20 Dekabr 2025 08:00
2310
SİYASƏT
A- A+
Müstəqillik tariximizin ən böyük amnistiyası

Müstəqillik tariximizin ən böyük amnistiyası


İlham Əliyev 20 minə yaxın ailəyə sevinc bəxş etdi


Azərbaycanın dövlətçilik tarixi çoxsaylı xoşməramlı addımlarla, hər kəsin rəğbətini qazanan humanizm nümunələri ilə zəngindir. Ölkədə insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritet məsələlərindən biridir. Yəni dövlətin siyasi kursunda humanizm başlıca prinsiplərdəndir. Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

Son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub. Ulu Öndər Heydər Əliyevin humanizm ənənələrinə və siyasətinə sadiqlik İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Dövlət başçısı əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin etmək məqsədilə həyata keçirdiyi islahatlar da bu sahədə böyük irəliləyişə səbəb olub.

İlham Əliyev hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Azərbaycan Prezidentinin son 22 ildə imzaladığı əfv sərəncamları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş  amnistiya aktları minlərlə insanı əhatə edib.

Dünən isə Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edib.

Bu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyanın 30 illiyi, Vətən müharibəsində qazandığımız tarixi Zəfərin 5-ci ildönümü, ölkəmizin suverenliyinin tam bərpa olunması və "Konstitusiya və Suverenlik İli" münasibətilə Prezident İlham Əliyev tərəfindən elan edilən növbəti humanizm təşəbbüsüdür. 

Bu amnistiya 2023-cü ildə Qarabağda separatizmə birdəfəlik son qoyulmasından, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsindən sonra irəli sürülmüş ilk təşəbbüsdür. Bu fakt onun siyasi, hüquqi və mənəvi baxımdan xüsusi əhəmiyyətini daha da artırır.

Digər tərəfdən, amnistiyanın tətbiq ediləcəyi şəxslərin dairəsi və sayı əvvəlkilərlə müqayisədə xeyli genişdir. Belə ki, amnistiya qərarı 16 kateqoriya üzrə şəxslərə, habelə 13 müxtəlif cəza növü üzrə cinayət törətmiş və ya qanun pozuntusuna yol vermiş vətəndaşlara şamil ediləcək. Ümumilikdə isə təxminən 20 min vətəndaşımız dövlətimizin bu humanist siyasətindən birbaşa faydalana biləcək. Bu qərarın təsir dairəsini daha geniş miqyasda qiymətləndirdikdə həmin şəxslərin ailə üzvləri və yaxınları da nəzərə alınmaqla, bu təşəbbüsün ən azı 200 min insana sevinc bəxş edəcək, azadlığa çıxanların ailələri ilə yenidən qovuşmasına və cəmiyyətə sağlam inteqrasiyasına imkan yaradacaq.

Amnistiya qərarından ilk növbədə Birinci və İkinci Qarabağ müharibələrinin, habelə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinin iştirakçılarının, şəhid ailələrinin və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının faydalanacağı təqdirəlayiq haldır. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan dövləti torpaqlarımızın azadlığı və suverenliyimizin təmin olunması uğrunda vuruşmuş, canlarını fəda etmiş qəhrəman övladlarını və onların ailələrini heç vaxt unutmur.

Bununla yanaşı, Ermənistandan deportasiya edilmiş soydaşlarımız, keçmiş məcburi köçkünlər, 20 Yanvar faciəsi və Xocalı soyqırımı nəticəsində əlil olmuş şəxslər, həlak olmuş və ya itkin düşmüş vətəndaşların yaxın qohumları da amnistiyanın tətbiqi dairəsinə daxil edilib. Eyni zamanda sosial həssas kateqoriyalara xüsusi diqqət yetirilib. Belə ki, qadınlar, 18 yaşına çatmamış yeniyetmələr, 60 yaşını tamam etmiş yaşlı şəxslər, əlilliyi olan vətəndaşlar, habelə öhdəsində azyaşlı uşaqları olan şəxslər də Prezident İlham Əliyevin humanist təşəbbüsündən faydalanmaq imkanı əldə ediblər.

