18 Mart 2026 08:55
158
CƏMİYYƏT
A- A+
Astara - "Təmiz şəhərim" mənim

Astara - "Təmiz şəhərim" mənim


Astara Pedaqoji Kollecinin həyətinə girən kimi burada baş-başa vermiş müxtəlif növ gül kolları, ağaclar, səliqəli şəkildə cərgə ilə torpağa basdırılan yeni tinglər ilk baxışdan adamın diqqətini çəkir. Yaşıllıqlar arasında gəzib dolandıqca bu ecazkar gözəllikdən xüsusi zövq alırsan. 

Məhz bütün bunlar nəzərə alınaraq "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə növbəti "Təmiz şəhərim" adlı iməcilik aksiyası burada baş tutdu.   YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Astara Pedaqoji Kollecinin direktoru professor Kamran Kazımovun iştirak etdiyi aksiya çərçivəsində kollecin müəllim və tələbə heyəti, həmçinin YAP fəalları ətraf mühitin qorunması və abadlıq işlərinə öz töhfələrini vermək üçün işə böyük həvəslə başladılar. İməcilik zamanı kollecin ərazisində tullantılar yığıldı, ağaclara aqrotexniki qaydada qulluq edildi, ərazi səliqəyə salındı.  Aksiyanın təşkilinə ürəklə qatılan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirdi ki, aksiyanın məqsədi Astaranın ən füsunkar guşəsi olan burada görülən işlərlə az da olsa, şəhər mühitinin daha təmiz və abad saxlanmasına töhfə vermək, gənclər arasında ekoloji mədəniyyətin və vətəndaş məsuliyyətinin təbliğidir. 

Onu da əlavə edək ki, belə təşəbbüslər cəmiyyətimizdə ətraf mühitə qayğının artmasına, respublikamızın cənub qapısı sayılan şəhərimizin daha gözəl və yaşıl olmasına xidmət edir. "Təmiz şəhərim" adlı iməcilik aksiyası iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Belə aksiyaların ilboyu təşkilinin nəzərdə tutulduğu bildirildi.


Zəfər ORUCOÜLU, 

Astara

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!