06 Yanvar 2026 18:16
303
SİYASƏT
A- A+
Deputat: 907-ci düzəlişin icrasının dayandırılması Prezident İlham Əliyevin siyasi uğurudur  

Deputat: 907-ci düzəlişin icrasının dayandırılması Prezident İlham Əliyevin siyasi uğurudur  


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində “Azadlığa Dəstək Aktı” barədə və ABŞ-Azərbaycan münasibətlərinə dair fikir bildirib. O, müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən 907-ci düzəlişin Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini və bu düzəlişin tamamilə ləğvinin labüdlüyünü əsaslandırıb. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən düzəlişi təsdiqləyib.

Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

“Aktın 907-ci maddəsi Birinci Qarabağ müharibəsindən başlayaraq 30 il ərzində müxtəlif dövrlərdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Dövlətimizin başçısı isə bu prosesdə xüsusi aktiv olan şəxsin o dövrdə senator kimi, sonra vitse-prezident, daha sonra Prezidentliyi dövründə Co Bayden olduğunu bildirib. Belə ki, Bayden administrasiyası Əfqanıstan əməliyyatlarından sonra nankorcasına 907-ci düzəlişi yenidən canlandırıb, bunu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Ancaq Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda, ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Buna baxmayaq, ABŞ qoşunları Əfqanıstanı tərk etdikdə Azərbaycanın dəstəyi heç olmamış kimi unudulub. Aktın 907-ci düzəlişinin, sonrakı dövrlərdə dərin ikili standartlarla Azərbaycana qarşı görülən tədbirlər və təşəbbüslərin həmmüəllifləri arasında ermənipərəst Senator Bob Memendez və Frank Peloni kimi şəxslər də olub. Onlar müxtəlif dövrlərdə 907-ci düzəlişin dayandırılması və ləğvinin Prezident səlahiyyətlərindən çıxarılmasına çalışıblar. Bob Menendez, həmçinin uzun illər ərzində Azərbaycan haqqında mənfi narrativlərin formalaşdırılmasında mərkəzi rol oynayıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri kimi o, ABŞ–Azərbaycan əməkdaşlığına ardıcıl şəkildə qarşı çıxıb, 907-ci düzəlişlə bağlı məhdudiyyətləri qətiyyətlə dəstəkləyib, açıq şəkildə Azərbaycanı insan hüquqlarının pozulmasında və aqressiyada ittiham edib. B.Menendez sonradan federal səviyyədə rüşvət və korrupsiya ittihamları ilə məhkum edilib və siyasi etibarlılığını birdəfəlik itirib. Frank Peloni də ABŞ Konqresində, xüsusilə də qanunvericilik müstəvisində, Azərbaycanla bağlı mənfi siyasi narrativin formalaşdırılmasında ən fəal fiqurlardan biri olub. Ermənipərəst konqres üzvü kimi tanınan F.Peloni erməni diasporu səbəbindən daim birtərəfli qaydada Azərbaycana qarşı lobbi aparıb. 2020-ci il Vətən müharibəsi zamanı və sonrakı mərhələlərdə Azərbaycanın əleyhinə sərt mövqedən çıxış edib”, - deyə deputat vurğulayıb.

P.Vəliyeva 2025-ci il avqustun 8-də Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəldiyini deyib. O qeyd edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə bunun əyani sübutudur. “Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qurulan uğurlu əməkdaşlığın nəticəsi olaraq “Azadlığa Dəstək Aktı”nın 907 saylı düzəlişinin icrasını dayandıran sənəd imzalanıb. Həmçinin Azərbaycan-ABŞ strateji tərəfdaşlığı enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsi olmaqla üç əsas istiqaməti əhatə edir. Strateji İşçi Qrupu isə regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın ölkəmizdəki iqtisadi fəallığı deməkdir”, - deyə deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!