27 Dekabr 2025 08:05
1620
CƏMİYYƏT
A- A+
Ağdam ikinci doğum tarixini yaşayır

Ağdam ikinci doğum tarixini yaşayır


Bu tarixin müəllifi İlham Əliyevdir


30 ilə yaxın yağı tapdağı altında qalan torpaqlarımız işğaldan azad olunduqdan  dərhal sonra Prezident İlham Əliyev bəyan etdi ki, biz Qarabağı və Şərqi Zəngəzuru  cənnətə çevirəcəyik.  Bununla da  düşmən əsarətindən xilas edilən ərazilərimizdə  qısa müddətdə geniş bərpa, tikinti-quruculuq  işlərinə start verildi. 

Ötən beş ildə görülən işlər bir daha sübut etdi ki, müdrik  Prezidentimizin  hər bir sözü imzası qədər etibarlı, dəyərli, keçərlidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurdakı quruculuq bütün dünyanı heyrətə gətirir. Bərpa olunan, yenidən  qurulan  yaşayış məntəqələrində  insan yenidən məskən salır, tədricən hər yanda həyat qaynayır.

Bütün bunlar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilir, şəxsi nəzarəti altındadır. Qarabağa və Şərqi Zəngəzura elə bir səfəri olmur ki, Prezident orada  yeni tikililərin açılışını etməsin, növbəti evlərin, iqtisadi və sosial infrastruktur obyektlərinin təməlini qoymasın. Görülən işləri Ağdam rayonunun da timsalında aydın görmək mümkündür.

"Böyük qayıdış" proqramının əyani təzahürləri burada da görünür. Məlumdur ki, mənfur düşmən Ağdamı yerlə yeksan etmişdi. Bu gözəl, abad bölgənin düşmən tərəfindın Qafqazın Xirosimasına çevrildiyini dünyanın hər tərəfindən buraya gələn nümayəndə heyətləri, adi turistlər də gördülər. 

Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Dövlət başçısının iştirakı ilə  bu kəndlər yenidən istifadəyə verilib. Kəngərli, Sarıcalı, Xıdırlı kəndlərində insanlar yaşayır və buraya köç prosesi davam edir. Ağdam şəhərində  2-ci yaşayış kompleksinin açılışı oldu. Prezident İlham Əliyev dekabrın 24-də kompleksin açılışını edərək  burada yaşayacaq insanların bir qrupu ilə görüşdü.

Ərazisi 13 hektardan çox olan həmin kompleksdə 11 məhəllə salınıb. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb,  daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları və  s. yaradılıb.

Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.

Onu da vurğulamaq lazımdır ki, ümumiyyətlə, yurd yerinə dönən bütün insanların məşğulluq probleminin həlli də dövlətin diqqət mərkəzindədir. Ağdam sakinləri ilə görüşərkən Prezident İlham Əliyev demişdir: "Təkcə Ağdamda deyil, azad edilmiş bütün başqa ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir, "Böyük qayıdış" proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilmişdir. Mən dünən Ağdam Sənaye Məhəlləsində yeni müəssisələrlə tanış olmuşam. Artıq 30-dan çox rezident qeydə alınıb. Onların bəziləri fəaliyyətə başlayıb, bəziləri isə yaxın gələcəkdə fəaliyyətə başlayacaq. Ağdam ölkəmizin böyük sənaye şəhəri olacaq. Bakı, Sumqayıt və Gəncədən sonra yəqin ki, dördüncü sənaye mərkəzi olacaq". 

Məlum olduğu kimi, Ağdamda  Sənaye Parkı fəaliyyət göstərir. Parkın təməli 2021-ci il  mayın 28-də qoyulub. Belə bir parkın yaradılmasını işğaldan azad olunmuş bu bölgəmizin əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu gündəmə gətirmişdir.

190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye Parkının rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və ya ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulub. 

Sənaye parkında artıq bir sıra müəssisələr fəaliyyət göstərir. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizə budəfəki səfərində də yeni obyektlərin açılışlarını etmək, təməlini qoymaq ənənəsinə sadiq qaldı. Belə ki, dekabrın 23-də Ağdam Sənaye Parkında "Saloğlu Qarabağ" MMC-nin istehsal müəssisəsinin təməlini qoydu.

Bu müəssisə bir hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq.     

Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq.    

Başlıca məsələlərdən biri də odur ki, burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

Prezident İlham Əliyev həmin gün Ağdam Sənaye Parkında "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Sənaye Parkının bir hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixraca yönəldiləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

Bütün bunlar göstərir ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün  dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.

Bunlar xoş müjdələrdir. Deməli, Ağdamın ölkəmizin sənaye mərkəzlərindən birinə çevrilməsinə o qədər də çox qalmayıb.  

Yeri gəlmişkən, Prezident növbəti səfərində Ağdamda böyük bir hotelin açılışında da iştirak edib. Bu da gərəkli bir infrastrukturdur. Çünki Ağdam yenə də qonaqlı-qaralı, çal-çağırlı bölgəmiz olacaq. Ağdam əvvəlkindən də gözəl olacaq!


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Misir arasında qadın hüquqları sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

23:55
01 Fevral

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş edib  

23:14
01 Fevral

Tramp: Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik  

22:37
01 Fevral

Axios: Tramp administrasiyası İrana bir neçə kanal vasitəsilə razılaşma üçün görüşməyə açıq olduğunu bildirib  

22:21
01 Fevral

Azərbaycan şahmatçısı Niderlandda üçüncü olub 

21:19
01 Fevral

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

20:58
01 Fevral

Qahirə konfransında qadın hüquqlarının qorunmasında Azərbaycan təcrübəsi barədə danışılıb  

20:49
01 Fevral

Denis Şmıqal: Ukraynada enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu edilib, 15 nəfər həlak olub YENİLƏNİB  

20:33
01 Fevral

Ötən il Gürcüstandan rekord sayda xarici ölkə vətəndaşı deportasiya edilib  

19:22
01 Fevral

Almaniya Bundestaqının sabiq sədri vəfat edib

19:06
01 Fevral

Misli Premyer Liqası: "Neftçi" üç xalı dörd qolla qazanıb

17:59
01 Fevral

Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

17:49
01 Fevral

Azərbaycan Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda təmsil olunur  

16:08
01 Fevral

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

15:58
01 Fevral

Avropa mediasında yeni təhlükəsizlik müzakirələri: “Avrasiya müqaviləsi” ideyası gündəmdədir  

15:46
01 Fevral

Ukrayna və Rusiya nümayəndələrinin növbəti görüşünün vaxtı açıqlanıb

14:57
01 Fevral

“Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb  

14:28
01 Fevral

BMT-nin Baş katibi: Təcili tədbirlər görülməzsə, təşkilatımızı maliyyə iflası gözləyir  

13:03
01 Fevral

Zelenski: Yanvarda Rusiya Ukraynaya 6 mindən çox dron, 158 raket atıb  

12:58
01 Fevral

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

12:47
01 Fevral

2018-2025-ci illərdə sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

12:11
01 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!