 18,3 dollar artım deməkdir. 2021-ci ilin ilk 11 ayında ixrac edilən elektrik enerjisinin 1000 kVt/saat üzrə orta qiyməti isə 41,5 dollar səviyyəsində formalaşıb.

Ümumilikdə təqdim olunan məlumatlar son illər ərzində elektrik enerjisinin ixrac qiymətlərində nəzərəçarpacaq dəyişkənliyin müşahidə olunduğunu göstərir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:09
28 Yanvar

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

01:08
28 Yanvar

Zelenski: Xarkovda sərnişin qatarına edilən dron hücumu nəticəsində 4 nəfər həlak olub  

00:28
28 Yanvar

Marko Yankoviç: Meydanda müsbət nəticə əldə etməyə çalışacağıq  

23:52
27 Yanvar

Qurban Qurbanov: “Liverpul”a qarşı həddindən artıq diqqətli olmalıyıq  

23:51
27 Yanvar

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

23:36
27 Yanvar

Qurban Qurbanov: Futbolçularıma inanıram

23:23
27 Yanvar

Lavrov Rusiyada akkreditə olunmuş MDB ölkələrinin səfirləri ilə görüşüb  

21:53
27 Yanvar

Zelenski ərazi məsələləri və Zaporojye AES-lə bağlı Putinlə görüşə hazırdı  

21:34
27 Yanvar

Rusiya ordusu dronlarla Xarkovda sərnişin qatarına hücum edib, xəsarət alanlar var  

20:26
27 Yanvar

Kanadalı politoloq: Azərbaycan daha geniş iqtisadi və siyasi müzakirələrin ciddi iştirakçısı kimi nəzərdən keçirilir 

20:13
27 Yanvar

Stiven Bay: Həm turistlər, həm də işgüzar şəxslər yüksəkkeyfiyyətli interneti əsas xidmət kimi qəbul edirlər 

19:39
27 Yanvar

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

19:26
27 Yanvar

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

19:11
27 Yanvar

Azərbaycan və Türkiyə dəmir yolu sektorunda əməkdaşlığı inkişaf etdirəcək

19:03
27 Yanvar

Türkiyə Prezidenti: Suriyadakı proseslər terror təhlükəsinin tam aradan qaldırılacağına inamı gücləndirir  

18:55
27 Yanvar

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:39
27 Yanvar

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

18:28
27 Yanvar

ABŞ–Azərbaycan münasibətlərində ümidverici siqnallar müşahidə olunur

18:19
27 Yanvar

Odessaya hava hücumu zamanı ölənlərin sayı 3 nəfərə çatıb  

18:14
27 Yanvar

Londonda Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclası keçirilib

18:11
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!