24 Dekabr 2025 08:00
6738
SİYASƏT
A- A+
MÖCÜZƏLƏR YARADAN BÖYÜK LİDER, MÜZƏFFƏR SƏRKƏRDƏ

MÖCÜZƏLƏR YARADAN BÖYÜK LİDER, MÜZƏFFƏR SƏRKƏRDƏ


İlham Əliyev iyirmi iki ildir ki, Azərbaycana rəhbərlik edir!

Xalq onu sevdiyi, gördüyü işləri dəyərləndirdiyi, daxili və xarici siyasətini bəyəndiyi, habelə ən böyük arzusunu həyata keçirdiyi üçün bütün prezident seçkilərində doxsan faizdən yuxarı səs toplayır, növbəti dövrdə ölkəyə rəhbərlik mandatını qazanır.

İyirmi iki il tarix üçün qısa müddət sayılır.

Görülən işlərin miqyası baxımından isə əsrlərə bərabər olub.

Təkcə bir faktı xüsusi qeyd edirik:

İkiəsrlik Qarabağ münaqişəsinə bu iyirmi iki ilin 44 günündə birdəfəlik və əbədilik son qoyulub.

Bütün proseslər də hər birimizin, dünyanın gözü qarşısında, açıq şəkildə baş verib!

O qədər "sadə", o qədər "adi" formada baş verib ki, çoxları bütün bunların möcüzə olduğunun fərqinə varmayıblar.

Bəli, dünyanın ən güclü dövlətlərinin, beynəlxalq qurum və təşkilatların, dünya erməniliyinin, yaxın və uzaq qonşularının bütün formalarda müdafiə etdiyi, maliyyələşdirdiyi, pulsuz silah-sursat bağışladığı, ordusuna təlim keçdiyi, ərazisində baza yaradaraq yardımçısına çevrildiyi, Vətən müharibəsi başlayandan qurtaranadək hava məkanını üzünə açdığı, gecə-gündüz silah-sursat, yanacaq daşıdığı bir dövləti Azərbaycan 44 gün ərzində dizi üstə qoydu!

Həm də təkcə hərbi cəhətdən yox!

Diplomatik savaşda da, informasiya cəbhəsində də tam məğlubiyyətə uğratdı.

Bütün bunları Azərbaycan Prezidenti İlham Əliyev etdi!

Hamımız baş verənlərin bir qismini gözümüzlə gördük, bir qismini eşitdik, oxuduq, öyrəndik!

Yalnız ermənipərəst dövlət rəhbərlərinin, Ermənistanın müdafiəçilərinin və havadarlarının dövlət başçısına telefon zənglərini eşidib görmürdük.

Müharibədə baş verənlərdən, cəbhədəki hərbi əməliyyatların gedişindən hər gün xəbər tuturduq!

Hər yeni yaşayış məntəqəsi düşməndən geri alınanda Müzəffər Ali Baş Komandan İlham Əliyev televiziya ilə çıxış edərək şad xəbər verirdi.

Hərbi əməliyyatları təhlil edir, döyüşlər barədə hər bir Azərbaycan vətəndaşını məlumatlandırırdı.

PUA-ların düşmənin mövqelərini, atəş nöqtələrini, hərbi texnikalarını, canlı qüvvələrini necə dəqiqliklə vuraraq məhv etdiklərini isə öz gözlərimizlə görürdük!

Silah-sursatlarını ataraq canlarını qurtarmaqdan ötrü aradan çıxan, pərən-pərən düşərək qaçan "məğlubedilməz xalq"ın, "məğlubedilməz əsgər və zabitləri"nin girməyə deşik axtarmaları, qorxaq fərarilərə çevrilmələri bizə xüsusən ləzzət edirdi!

ÇÜNKİ:

* Bu qələbə ordumuzun qələbəsi idi!

* Bu qələbə xalqımızın qələbəsi idi!

* Bu qələbə həm də Müzəffər Ali Baş Komandanımızın qələbəsi idi!

