26 Yanvar 2026 16:45
162
SİYASƏT
A- A+
YAP Sədrinin müavini Tahir Budaqov Vyetnam Kommunist Partiyasının Baş katibi ilə görüşüb  

YAP Sədrinin müavini Tahir Budaqov Vyetnam Kommunist Partiyasının Baş katibi ilə görüşüb  


Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanaraq xalqlarımız arasındakı dostluq əlaqələrinin hələ SSRİ dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyət daşıdığı bildirilib.

Baş katib To Lam ötən ilin may ayında ölkəmizə səfərini xatırladıb və Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi də Vyetnamda səbirsizliklə gözlədiklərini deyib. O, strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunması ilə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini diqqətə çatdırıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Kommunist Partiyasının 14-cü qurultayının uğurla baş tutması və yenidən partiyanın Mərkəzi Komitəsinin Baş katibi seçilməsi münasibətilə To Lamı Yeni Azərbaycan Partiyası adından təbrik edib. O, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında liderlər arasında şəxsi dostluğun böyük rol oynadığını bildirərək müxtəlif sahələrdə, o cümlədən statistika qurumları arasında əməkdaşlığın genişləndirilməsinin diqqət mərkəzində olduğunu deyib.

Görüş zamanı hakim siyasi partiyalar arasında əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti vurğulanaraq 2023-cü ildə imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub.

Səfər çərçivəsində Tahir Budaqov Vyetnam xarici işlər nazirinin müavini Nquyen Minh Vu ilə də görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 78 milyon dollar olub  

16:54
26 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

16:53
26 Yanvar

Azərbaycan Keniya məktəbinə növbəti dəfə humanitar yardım göstərib  

16:52
26 Yanvar

Mikayıl Cabbarov: Azərbaycan İsrailin enerji sektorunda əhəmiyyətli investor kimi çıxış edir  

16:50
26 Yanvar

AZPROMO: Azərbaycan-İsrail biznes forumu tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyimizi nümayiş etdirir  

16:50
26 Yanvar

Azərbaycan ilə İsrail XİN-ləri beynəlxalq və regional məsələləri müzakirə ediblər  

16:49
26 Yanvar

Çinin rəsmi agentliyi Azərbaycanla yaşıl energetika sahəsində əməkdaşlıqdan yazıb  

16:48
26 Yanvar

Mikayıl Cabbarov: Azərbaycan və İsrail işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır  

16:47
26 Yanvar

Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  

16:46
26 Yanvar

YAP Sədrinin müavini Tahir Budaqov Vyetnam Kommunist Partiyasının Baş katibi ilə görüşüb  

16:45
26 Yanvar

Nazir: Azərbaycanda İsrail investisiyalı 130 kommersiya qurumu fəaliyyət göstərir  

16:44
26 Yanvar

Dünya neft bazarı geosiyasi təsirlər altındadır

16:43
26 Yanvar

Asiya Parlament Assambleyasında sədrlik rəsmi olaraq Bəhreyn Nümayəndələr Şurasına təhvil verilib  

16:42
26 Yanvar

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında sənəd imzalanıb  

16:26
26 Yanvar

Milli Məclisin sədri: Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır  

16:26
26 Yanvar

Ukrayna ordusu Kubandakı neft emalı zavodunu vurduğunu təsdiqləyib

16:17
26 Yanvar

Pakistanlı politoloq: İlk sənaye neft quyusuna ev sahibliyi edən Azərbaycan bu gün yaşıl enerji liderliyinə iddialıdır  

15:36
26 Yanvar

Daha 100 nəfər keçmiş məcburi köçkün Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə qayıdıb - YENİLƏNİB 

15:21
26 Yanvar

“Qarabağ” "Liverpul"la oyun üçün İngiltərəyə yollanıb  

15:13
26 Yanvar

Ekspert: Ankara Ermənistandakı proseslərə xüsusi diqqət yetirməlidir  

15:07
26 Yanvar

Azərbaycan və İsrail XİN başcıları arasında geniştərkibli görüş keçirilib  

15:01
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!