Ümumiyyətlə, Azərbaycanda əfv və amnistiya təsisatları Ümummilli Lider Heydər Əliyevin dövründə yaradılıb. İndiyə kimi isə ölkəmizdə 13 amnistiya aktı qəbul edilib.

Ulu Öndərin dövründə Milli Məclis tərəfindən 22 may 1996-cı il, 17 oktyabr 1997-ci il, 12 may 1998-ci il, 29 dekabr 1998-ci il, 10 dekabr 1999-cu il, 1 fevral 2001-ci il və 6 may 2003-cü il tarixlərində qəbul edilən amnistiya aktları ümumilikdə 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfər cəzasının çəkilməyən hissəsindən azad olunub. Ümummilli Liderin imzaladığı əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüs nəticəsində 2007-ci il mayın 8-də Milli Məclisdə amnistiya aktı qəbul edilib. Konstitusiya dəyərləri və hüquqi islahatlar kontekstində qəbul edilən amnistiya ümumilikdə 9000 nəfərə şamil olunub. Onlardan 1500 nəfər azadlığa buraxılıb, 7500 nəfərin isə cəza müddəti azaldılıb.       

Milli Məclis 2009-cu il martın 17-də Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib. Həmin akt 9 min məhbusa tətbiq olunub, 1700 məhbus azadlığa buraxılıb. Birinci xanımın daha bir təşəbbüsü ilə milli həmrəyliyin gücləndirilməsi məqsədilə 2013-cü il 7 may tarixində qəbul edilən qərarla 10040 məhkum barəsində amnistiya tətbiq edilib. 2016-cı ildə Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə də amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10868 nəfərə şamil olunub. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onların azad edilməsi qərara alınıb.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elan edilən amnistiya ən əhatəli aktlardan biri olub. Bu aktdan 15 minə yaxın şəxs faydalanıb. Təşəbbüs Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən irəli sürülüb.

Prezident İlham Əliyev isə Zəfər Günü münasibətilə 2021-ci ildə amnistiya elan edilməsi haqqında qərar qəbul edib. Həmin amnistiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayanlardır.

Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. 

Bu o deməkdir ki, insan amili, humanizm və mərhəmət hissi ötən illərdə olduğu kimi, bu gün də dövlət siyasətinin mərkəzində dayanır. Amnistiya təşəbbüsü imkan verəcək ki, minlərlə ailə doğmalarına qovuşmağın sevincini yaşasın, cəmiyyətimizə faydalı olmaq üçün toparlanmağa stimul qazansın. İnanıram ki, rəsmi orqanlarla yanaşı, bütövlükdə cəmiyyətimiz də əlindən gələni edəcək ki, dövlətin yenidən etimad göstərdiyi  insanlar adaptasiya dövrünü daha yüngül keçirsin.

Prezident İlham Əliyev hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edərək bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Azərbaycan Prezidentinin son 19 ildə imzaladığı 35 əfv sərəncamı ümumilikdə 5672 nəfərə tətbiq olunub, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı isə 40 mindən çox insanı əhatə edib.

Bununla yanaşı, son illərdə həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının genişləndirilməsi haqqında ayrıca qanun qəbul olunub, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayət qanunvericiliyinə 600-dək dəyişiklik edilib, bir çox əməllər dekriminallaşdırılıb və 2200-ə yaxın məhkum cəzadan azad olunub. Eyni zamanda məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı daim diqqətdə saxlanılaraq onların sosial adaptasiyası ilə bağlı xüsusi qanun qəbul olunub. Vaxtından əvvəl şərti azadetmə institutu da səmərəli tətbiq olunaraq son iki ildə 3500-dən çox məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Ümumiyyətlə, mərhəmət, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali keyfiyyətlər kimi qiymətləndirilib və əfv etmək böyük, müdrik insanlara, dövlət xadimlərinə xas olan yüksək keyfiyyətdir. 

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, Qarabağın Xilaskarı kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyini təsdiq edən əfv və amnistiya aktları bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti əfv etməyi, bağışlamağı bacaran aqil dövlət adamlarındandır. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!