26 Yanvar 2026 18:01
527
İQTİSADİYYAT
A- A+
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib  

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib  


Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələ başlanır. Prezident İlham Əliyevin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeni informasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir.

RDMİS-in sahibi və operatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” bu altsistemlərə daxildir.

Əsasnaməyə görə tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət və icmal büdcələrin gəlir və xərclərinin idarə edilməsini, dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti, dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqini, dövlət investisiya layihələrinin qiymətləndirilməsini və maliyyələşdirilməsini, dövlət büdcəsinin kassa icrasını və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş idarə olunmasını, mühasibat uçotu, həmçinin dövlət rüsumları, inzibati cərimələr, elektron müqavilələr, elektron mühasibat uçotu və digər mühüm istiqamətləri əhatə etməklə maliyyə əməliyyatları üzrə məlumatların real vaxt rejimində toplanmasını və təhlilini təmin edəcək.

Yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün elektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyə məlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərar qəbuletmə prosesində analitik imkanları genişləndirəcək.

Fərmanın icrası ilə bağlı Maliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində sistemin formalaşdırılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemləri ilə inteqrasiyası və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!