27 Yanvar 2026 19:26
222
SİYASƏT
A- A+
Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Baş nazir Əli Əsədovun sədrliyi ilə yanvarın 27-də Nazirlər Kabinetində “Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş nazir çıxışında Xəzər dənizinin Azərbaycana mənsub bölməsindəki neft-qaz yataqlarında Sovet İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlərin dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini, eyni zamanda, uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.

Kompleks Tədbirlər Planı ilə bağlı Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadənin təqdimatla çıxışı olub və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun məruzələri dinlənilib.

Eyni zamanda, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məruzələri və digər çıxışlar dinlənilib.

Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dənizətrafı mühitin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.

Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

19:26
27 Yanvar

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

18:28
27 Yanvar

Dövlət Məşğulluq Agentliyi ötən il görülmüş işləri və builki hədəfləri açıqlayıb

17:31
27 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:01
27 Yanvar

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib  

16:38
27 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

16:37
27 Yanvar

Fransanın xarici işlər naziri: Paris Cənubi Qafqazda münasibətlərin normallaşması səylərini dəstəkləyir  

16:24
27 Yanvar

Azərbaycan və Vyetnamın statistika qurumları əməkdaşlığı genişləndirir

16:21
27 Yanvar

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

16:20
27 Yanvar

Son beş ildə ARDNF aktivlərini təxminən 70 faiz artıraraq maliyyə dayanıqlığını möhkəmləndirib 

16:17
27 Yanvar

Ankarada Türkiyə və Fransa xarici işlər nazirlərinin görüşü olub

15:19
27 Yanvar

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərib  

14:52
27 Yanvar

Monqolustan səfiri ilə şəhərsalma və WUF13-də iştirak məsələləri müzakirə edilib  

14:30
27 Yanvar

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

14:28
27 Yanvar

Səfir: Antisemitizm köklü şəkildə aradan qaldırılmalıdır 

14:21
27 Yanvar

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır  

14:03
27 Yanvar

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

13:50
27 Yanvar

Masallıda şəhidlərin xatirəsi əziz tutulur

13:42
27 Yanvar

Sumqayıtda piyada səkiləri yenilənir  

13:41
27 Yanvar

Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir  

13:39
27 Yanvar

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB    

13:38
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!