27 Yanvar 2026 17:31
826
CƏMİYYƏT
A- A+
Dövlət Məşğulluq Agentliyi ötən il görülmüş işləri və builki hədəfləri açıqlayıb

Dövlət Məşğulluq Agentliyi ötən il görülmüş işləri və builki hədəfləri açıqlayıb

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyində ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib.

Agentlik rəhbəri qeyd edib ki, onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub: “Proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri sırasına 2025-ci ildə daha 5 yeni zərf (kotançılıq, qəssab, avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri, avtorazval xidməti və özünəxidmət avtoyuma) əlavə edilib, digər zərflərin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Bundan başqa, ötən il ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib”.

“Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinin uğurla davam etdirildiyini diqqətə çatdıran Hasil Abbasov bildirib ki, özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan bu layihə üzrə 2020-2025-ci illərdə 26,7 min nəfər üçün kiçik bizneslər qurulub. Növbəti mərhələdə isə layihə üzrə daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək.

Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 18,4 min şəxs üçün peşə hazırlığı kursları təşkil edib, Bakı və bölgələrdə ümumilikdə 18 mindən çox vakansiyanın təqdim edildiyi 218 əmək yarmarkası keçirib, 343 min şəxsə düzgün peşə seçiminə dəstək məqsədli peşəyönümlü xidmətlər göstərib. “PeşəFest” tədbirlərinin davam etdirildiyi ötən ildə Naxçıvan və Bakıda Gələcəyin Peşələri Sammiti də keçirilib.

Əməkhaqqının birgə maliyyələşməsi proqramının icrası, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması işlərinin davam etdirildiyi qeyd olunub. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 8 mindən çox şəxsin məşğulluğunun təmin olunduğu diqqətə çatdırılıb.

Mətbuat konfransında Agentliyin ötənilki beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs olunub, qurumun keçən il Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçildiyi, 13 beynəlxalq mükafata layiq görüldüyü bildirilib.

Dövlət Məşğulluq Agentliyinin 2026-cı il üzrə hədəflərindən də bəhs olunub və media nümayəndələrinin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!