06 Yanvar 2026 19:37
353
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir.

AZƏRTAC-ın xəbərinə görə, nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and Finance” internet resursunun, habelə beynəlxalq analitik portal olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. Materialda bununla bağlı yanlış məlumatları təkzib edən dövlətimizin başçısının sözləri sitat gətirilir: “Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Türkiyənin aparıcı media orqanları da Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb. Qardaş ölkənin televiziya kanalları, xəbər agentlikləri və qəzetləri Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının vacibliyi ilə bağlı fikirlərinə, eləcə də Prezident İlham Əliyevin Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi ilə bağlı açıqlamalarına diqqət yetiriblər.

Azərbaycan Prezidentinin türk dövlətləri ilə münasibətlərin inkişafı ilə bağlı mövqeyi də diqqət mərkəzində olub.

Xəbərlərdə və reportajlarda dövlətimizin başçısının qlobal proseslər, Zəngəzur dəhlizinin işə salınması və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

Gürcüstan mediası da Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb.

Nüfuzlu “resonancdaily.com”, “bpn.ge”, “interpress.ge”, “qafqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası və onun rəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.

Əksəriyyəti AZƏRTAC-a istinadla yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur dəhlizinin işə salınması, Çindən və Orta Asiyadan yüklərin bu dəhliz vasitəsilə daşınması, eləcə də qlobal proseslər və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

Yaxın Şərqin ortaq portalı olan “Salem”, həmçinin “Europa Press” qəzetinin materiallarında qeyd olunur ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Fələstinin səfirliyinin də fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməli olduğunu bildirib. Prezident əlavə edib: “Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz”.

Nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”, “əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.

Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.

İspandilli “Demcrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”, “İtongadol”, “İnfobae” agentlik və portallarında dərc olunan xəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansı əməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstanda sülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştirak etmədiyini diqqətə çatdırıb.

Beynəlxalq iqtisadiyyat portalı “İnvesting.com”, İsrailin “The Jerusalem Post”, “Israelhayom”, “Time of Israel” qəzetləri, rus dilində nəşr olunan “Vesti İzrail” portalı, Bolqarıstanın “Dnevnik” nəşri, Yunanstanın “Skai” internet resursu da Azərbaycan Prezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağına sülhməramlıların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatları təkzib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinə diplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını, həmçinin bununla bağlı təəssüfləndiyini bildirib.

Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlara Pakistanın “Ummat”, “Dawn”, Hindistanın “Shafaqna India”, İranın “Mehr” agentliyi, “Tahlil İran” və “Vista” portallarının dərc etdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslam Əməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, amma Qəzzada, ümumiyyətlə, hər hansı xarici məkanda heç bir əməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında

01:55
08 Yanvar

"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:54
08 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında

01:53
08 Yanvar

BİLDİRİŞ

01:53
08 Yanvar

Rubio: ABŞ-ın Venesuela ilə bağlı üç mərhələli planı var  

23:51
07 Yanvar

Rubio: Venesuela rəhbərliyi ələ keçirilən neft tankeri ilə bağlı bizimlə əməkdaşlıq edir  

23:41
07 Yanvar

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub

21:52
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!