02 Yanvar 2026 14:57
721
SİYASƏT
A- A+
Hikmət Hacıyev: Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib

Hikmət Hacıyev: Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib

Donald Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə böyük sədaqət nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Tramp administrasiyasının dərhal qarşılıqlı yanaşması və tam şəkildə prosesə cəlb olunması xüsusilə təqdirəlayiqdir.

Hikmət Hacıyev vurğulayıb ki, ABŞ tərəfindən Azərbaycana qarşı mövcud məhdudiyyətlərin davam etdirilməsi sülh prosesinə ziddir. O qeyd edib ki, həm Azərbaycan, həm də Ermənistan hökumətləri sülhün möhkəmləndirilməsi istiqamətində çətin bir yol qət edir. Bununla yanaşı, ABŞ Konqresində bəzi dairələrin tamamilə zəruri olmayan və parçalanmaya səbəb olan qanunvericilik təşəbbüsləri irəli sürdüyünü bildirib.

“Bayden və Blinken administrasiyası dövründə, təəssüf ki, çoxlu anlaşılmazlıqlar yaşandı və bu anlaşılmazlıqlar münasibətlərimizə xeyli zərər vurdu”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.

O əlavə edib ki, Azərbaycan Ermənistanla iqtisadi əlaqələr qurmaq istiqamətində addımlar atır. Bu çərçivədə Ermənistana neft məhsullarının ixracı və taxıl tədarükünün təmin edilməsi həyata keçirilir. Onun sözlərinə görə, bu addımlar simvolik görünə bilər, lakin mühüm geosiyasi məna daşıyır. “Biz yalnız Ermənistan hökuməti ilə deyil, Ermənistan xalqı ilə də sülh qururuq”, - deyə H.Hacıyev bildirib.

Prezident Administrasiyasının şöbə müdiri, həmçinin Azərbaycanın dini plüralizm modelinin ölkəni qeyri-sabit regionda Qərb üçün təbii tərəfdaş etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda əsrlər boyu yəhudi, xristian və müsəlman icmaları yanaşı yaşayır. “Bu, bizim ənənəmiz və kimliyimizdir. Sülh gündəliyimizə daha güclü qərarlılığımız var və bu istiqamətdə Tramp administrasiyasının tam dəstəyini görürük”, - deyə Hikmət Hacıyev əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib  

22:00
26 Yanvar

ABŞ-a yağan güclü qar səbəbindən ölənlərin sayı 18-ə çatıb  

20:59
26 Yanvar

SOCAR-ın prezidenti Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru ilə görüşüb  

20:43
26 Yanvar

Gideon Saar: İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir  

20:30
26 Yanvar

Ekspert: “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi xərclər və gəlirlərin real vaxtda idarə olunmasına imkan verəcək  

20:13
26 Yanvar

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı İnzibati Məhkəməsinin müraciəti əsasında qərardad qəbul edilib  

20:04
26 Yanvar

Azərbaycan-İsrail biznes forumunda iqtisadi əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub 

19:54
26 Yanvar

Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb  

19:47
26 Yanvar

“Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur  

19:44
26 Yanvar

İdarə Heyətinin sədri: Əlilliyin təyin olunması və reabilitasiya xidmətləri ilə bağlı hədəflərimiz var  

19:37
26 Yanvar

Azərbaycanın dini tolerantlıq modeli Qüdsdə təqdim olunub

19:32
26 Yanvar

Süni intellekt trendləri Azərbaycanın rəqəmsal inkişaf strategiyasına necə inteqrasiya oluna bilər?  

19:23
26 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Çinə və Moldovaya təhvil verib  

19:11
26 Yanvar

Davos Forumu İlham Əliyevin qlobal lider, Azərbaycanın isə strateji müttəfiq ola biləcək dövlət olduğunu göstərdi

19:07
26 Yanvar

TÜRKPA ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlıq müzakirə olunub  

18:46
26 Yanvar

Vətəndaşların pensiya kapitalı nə qədər artacaq? 

18:40
26 Yanvar

Qlobal maliyyə nəhəngi “BlackRock” ilə əməkdaşlıq Azərbaycan Prezidentinin xarici siyasətinin daha bir təzahürü kimi 

18:27
26 Yanvar

Çexiya hökuməti müdafiə xərclərini artırmağı planlaşdırır  

18:21
26 Yanvar

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib  

18:01
26 Yanvar

Malayziyada vəfat edən ANAMA-nın əməkdaşının nəşinin ölkəmizə gətirilməsi üçün tədbirlər görülür  

17:56
26 Yanvar

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında işgüzar səfərdə olub  

17:42
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!