26 Yanvar 2026 16:46
465
CƏMİYYƏT
A- A+
Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  

Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  


Ermənistan Respublikası 1992-2020-ci illər ərzində işğal altında saxladığı ərazilərimizdəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüquqlarını tətbiq etməklə, Azərbaycan mədəniyyətinin mənimsənilməsi istiqamətində düşünülmüş siyasət həyata keçirib. Ermənilər tərəfindən bu təhlükəli tendensiyanın tətbiqi, ilk növbədə Alban dövrü memarlıq abidələrinin daxili və xarici interyerini dəyişdirməkdən ibarət olub. Belə hiyləgər siyasətin mahiyyəti, ilk növbədə bu abidələri erməni mədəni irsinin nümunələri kimi dünyada təbliğ etmək idi. Ərazilər işğaldan azad edilsə belə, ermənilər öz yersiz iddialarından əl çəkmək istəmirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, erməni vandallığına məruz qalan tarix və mədəniyyət abidələrindən biri də Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Xudavəng monastır kompleksidir. Məbədin memarlıq xüsusiyyətləri onun Alban memarlığının tərkib hissəsi olduğunu göstərir. Xudavəng monastırı kompleksinə dini və dünyəvi xarakter daşıyan çox sayda müxtəlif ölçülü və müxtəlif dizayna malik tikililər daxildir ki, onların da bir çoxu işğal dövründə vandalizmə məruz qalıb, formaları dəyişdirilərək tanınmaz hala salınıb, bir qismi isə öz mövcudluğunu itirib. Qafqaz Albaniyası memarlıq abidələrinin tədqiqi göstərir ki, böyük ölçülü birnefli bazilikalar əsasən erkən orta əsrlərdə inşa edilib. Nadir hallarda VI–VII əsrlərdə də belə tikililərə rast gəlmək olur. Bu baxımdan Xudavəng monastır kompleksinə daxil olan bazilikanın VI əsrə aid olduğunu söyləmək mümkündür.

F.İsmayılov qeyd edib ki, bir zamanlar kompleksin adını daşımış (Dadivəng) Dadi və ya Dada, Həvari Faddey tərəfindən “xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş” 70 həvaridən biri olub. Dadi sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqədardır. Bu monastır kompleksinin yaradılmasında ermənilərin iştirakından söhbət belə gedə bilməz. Monastır kompleksi orta əsrlərdə Qarabağın mədəniyyət mərkəzlərindən biri olub. Monastır kompleksinə daxil olan çoxsaylı tikili və tikili qalıqları uzun əsrlər ərzində burada çoxsaylı monarxların iştirakı ilə təşkil olunmuş aktiv monastır həyatının mövcudluğunu deməyə əsas verir. Monastır kompleksinə daxil olan tikililər müxtəlif inşaat materiallarından, Azərbaycanın fərqli memarlıq üslublarında inşa edilib, tikililərin inşasında istifadə olunan oyma naxışlar, epiqrafik nümunələr və digər bəzəklərin heç birinin erməni memarlığına, erməni mədəniyyətinə aidiyyəti yoxdur. Ayrıca narteks-sovmə kimi inşa edilmiş Yepiskop Qriqor kilsəsi qərb tərəfdən Qədim bazilikaya birləşməklə kompleksin memarlıq ansamblında xüsusi yer tutur. Tikili özünəməxsus memarlıq xüsusiyyətlərinə malikdir. Onun dünyəvi-dini xarakteri memarlıq xüsusiyyəti və prinsipinə təsir etmişdir və buna görə də onun memarlıq obrazında yerli kənd evlərinin xüsusiyyətlərini görmək mümkündür. Yepiskop Qriqor kilsəsi əsrlər boyunca Yuxarı Xaçının knyaz nəsillərinin ailə türbəsi rolunu oynayıb. Məbədin döşəməsi bütünlüklə müxtəlif məzarların sinə daşları ilə örtülüb. Həmin daşların bir hissəsinin yazıları ermənilər tərəfindən silindiyindən oxunmaz hala düşüb və hazırda onların kimə məxsus olduğunu anlamaq mümkün deyil.

Alimin sözlərinə görə, Birinci Qarabağ müharibəsindən sonra ermənilər kilsənin divarlarına daxildən çoxsaylı xaçdaşlar əlavə ediblər. “Binanın günbəzinin maili yarımqövs forması dəyişdirilərək, altıguşəli ulduz formasına salınaraq hündürləşdirilib. Binanın damı öz formasına uyğun olmayan tərzdə iti üçbucaqlı planda işlənib, abidənin üstü qırmızı kirəmitlə bağlanıb. Bununla da Alban memarlığının bütün elementləri silinib, Yepiskop Qriqorun erməni olduğu barədə Ermənistan mətbuatında ağlasığmaz yalan iddialar irəli sürülüb. Halbuki, hazırda Yepiskop Qriqor kilsəsinin xarici interyerində onun əzəli formasına oxşarlıq tapmaq qətiyyən mümkün deyil. O zaman belə bir sual yaranır, əgər Yepiskop Qriqor kilsəsi ermənilərə məxsus idisə, onun xarici interyerini dəyişdirməyə nə lüzum var idi?”, - deyə F.İsmayılov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!