***

Orduda yüzlərlə, minlərlə əsgər və zabit, komandir olur!

Onların hər birinin müdafiə etdiyi, məsuliyyət daşıdığı sahə, ərazi, mövqe müəyyənləşdirilir.

Hücum əməliyyatında hər bir əsgərin, bölmənin, taqımın və digər hərbi hissələrin qarşısına konkret döyüş tapşırığı, vəzifə qoyulur.

Hər bir hərbçi həmin vəzifəni yerinə yetirməyə borcludur!

Orduda hərbi əməliyyatlar zamanı onlarla, yüzlərlə əmr və tapşırıq verilir!

Onların hər birinin yerinə yetirilməsi üçün hər bir hərbçi canı və qanı ilə vuruşmalıdır!

Bir nəfərin səhvi, yaxud bir nəfərin əmri yerinə yetirməməsi bəzən döyüş tapşırığının yerinə yetirilməməsinə, ərazi və canlı qüvvə itkisinə səbəb olur!

Odur ki, orduda hər hissə saat mexanizmi kimi dəqiq işləməli, qərarlar düzgün qəbul olunmalı, əmrlər sözsüz yerinə yetirilməlidir!

Ən böyük məsuliyyəti isə Ali Baş Komandan daşıyır!

Bu məsuliyyət təkcə ordu deyil, həm də dövlət və xalq qarşısındadır!

* Ali Baş Komandan qərarlar içində ən düzgün olanını verməlidir!

* Ali Baş Komandan variantların içərisindən ən mükəmməlini seçməlidir!

* Ali Baş Komandan məqamında ən ölçülü-biçili, ən uzaqgörən və hesablanmış, az itki ilə ən yüksək nəticəyə gətirən əmrlər verməyi bacarmalıdır!

* Ali Baş Komandanın əmrləri, adətən, taleyüklü olur!

Qələbə də, məğlubiyyət də ilk növbədə onun hesabına yazılır!

Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu xoşbəxtdir ki, onun İlham Əliyev kimi nəyi nə vaxt və necə etməyi dəqiqliklə bilən rəhbəri, Prezidenti və Ali Baş Komandanı vardır!

***

Yəqin ki, həm Azərbaycanda, həm də dünyanın harasındasa yaşayan elə bir azərbaycanlı yoxdur ki, torpaqlarımızın işğaldan azad edilməsini, qisasımızın alınmasını və yüz minlərlə məcburi köçkünün doğma yurd-yuvasına qayıtmasını arzulamasın.

Bu təbiidir!

Lakin arzu və istək bir şeydir, onların reallığa çevrilməsi isə bambaşqa!

Milyonların istədiyini və arzuladığını yalnız bir nəfər gerçəyə çevirə bilər!

Tanrının sevdiyi, taleyin seçdiyi bir nəfər!

Bu, İlham Əliyev oldu!

Tanrı ona yar oldu, xalq arxasında durdu, özü müdriklik və uzaqgörənliklə, iradə və qətiyyətlə gecə-gündüz bilmədən çalışdı, çarpışdı, işi mərhələlərlə gördü, qərarlarını ölçüb-biçərək qəbul etdi, addımlarını hesablayaraq atdı!

* Nə tələsdi, nə də gecikdi!

* Tutduğu yoldan - Heydər Əliyev siyasi kursundan heç zaman kənara çıxmadı!

* Siyasi, iqtisadi, diplomatik vəzifələri bir-birilərilə uyğunlaşdırdı, vahid tama çevirdi!

* Düşmənlə, bədxahlarımızla cəsarətlə, ağıl və qətiyyətlə döyüşməyi, onları üstələməyi bacardı!

* Dövlətimizə dostlar qazandırdı, haqq işimizi müdafiə edənlərin sayını daim artırdı.

* Səbirli, təmkinli olmağı, ən cəsarətli qərarları vədəsində, bəzən hesablanmış risklərə gedərək verməyi bacardı.

