26 Yanvar 2026 16:43
475
İQTİSADİYYAT
A- A+
Dünya neft bazarı geosiyasi təsirlər altındadır

Dünya neft bazarı geosiyasi təsirlər altındadır


Suriyanın “Syrian Petroleum” dövlət neft şirkəti Raqqa və Deyr əz-Zor regionlarında neft hasilatına başlayıb. Bu barədə məlumat verən şirkətin kommunikasiyalar üzrə direktoru Satvan Şeyx Əhməd onu da bildirib ki, sutkada 100 min barel həcmində hasil olunan neft Homs və Bəniyas neft ayırma zavodlarına göndərilir. Onun sözlərinə görə yaxın günlərdə daha çox neft hasil edilərək dünya bazarına çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, bununla yanaşı Davos Dünya İqtisadi Forumundan qayıdan ABŞ Prezidenti Donald Tramp mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib ki, Venesueladan qaçaqmalçılıq yolu ilə çıxarılan və ABŞ-ın Hərbi Dəniz Qüvvələri tərəfindən həbs olunaraq müsadirə edilən 9 milyon ton xam neft Texasdakı neftayırma zavoduna göndərilib. Prezident bildirib ki, ABŞ şirkətləri Venesuelanın neft sənayesinə sərmayə yatıraraq 50 milyard barel neft hasil edəcəklər. Bu hadisələrlə əlaqədar olaraq dünya bazarında neftin qiyməti 0,9 dollar ucuzlaşıb. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin, o cümlədən “Avraam Linkoln” hərbi təyyarələr daşıyan gəmisinin körfəzə daxil olaraq İranı təhdid etməsi hərbi əməliyyatların başvermə ehtimalını artırıb. Eyni zamanda, Qazaxıstanda elektrik enerjisinin kəsintisi ilə əlaqədar olaraq “Tengiz” və “Koralev” yataqlarından neft hasilatının müvəqqəti dayandırılması qiymətlərin yenidən yüksəlməsinə səbəb olub. Beləliklə, “Brent” markalı neftin 1 barelinin qiyməti nə qədər ucuzlaşmışdısa, bir o qədər də artdı (0,9) və 65 dolları keçdi.

“Reuters” agentliyinin məlumatına görə, Qazaxıstanda baş verən insidentlə əlaqədar olaraq Xəzər Boru Kəməri Konsorsiumu ilə beynəlxalq bazarlara neftin nəqli 10 gün müddətinə dayandırılıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2025-ci ildə Çin iqtisadiyyatı 5 faiz, dünya neft hasilatı isə 1,5 faiz artmalı idi. Lakin gözləntilər geosiyasi proseslərlə əlaqədar olaraq özünü doğrultmadı. Belə ki, Çin iqtisadiyyatı 4,1, neft hasilatı isə 2,1 faiz artdı ki, bu da dünya bazarında neftin qiymətinin enmə tendensiyasını saxladı. Hazırda dünya neft bazarı geosiyasi təzyiqlər altındadır. BVF-in proqnozuna görə, cari ildə dolların ucuzlaşması (dəyər itirməsi) mart sifarişlərində neftin bir barelinin qiymətini 68-70 dollara kimi bahalaşdıra bilər.

Bu gün bazara təsir edən başlıca faktor İran ətrafında cərəyan edən proseslərdir. Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa və buna cavab olaraq İran da Yaxın Şərq ölkələrindəki ABŞ-ın hərbi bazalarına raket zərbələri endirsə və Körfəzi bağlasa neftin qiymətində kəskin artım müşahidə edilə bilər. Hasilat və istehsal artıq olsa da hərbi əməliyyatlar neftin nəqlində böyük problem yaradacaq ki, bu da treyderlərə qiyməti yüksəltmək imkanı verəcək. Körfəz regionu dünya neft bazarının ən mühüm ixrac mərkəzidir. Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi neft ölkələrini əhatə edən bu regiondan sutkalıq neft ixracı dəyişkən olmaqla, ümumilikdə 15-20 milyon barel səviyyəsində qiymətləndirilir. Bu həcm dünya üzrə dəniz yolu ilə daşınan neftin böyük hissəsini təşkil edir və Hörmüz boğazının bağlanması bazarda tələb və təklif balansını pozar.

Bir məsələyə də diqqət yetirmək lazımdır. Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında müharibənin dayandırılması istiqamətində danışıqlar aparılır. Danışıqların birinci mərhələsinin pozitiv başa çatması haqqında məlumatlar verilib. Bu həftə danışıqların növbəti mərhələsi başlayacaq və bunun nəticəsindən asılı olaraq dünya bazarında neftin qiymətində dəyişiklik ola bilər.

Yanvarın 24-də Avropa İttifaqı (Aİ) Rusiyadan neft və qaz idxalına birdəfəlik son qoymaq üçün yeni qərar qəbul edib. Qərara əsasən, Aİ ölkələri Rusiya nefti ilə istehsal olunan məhsulların da idxalına qadağa tətbiq olunub ki, bu da neftin ucuzlaşmasını gecikdirən faktorlardan biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!