26 Yanvar 2026 15:36
161
SİYASƏT
A- A+
Pakistanlı politoloq: İlk sənaye neft quyusuna ev sahibliyi edən Azərbaycan bu gün yaşıl enerji liderliyinə iddialıdır  

Pakistanlı politoloq: İlk sənaye neft quyusuna ev sahibliyi edən Azərbaycan bu gün yaşıl enerji liderliyinə iddialıdır  


Azərbaycan İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsini qeyd etdikdən sonra Bakıda sevinc ab-havası ilə yanaşı, dərin gözləntilər də mövcud idi. Belə ki, ərazi bütövlüyünün bərpasının son deyil, yeni və iddialı gələcəyin təməli olduğu açıq şəkildə müşahidə olunurdu. Məhz bu tarixi fürsət çərçivəsində Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Bu strateji yol xəritəsi postsovet məkanında resurslara əsaslanan bir respublikanı dayanıqlı, yüksək gəlirli və rəqabətqabiliyyətli dövlətə çevirmək niyyətinin bəyanatıdır. Əsas məqsəd isə təmiz ətraf mühit və müasir həyat standartlarını inkişaf etdirməkdir. Çünki dünyanın iqlim dəyişikliyi və iqtisadi qeyri-sabitliklə üz-üzə qaldığı bir vaxtda Azərbaycan da istiqamətini dəyişir. Saf neft asılılığı dövrü yekunlaşır, onun yerini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun, şaxələndirilmiş, inklüziv və əsaslı şəkildə yaşıl iqtisadiyyat vizyonu tutur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Avrasiya əlaqələri, resurs diplomatiyası və davamlı inkişaf üzrə ixtisaslaşmış geoiqtisadi məsələlər üzrə pakistanlı analitik və politoloq İmran Bhatti deyib.

O qeyd edib ki, onilliklər ərzində Azərbaycanın iqtisadi nəbzi qlobal neft qiymətləri ilə sinxron döyünüb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı Sərəncam isə bu asılılığı yekunlaşdırmağı hədəfləyir. Əsas prioritet xam neft ixracına deyil, qeyri-neft sektorlarına, özəl sektorun fəallığına və birbaşa xarici investisiyalara əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır. Bu siyasətin uğurlu nəticələri isə artıq müşahidə olunur. Ələt Azad İqtisadi Zonası ən bariz nümunələrdən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası yüksək texnologiyalı, ixracyönümlü sənaye mərkəzi kimi dizayn edilib. Unikal hüquqi rejim və vergi güzəştləri təklif edən zonada birinci mərhələ tamamlanıb, 2025-ci ilin yanvarında isə yük dövriyyəsini 25 milyon tona çatdıracaq ikinci mərhələnin genişləndirilməsi təsdiqlənib. Bu zona Şərqlə Qərbi birləşdirən logistika mərkəzinə çevrilməyə davam edir. Qeyri-neft sektorlarında müşahidə edilən artımın da təsirləri Bakının və regionların canlanan iqtisadi həyatında – logistika, kənd təsərrüfatı və turizmdə yaranan yeni iş yerlərində aydın görünür.

“XXI əsrdə hər bir dövlətin əsas sərvəti insan kapitalıdır. Azərbaycan isə bu çərçivədə təhsil sistemini və innovasiya ekosistemini köklü şəkildə yeniləməyi hədəfləyir. Məqsəd bilik iqtisadiyyatını irəli aparacaq rəqəmsal nəsil formalaşdırmaqdır. Bunu Bakı və Gəncədə fəaliyyət göstərən Azərbaycan İnnovasiya Mərkəzlərində, SABAH HUB-da görmək mümkündür. Burada gənc sahibkarlar ideyalarını real biznesə çevirirlər. Həmçinin təhsil sistemində peşə təhsilinə xüsusi diqqət ayrılır, rəqəmsal savadlılıq ibtidai siniflərdən başlayır. Texnoparklarda IT şirkətləri üçün vergi güzəştləri tətbiq olunur. PISA göstəricilərinin yaxşılaşdırılması, universal rəqəmsal savadlılıq və elmi-tədqiqat xərclərinin artırılması 2030-cu ilin hədəfləri arasındadır.