* Özünə inandı, xalqına güvəndi, dostlarına arxalandı!

* Bütün məsuliyyəti təkbaşına daşımağı bacardı!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ Zəfərini üç şərti mərhələ üzrə nəzərdən keçirəcəyik!

Əvvəlcədən qeyd edək ki, hər mərhələnin özünəxas xüsusiyyətləri və yerinə yetiriləsi vəzifələri olub!

Azərbaycanın baş problemi torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünün təmin olunması idi.

Baş problemin həlli isə digər məsələlərin çözülməsi, bir çox işin görülməsi və layihələrin reallaşdırılmasından keçirdi.

Odur ki, eyni zamanda bir neçə istiqamətdə fəaliyyət göstərmək, bir neçə sahədə çalışmaq lazım gəlirdi.

AXC-Müsavat cütlüyünün xəyanətkar əməlləri, Şuşa kimi alınmaz qalanı ermənilərə təhvil vermələri, onların naşı, səriştəsiz işləmələri, şəxsi maraqlarını daim dövlət maraqlarından üstün tutmaları, ölkədə uzun müddət xaos və anarxiyanın, qanunsuzluğun baş alıb getməsi Azərbaycanı həm iqtisadi, həm siyasi və idarəçilik cəhətindən xeyli geriyə salmış, Qarabağ probleminin həllini daha da çətinləşdirmişdir. 

Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarət idi ki, bir yandan ölkədaxili problemlər həllini tapmalıydı, üstəlik, paralel şəkildə ordu qurularaq Qarabağ münaqişəsinin hərbi vasitələrlə həllinə hazırlıq işləri başa çatdırılmalıydı.

Azərbaycan Prezidenti İlham Əliyev bütün bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən şərəflə gəldi: 

* Ölkə iqtisadiyyatı inkişaf etdirilərək gücləndirildi, işsizlik və yoxsulluq səviyyəsi xeyli aşağı salındı, xalqın rifahı yüksəldildi, məcburi köçkünlərin həyat şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırıldı, sahibkarlığın inkişafı, yeni yollar şəbəkəsinin qurulması, energetika və əhalinin qazla təchizatında əhəmiyyətli irəliləyişlər təmin olundu.

* Bir sıra beynəlxalq layihələr ölkənin öz imkanı hesabına həyata keçirildi, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizi işə salındı, Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrildi.

* Hücum diplomatiyasına keçərək beynəlxalq təşkilatlarda iş gücləndirildi, İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına, habelə İslam Əməkdaşlıq Təşkilatına, Türk Dövlətləri Təşkilatına və Qoşulmama Hərəkatına rəhbərliyi dövründə gördüyü işlər sayəsində Azərbaycanın dostlarının və haqq işini müdafiə edənlərin sayı xeyli artdı.

* ATƏT-in Minsk qrupunun səmərəsiz və faydasız danışıqlarında iştirak edilsə də, cənab İlham Əliyev daim və qəti olaraq bildirirdi: "Azərbaycan bir qarış torpağını da kimsəyə güzəştə getməyəcək, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç zaman yol verməyəcəkdir".

* İlham Əliyev Azərbaycanı dünyaya həm də idman dövləti kimi tanıtdı, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil edilərək keçirildi, yeni gənclər nəsli tərbiyə olunaraq ordu quruculuğunda kara gəldi.

* İqtidarla xalq arasında milli birlik yaradıldı, Azərbaycan cəmiyyətinin milli ideyaların həyata keçirilməsi yolunda sıx birliyi təmin olundu.

Nəzərdə tutduğu bütün işləri yüksək səviyyədə həyata keçirən Prezident İlham Əliyev Qarabağ probleminin uğurlu və birdəfəlik həlli üçün əlverişli məqam gözləyirdi.

***

Azərbaycanın ikinci müstəqillik dövrünün ikinci müharibəsi İkinci Qarabağ müharibəsi ilə başlandı.

