06 Yanvar 2026 17:27
346
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir 

Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir 


Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb. Bu ənənəyə uğun olaraq Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına növbəti müsahibəsini verdi. Ötən ili tarixi il kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu.

Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini həm siyasi, həm iqtisadi müstəvidə görürük. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər uğurla irəliyə addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll etməyə imkan verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü qoruyaraq qazandığı diplomatik uğurlardan bəhs edib. Bildirib ki, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz 907-ci düzəlişin ləğvini xüsusi qeyd etməliyik: “Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində bu məsələyə xüsusi diqqət yönəltdi. Prezident İlham Əliyevin ötən il avqustun 8-də ABŞ-a işgüzar səfəri çərçivəsində əldə olunan mühüm razılaşmalardan biri məhz ədalətsiz 907-ci düzəlişin ləğvi oldu. Bu düzəlişin tətbiq edildiyi dövrün reallıqları məlumdur. Həmin illərdə ölkəyə rəhbərlik edən ünsürlərin Azərbaycanı hansı duruma saldıqları tariximizin faciəli səhifəsi kimi daim vərəqlənir. Hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünü dövlətin deyil, özlərinin şəxsi maraqları düşündürürdü. Təsadüfi insanların hakimiyyəti zəbt etməsi Azərbaycanı məhvə doğru aparırdı. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni diasporunun, anti-Azərbaycan qüvvələrin yalanlarının ayaq tutub yeriməsinə yol açmışdı. ABŞ Konqresi belə bir şəraitdə Azərbaycana qarşı ədalətsiz qərarı tətbiq etdi.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkib hissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imza atıldı. D-8 təşkilatına üzv qəbul olunduq. Azərbaycanın bu təşkilatda artıq rəsmən iştirakı bizə göstərilən hörmətin əlamətidir və dövlətimizin apardığı müstəqil siyasətin nəticəsidir.

“Prezident İlham Əliyevin xarici ölkələrə, onların liderlərinin Azərbaycana çoxsaylı səfərləri, Prezidentimizin beynəlxalq tədbirlərdə iştirakı, qlobal çağırışların yerinə yetirilməsində Azərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi və sair kimi məqamlar da xarici siyasətimizin uğurları sırasındadır. Ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Xankəndidə Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu və sair kimi beynəlxalq tədbirlər keçirildi. Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə Görüşünün keçirilməsinin təşəbbüsçüsü də Azərbaycan Prezidenti İlham Əliyevdir. Həmin təşəbbüsə uyğun olaraq ötən il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirildi”, - deyə deputat bildirib.

O, diqqəti ötən ilin iqtisadi uğurlarına da yönəldərək deyib: “Prezident İlham Əliyevin budəfəki müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, həmçinin onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatı oldu. Müsahibədə bu məqamı xüsusi qeyd edildi ki, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir. Bir neçə il bundan əvvəl xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. “Rəqəmlər, əlbəttə ki, vacibdir, lakin ən önəmlisi insanların gündəlik həyatı və ölkənin iqtisadi imkanlarıdır” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, iqtisadiyyat nə qədər böyükdürsə, hər bir faiz artımının dəyəri də bir o qədər yüksək olur. Belə ki, iqtisadiyyatın həcmi təxminən 70-80 milyard ABŞ dolları olduqda, hər bir faiz artımı demək olar ki, 1 milyard dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzində əldə etmək isə asan məsələ deyil. Sözügedən müsahibədə Azərbaycanın qaz ixracı sahəsində qazanılan uğurlara da diqqət yönəldildi. Reallıq budur ki, həcm və coğrafiya baxımından qaz ixracımız artır. Azərbaycan indiyədək 11-i müntəzəm əsasda olmaqla 14 ölkəni qazla təchiz edib. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunaraq onların sayı 16 olacaq. Bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub.

Deputat bildirib ki, tarixi Zəfərimizin reallıqları fonunda əsas hədəflərdən biri məhz Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Prezident İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət yönəltməsin. Dövlət başçısının qeyd edilən müsahibəsi də bu baxımdan diqqətdədir. Prezident İlham Əliyev bu çağırışı etdi ki, əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Bu gün artıq 70 min insan orada yaşayır.

V.Rəhimzadə ümumiləşdirilmiş şəkildə bildirib ki, atılan bütün addımlar müasir müstəqil, qalib Azərbaycanın gələcəyinə xidmət edir. Azərbaycan ən sabit, təhlükəsiz ölkələr sırasındadır. Ölkəmizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Şəffaflığın təmin edilməsi əsas prioritetlər sırasındadır. Prezident İlham Əliyev müsahibəsində bir daha bu çağırışı etdi ki, hər halda ümumi inkişafımız üçün hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq. Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:09
28 Yanvar

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

01:08
28 Yanvar

Zelenski: Xarkovda sərnişin qatarına edilən dron hücumu nəticəsində 4 nəfər həlak olub  

00:28
28 Yanvar

Marko Yankoviç: Meydanda müsbət nəticə əldə etməyə çalışacağıq  

23:52
27 Yanvar

Qurban Qurbanov: “Liverpul”a qarşı həddindən artıq diqqətli olmalıyıq  

23:51
27 Yanvar

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

23:36
27 Yanvar

Qurban Qurbanov: Futbolçularıma inanıram

23:23
27 Yanvar

Lavrov Rusiyada akkreditə olunmuş MDB ölkələrinin səfirləri ilə görüşüb  

21:53
27 Yanvar

Zelenski ərazi məsələləri və Zaporojye AES-lə bağlı Putinlə görüşə hazırdı  

21:34
27 Yanvar

Rusiya ordusu dronlarla Xarkovda sərnişin qatarına hücum edib, xəsarət alanlar var  

20:26
27 Yanvar

Kanadalı politoloq: Azərbaycan daha geniş iqtisadi və siyasi müzakirələrin ciddi iştirakçısı kimi nəzərdən keçirilir 

20:13
27 Yanvar

Stiven Bay: Həm turistlər, həm də işgüzar şəxslər yüksəkkeyfiyyətli interneti əsas xidmət kimi qəbul edirlər 

19:39
27 Yanvar

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

19:26
27 Yanvar

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

19:11
27 Yanvar

Azərbaycan və Türkiyə dəmir yolu sektorunda əməkdaşlığı inkişaf etdirəcək

19:03
27 Yanvar

Türkiyə Prezidenti: Suriyadakı proseslər terror təhlükəsinin tam aradan qaldırılacağına inamı gücləndirir  

18:55
27 Yanvar

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:39
27 Yanvar

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

18:28
27 Yanvar

ABŞ–Azərbaycan münasibətlərində ümidverici siqnallar müşahidə olunur

18:19
27 Yanvar

Odessaya hava hücumu zamanı ölənlərin sayı 3 nəfərə çatıb  

18:14
27 Yanvar

Londonda Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclası keçirilib

18:11
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!