05 Yanvar 2026 15:53
369
İQTİSADİYYAT
A- A+
Bu il səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5 faizə yaxın olacaq  

Bu il səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5 faizə yaxın olacaq  


2026-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 2 milyard 24,3 milyon manat vəsait nəzərdə tutulub.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz çoxdur.

Qeyd edək ki, səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz olacaq. Bu il Səhiyyə Nazirliyinə 274,5 milyon manat ayrılacaq. Həmin vəsaitin 50,4 milyon manatı ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə, 9,4 milyon manatı bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə, 3 milyon manatı qanköçürmə üzrə tibbi xidmətlərin göstərilməsinə, 2,7 milyon manatı səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılmasına, 157,7 milyon manatı məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalar və s. xərclərə, 51,3 milyon manatı isə sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsinə, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlərə yönəldiləcək.

2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı bölməsi üçün isə 1 milyard 226,5 milyon manat məbləğində vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 22,7 milyon manat və ya 1,9 faiz çoxdur.

Ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 512,7 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsait hesabına fermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinin alınmasına çəkdikləri xərclərin bir hissəsi kompensasiya ediləcək və əkin sahələrinə, təhvil verilən məhsula, toxum və ting satışına görə subsidiyalar veriləcək. Eyni zamanda, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar heyvanların sayının artırılması və süni mayalanma yolu ilə alınan sağlam buzovlara görə dəstək göstəriləcək.

Bundan əlavə, barama istehsalına subsidiya ayrılacaq, lizinq yolu ilə texnika, suvarma sistemləri və damazlıq heyvanların alınmasına dövlət büdcəsi hesabına güzəştlər və digər kənd təsərrüfatı tədbirlərinin maliyyələşdirilməsi təmin olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransanın xarici işlər naziri: Paris Cənubi Qafqazda münasibətlərin normallaşması səylərini dəstəkləyir  

16:24
27 Yanvar

Azərbaycan və Vyetnamın statistika qurumları əməkdaşlığı genişləndirir

16:21
27 Yanvar

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

16:20
27 Yanvar

Son beş ildə ARDNF aktivlərini təxminən 70 faiz artıraraq maliyyə dayanıqlığını möhkəmləndirib 

16:17
27 Yanvar

Ankarada Türkiyə və Fransa xarici işlər nazirlərinin görüşü olub

15:19
27 Yanvar

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərib  

14:52
27 Yanvar

Monqolustan səfiri ilə şəhərsalma və WUF13-də iştirak məsələləri müzakirə edilib  

14:30
27 Yanvar

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

14:28
27 Yanvar

Səfir: Antisemitizm köklü şəkildə aradan qaldırılmalıdır 

14:21
27 Yanvar

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır  

14:03
27 Yanvar

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

13:50
27 Yanvar

Masallıda şəhidlərin xatirəsi əziz tutulur

13:42
27 Yanvar

Sumqayıtda piyada səkiləri yenilənir  

13:41
27 Yanvar

Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir  

13:39
27 Yanvar

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB    

13:38
27 Yanvar

Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib

13:35
27 Yanvar

Hulusi Kılıç: Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur  

13:35
27 Yanvar

Sabah Bakıda və Abşeron yarımadasında hava bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq  

13:34
27 Yanvar

“The Athletic” nəşri “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı ilə bağlı yazı dərc edib  

13:33
27 Yanvar

ARDNF-nin investisiya portfelində ABŞ dollarının dominantlığı artır  

13:33
27 Yanvar

Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək  

12:42
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!