Bu, həm də möhtəşəm quruculuq və Zəfər illərinin ikinci mərhələsi hesab olunur.

İkinci mərhələ çox qısa bir dövrü əhatə etsə də, tarixilik baxımından qeyri-adi, möcüzəvi hadisələrin baş verdiyi illər sayılırdı.

Bu mərhələ Ermənistanın Baş naziri N.Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" söyləyərək sülh danışıqlarının mənasızlığını anlatması, Ermənistanın Tovuz bölgəsində dalbadal törətdiyi silahlı təxribatlar və Azərbaycanın ixrac boru kəmərlərinə təhdidlər yaratması, habelə hərbi ritorikaya keçərək "yeni müharibə yeni ərazilər olacaq" hədəsindən sonra başlandı.

Otuz il ərzində yerli relyefdən istifadə edərək altıqat müdafiə xətti - Ohanyan xətti, mina sahəsi, xəndəklər, atəş nöqtələri, tikanlı məftil maneələri, beton bunkerlər yaradan ermənilər havadarlarının yenə də onları müdafiə edəcəklərinə əminliklə, arxayıncasına hücuma keçdilər.

Hərbi əməliyyatlar dövründə Rusiyadan İranın hava məkanı ilə Ermənistana fasiləsiz silah-sursat daşındı, yanacaqla tam təmin olundular, Fransa beynəlxalq təşkilatlarda hayların fəal müdafiəçilərinə çevrildi.

* Zəfər müharibəsi ildırım sürətilə aparıldı.

* Bu müharibədə ən yeni taktika və strategiya tətbiq olundu.

* Azərbaycan ən yeni texnologiyaya əsaslanan ən yeni silahlardan, xüsusən PUA-lardan məharətlə istifadə etdi.

* Bununla da XXI əsrin müharibələr tarixinin yeni səhifəsini açmış oldu.

* Azərbaycan nümunəvi müharibə apardı və onun bu nümunəsi artıq dünyanın bir neçə ölkəsinin hərbi məktəblərində öyrənilir.

* Azərbaycan otuzillik işğalın qisasını hərb meydanında aldı, ordumuz daim hucumda oldu, buna baxmayaraq, müdafiə olunan düşməndən üçqat az itki verdi.

* Azərbaycan ləyaqətli müharibə apardı, heç zaman mülki insanları və obyektləri atəş hədəfinə çevirmədi, hətta düşmən cəbhə bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrimizi qadağan olunmuş silahlarla vursa da belə!

* Azərbaycan Ordusu öz gücünü, qüdrətini, Ermənistan ordusundan qat-qat üstünlüyünü hər gün nümayiş etdirərək 44 gün ərzində düşməni diz çökdürdü!

Ermənilərin ən yaxın dostu Rusiya onları tam məhvolmadan xilas etmək üçün araya girdi, vasitəçilik edərək hərbi əməliyyatların dayandırılmasını istədi.

Azərbaycan etiraz etmədi, bu şərtlə ki, əvvəla, düşmən öz qoşunlarının ərazimizdən çıxarılması qrafikini təqdim etməlidir, ikincisi kapitulyasiya aktında Azərbaycanın bütün istək və tələbləri öz yerini almalıdır.

Belə də oldu!

Rusiyanın vasitəçiliyi və zəmanəti ilə üçtərəfli Bəyanat imzalandı, hərbi əməliyyatlar dayandırıldı.

Bu, həmin dövr üçün ən doğru və uzaqgörən qərar idi.

Beləliklə, otuzillik işğala son qoyan Azərbaycan ikinci mərhələnin ən mühüm vəzifəsini yerinə yetirdi.

Lakin Rusiyaya arxalanan ermənilər kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatın bir neçə mühüm bəndini icra etməkdən boyun qaçırdılar.

Azərbaycan səbir etdi, əlverişli məqam gözlədi...

2023-cü ilin 23 aprelində çox cəsarətli və unikal hərbi əməliyyat keçirərək Həkəri çayı üzərindəki postu ələ keçirməklə öz nəzarəti altına aldı!