Bundan əlavə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, ağıllı şəhər və kəndlərin yaradılması da bu prioritetin əsasını təşkil edir. Zəngilanın Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsi də xüsusi simvoldur. Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanları, Şuşada yeni yaşayış kompleksləri, Ağdam Sənaye Parkı, Zəfər yolu və hidroelektrik stansiyalar bölgənin iqtisadi dirçəlişini təmin edir. Əsas çağırış isə minatəmizləmə prosesinin mürəkkəbliyi ilə bağlıdır”, - deyə pakistanlı politoloq vurğulayıb.

İmran Bhatti dünyanın ilk sənaye neft quyusuna ev sahibliyi edən Azərbaycanın bu gün yaşıl enerji liderliyinə iddialı olduğuna diqqət çəkərək deyib: “Məqsəd 2030-cu ilə qədər elektrik istehsalında bərpaolunan mənbələrin payını 30 faizə çatdırmaqdır. Çünki Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasına çevrilməlidir.

Nəticə olaraq düşünürəm ki, Azərbaycan Qarabağ müharibəsindən sonra külək və Günəş enerjisi ilə formalaşan yeni inkişaf modelini seçən bir ölkə kimi görünür. Bu strategiya Qələbəni yalnız torpaqların deyil, gələcəyin də geri qaytarılması kimi təqdim edir. Bakıdakı gənc sahibkarlar, doğma yurdlarına qayıdan ailələr və Muğanın yaşıl düzlərində çalışan fermerlər üçün “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, eyni zamanda, firavan, innovativ və dayanıqlı gələcəyə verilən vəddir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 78 milyon dollar olub  

16:54
26 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

16:53
26 Yanvar

Azərbaycan Keniya məktəbinə növbəti dəfə humanitar yardım göstərib  

16:52
26 Yanvar

Mikayıl Cabbarov: Azərbaycan İsrailin enerji sektorunda əhəmiyyətli investor kimi çıxış edir  

16:50
26 Yanvar

AZPROMO: Azərbaycan-İsrail biznes forumu tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyimizi nümayiş etdirir  

16:50
26 Yanvar

Azərbaycan ilə İsrail XİN-ləri beynəlxalq və regional məsələləri müzakirə ediblər  

16:49
26 Yanvar

Çinin rəsmi agentliyi Azərbaycanla yaşıl energetika sahəsində əməkdaşlıqdan yazıb  

16:48
26 Yanvar

Mikayıl Cabbarov: Azərbaycan və İsrail işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır  

16:47
26 Yanvar

Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  

16:46
26 Yanvar

YAP Sədrinin müavini Tahir Budaqov Vyetnam Kommunist Partiyasının Baş katibi ilə görüşüb  

16:45
26 Yanvar

Nazir: Azərbaycanda İsrail investisiyalı 130 kommersiya qurumu fəaliyyət göstərir  

16:44
26 Yanvar

Dünya neft bazarı geosiyasi təsirlər altındadır

16:43
26 Yanvar

Asiya Parlament Assambleyasında sədrlik rəsmi olaraq Bəhreyn Nümayəndələr Şurasına təhvil verilib  

16:42
26 Yanvar

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında sənəd imzalanıb  

16:26
26 Yanvar

Milli Məclisin sədri: Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır  

16:26
26 Yanvar

Ukrayna ordusu Kubandakı neft emalı zavodunu vurduğunu təsdiqləyib

16:17
26 Yanvar

Pakistanlı politoloq: İlk sənaye neft quyusuna ev sahibliyi edən Azərbaycan bu gün yaşıl enerji liderliyinə iddialıdır  

15:36
26 Yanvar

Daha 100 nəfər keçmiş məcburi köçkün Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə qayıdıb - YENİLƏNİB 

15:21
26 Yanvar

“Qarabağ” "Liverpul"la oyun üçün İngiltərəyə yollanıb  

15:13
26 Yanvar

Ekspert: Ankara Ermənistandakı proseslərə xüsusi diqqət yetirməlidir  

15:07
26 Yanvar

Azərbaycan və İsrail XİN başcıları arasında geniştərkibli görüş keçirilib  

15:01
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!