Azərbaycanın ərazi bütövlüyü bərpa olunmaqla ikinci mühüm vəzifə yerinə yetirildi.

2023-cü ilin 20 sentyabrında isə hərb tarixinə düşəcək daha bir əməliyyat keçirildi.

Bir neçə saat ərzində ərazimizdəki Ermənistanın qeyri-qanuni hərbi birləşmələri və terrorçu dəstələri tərk-silah edildi.

Ağ bayraq qaldıran separatçılar təslim oldular!

Onların, habelə Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan qanunları əsasında ölkəmizdə yaşamaq istəməyən hayların dinc şəkildə ərazilərimizi tərk etmələrinə şərait yaradıldı.

Bu əməliyyat zamanı da mülki əhalinin bir nəfəri belə ziyan görmədi.

Növbəti vəzifə isə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması oldu!

Rusiya Sülhməramlı Kontingenti (RSK) həm 44 günlük müharibədə, həm də sonrakı dövrlərdə sülhməramlılıqla yox, ermənipərəstliklə məşğul idi.

Laçın dəhlizindən ərazilərimizə silah-sursat, habelə qanunsuz erməni hərbi birləşmələri üçün təchizat daşınmasına, ölkəmizdən faydalı qazıntı yataqları məhsullarının aparılmasına göz yumur, hətta terrorçu dəstələrinin hərbi kolonlarının mühafizəçisi funksiyasını daşıyırdılar.

Rusiya sülhməramlılarının dinc şəraitdə Qarabağdan çıxarılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi zəkasının, iradə və qətiyyətinin yeni təntənəsi oldu!

Bununla da ikinci mərhələnin bütün vəzifələri uğurla yerinə yetirilmiş oldu!

***

Torpaqlarını öz gücü ilə işğaldan azad edərək dövlət suverenliyini və Konstitusiya əsaslarını da bərpa edən Azərbaycan artıq üçüncü mərhələnin vəzifələrinin icrası ilə məşğuldur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanı bütün parametrlər üzrə biabırçı məğlubiyyətə uğratsa da, onu diz çökdürərək kapitulyasiya aktını imzalatdırsa da, yenə sülh təklifini irəli sürən tərəf Azərbaycan oldu!

Beynəlxalq norma və prinsiplərə, beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi ötən beş ildə daim masada olub.

Bu mərhələdə də Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük iradə, müdriklik və qətiyyət göstərdi, irəli sürülən bütün şərtlərdən bir addım belə geri çəkilmədi.

* Rusiya vasitəçilik missiyasını sonadək, səmimiyyətlə yerinə yetirmədi.

* Fransa Prezidenti Makron ermənidən betər ermənilik etdi, haylara yenidən silah-sursat verdi, vasitəçilik eşqinə düşərək tərəf tutdu.

* Avropa İttifaqı da vasitəçiliklə ermənipərəst mövqeyi birləşdirdiyindən danışıqlardan kənarlaşdırıldı.

* ABŞ-nin Bayden Administrasiyası isə nəinki sülhün yaranmasına dəstək verdi, əksinə, Ermənistanla birlikdə hərbi təlimlər keçirdi, öz hərbi mütəxəssisini Ermənistanın müdafiə nazirliyində işləməyə göndərdi, ən nəhayət, gethagetdə ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzaladılar.

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 7-8-də gerçəkləşən Vaşinqton səfəri, orada ABŞ Prezidenti Donald Trampla görüşü və dünyanın birnömrəli ofisində imzalanan sənədlər bütün bunlara son qoydu.

* Ermənistanla Azərbaycan bütün şərtlərimizi özündə əks etdirən sülh sazişinin layihəsini parafladılar.

* ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün xarici işlər nazirləri birlikdə müraciət imzaladılar.

* D.Tramp 907-ci düzəlişin təsirini dayandırdı.

* Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının şərtlərinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə memorandum imzalandı.

* Zəngəzur dəhlizinin (TRIPP) açılması və onun 99 illiyə ABŞ-yə icarəyə verilməsi barədə qərar qəbul olundu.

Beləliklə, 8 noyabr 2020-ci il Zəfəri 8 avqust səfərində Vaşinqtonda imzalanan vacib sənədlərlə yeni zirvəyə ucaldı.

Prezident İlham Əliyevin bu münasibətlə söylədiyi fikirlərə diqqət çəkirik:

"Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır".

Artıq Ermənistanın Azərbaycanın şərtlərini yerinə yetirməklə sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur!

***

Tarixin zaman ölçüsü nisbidir.

Bizim uzun saydığımız bir il, tarix üçün az qala bir göz qırpımıdır.

Hər işin, hər layihənin özünəməxsus görülmə müddəti, reallaşma zamanı var.

Bu, təbiidir və işin həcmindən, layihənin miqyasından asılıdır.

Lakin son iyirmi iki ildə Azərbaycanda o qədər geniş və əhatəli işlər görülüb, o qədər nəhəng tutumlu layihələr həyata keçirilib ki, heyrətə gəlməmək mümkün deyil!

Son 80 ildə Azərbaycandan başqa heç bir dövlət, heç bir xalq belə möhtəşəm Zəfər qazanmayıb!

Azərbaycan otuzillik işğala son qoymaqla, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməklə yanaşı:

* Tam qələbə qazandı!

* Mütləq qələbə qazandı!

* Qəti qələbə qazandı!

* Tarixi və tarixdə bərabəri olmayan qələbə qazandı!

* Bu qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu!

* Bu qələbənin qurucusu Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu!

* Bu qələbənin təminatçısı və icraçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu!

* Bu qələbənin əsl müəllifi və qəhrəmanı da Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu! 

Ən maraqlı və möhtəşəm cəhət budur ki, Azərbaycanın qələbəsi təkcə Azərbaycan miqyasında qalmır.

Torpaqlarını işğaldan azad edən, keçmiş məcburi köçkünləri yeni tipli yaşayış məntəqələrində xoşbəxt və firavan yaşamağa qaytaran Azərbaycan Zəngəzur dəhlizini (TRIPP) açmaqla türk dünyasını bir-birinə yaxınlaşdırır, quru yolla bir-birinə bağlayır.

Orta dəhlizi işə salmaqla Çinin, Mərkəzi Asiyanın Xəzər dənizindən və Azərbaycandan keçməklə Avropaya ən yaxın və təhlükəsiz çıxışını təmin edir.

Bütün bunların da müəllifi və ən fəal icraçılarından biri məhz Azərbaycan Prezidenti İlham Əliyevdir!

Yaradıcı, qurucu, birləşdirici, sülhə və əməkdaşlığa xidmət edən böyük lider - İlham Əliyevdir!



Bəxtiyar SADIQOV



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:27
20 Mart

Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə

02:26
20 Mart

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:15
20 Mart

Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərintənzimlənməsi haqqında

02:15
20 Mart

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:14
20 Mart

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:13
20 Mart

"Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında

02:13
20 Mart

"Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:13
20 Mart

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında

02:12
20 Mart

Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

02:12
20 Mart

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında

02:10
20 Mart

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli 351 nömrəli, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:10
20 Mart

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi, bəzi fərmanlarının və sərəncamlarının ləğv edilməsi haqqında

02:08
20 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:07
20 Mart

“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarının ləğv edilməsi barədə

02:06
20 Mart

“Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi və “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 216 nömrəli Qərarının ləğv edilməsi barədə

02:05
20 Mart

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan müxtəlif təyinatlı əlcəklərin satın alınması məqsədilə açıq tender elan edir

02:04
20 Mart

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

01:46
20 Mart

Baş nazir Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib

17:44
19 Mart

QMİ sədri: Azad Qarabağda azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir

17:23
19 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!