05 Yanvar 2026 15:45
297
DÜNYA
A- A+
2025-ci il necə xatırlanacaq: Əsas dünya hadisələri

2025-ci il necə xatırlanacaq: Əsas dünya hadisələri

  

Yenicə yola saldığımız 2025-ci il dünyada parlaq qələbələr və ya böyük barışıqlar ili kimi yadda qalmayıb. Lakin bu, insani, iqtisadi və siyasi cəhətdən sınaqlar və dözümlülük ili olub. Beynəxalq media ötən ilin 12 əsas dünya hadisəsini araşdırıb. Bunların arasında ABŞ və Azərbaycan prezidentləri və Ermənistanın Baş nazirinin Yerevan və Bakı arasındakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalaması faktı da yer alıb.

 

Yanvar: İlin qayıdışı

 

 Yanvarın 20-də Vaşinqtonda ABŞ-nin 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi keçirilib. Bu, Trampın ikinci prezidentlik müddətidir. O, andiçmə çıxışında ABŞ-ni dünyada birinci yerə çıxaracağına, amerikalıları böyük və güclü bir millətə çevirəcəyinə və bir sıra tarixi icra sərəncamları imzalayacağına söz verib.

"Amerikanın qızıl dövrü indi başlayır. Ölkəmiz dünyanın qalan hissəsinin həsədinə səbəb olacaq şəkildə çiçəklənəcək", - Tramp bəyan edib.

 

Fevral: Diplomatik fəlakət

 

Bütün dünya fevralın 28-də Ağ Evdə baş verən hadisədən sonra ABŞ-Ukrayna münasibətlərinin necə inkişaf edəcəyini maraqla və həyəcanla izləyib. Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens arasında canlı yayımlanan görüş qızğın mübahisəyə çevrilib.

Dövlət başçılarının ABŞ- Ukraynada nadir torpaq metallarının hasilatına icazə verən razılığa gəlməsi gözlənilirdi. Lakin qalmaqal baş verdi və danışıqlar ictimai mübahisəyə çevrildi. Tramp Zelenskini hörmətsizlikdə, ABŞ- qarşı minnətdarlıq etməməkdə və müharibəni bitirmək istəməməkdə günahlandırdı. Nəticədə Ukrayna nümayəndə heyətindən Ağ Evi tərk etmələri tələb olundu və razılaşma imzalanmadı.

 

Mart: İlin faciəsi

 

 Martın 28-də səhər Myanmada 7,7 bal gücündə dağıdıcı zəlzələ baş verdi. Bu, son 80 ilin ən güclü zəlzələsi idi. İlkin zəlzələdən sonra 12 afterşok qeydə alındı. Tailand və bir neçə qonşu ölkənin sakinləri yeraltı təkanların təsirini hiss etdilər. Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçdu.

Zəlzələ nəticəsində Myanmada ən azı 5300, Tailandda isə 36 nəfər həlak olub, 7000-dən çox insan yaralanıb.

 

Aprel: Ticarət müharibəsi

 

Aprelin 2-də Donald Tramp ABŞ-nin Avropa Birliyindən idxal edilən mallara 20 faiz, Çindən idxal edilən mallara isə 34 faiz tarif tətbiq edəcəyini açıqladı. ABŞ administrasiyasının idxalına tarif tətbiq etdiyi ölkələrin siyahısında Böyük Britaniya, Yaponiya, Çin, Ukrayna və Aİ də daxil olmaqla 185 ölkə var idi, lakin Rusiya və Belarus orada yer almamışdı. Amerika lideri daha sonra bir neçə ölkə üçün tarif dərəcələrini tənzimlədi.

"Biz Amerikanı yenidən böyük və varlı edəcəyik. Ölkəmiz 50 ildən çoxdur ki, qarət edilir. Bu, bir daha baş verməyəcək", - deyə Tramp bildirib.

Dekabr ayında ölkənin Gömrük və Sərhəd Mühafizəsi ABŞ-nin daha yüksək idxal rüsumlarının tətbiqindən 200 milyard dollar topladığını bildirib.

 

May: İlin itkisi

 

Aprel ayında Vatikana 12 il rəhbərlik etmiş Papa Fransisk 88 yaşında vəfat edib. May ayında isə 69 yaşlı amerikalı kardinal Robert Prevost Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilib. O, amerikalı ilk Papa oldu və XIV Leo adını aldı.

 

İyun: İlin hücumu

 

İsrail İranın nüvə və raket infrastrukturuna genişmiqyaslı hücum edib. Hücumlar nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri də daxil olmaqla bir neçə yüksək rütbəli general və nüvə alimi həlak olubHücumlara cavab olaraq İran İsrailə dronlar və ballistik raketlər atıb.

 

İyul: İlin ultimatumu

 

İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandıran qanun imzalayıb. Tehran müfəttişlərin ölkəyə yalnız MAQATE-nin ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarını pisləməsindən sonra daxil olacağını bildirdilər. İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyinin təmin edilməsi əməkdaşlığın bərpası üçün şərt kimi göstərildi.

 

Avqust: İlin danışıqları

 

Əsas qlobal hadisələrdən biri Rusiya və ABŞ prezidentləri arasında danışıqlar idi. Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri Bazasında üçsaatlıq görüş keçirdilər. Ukraynadakı vəziyyət əsas mövzu idi.

Elə həmin ay ABŞ və Azərbaycan prezidentləri Donald Tramp və İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevan və Bakı arasındakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzaladılar.

 

Sentyabr: Z nəsli inqilabı

 

Nepal hökuməti  sentyabrın 4-dən etibarən ölkədə WhatsApp, Facebook və İnstaqrama girişi tamamilə məhdudlaşdırdı. Bu, Nepalda kütləvi etirazlarla nəticələndi. Gənclər hökumətlərinin bu qərarından məmnun deyildilər. "Z nəsli inqilabı" adlandırılan etiraz aksiyası minlərlə iştirakçını cəlb etdi.  Sentyabrın 9-da hökumət sosial mediaya qoyulan qadağanı ləğv etmək qərarına gəldi.

 

Oktyabr: İlin soyğunu

 

Oktyabrın 19-da Parisdəki Luvr Muzeyində soyğunçuluq hadisəsi baş verdi. Muzeyin açılış səhəri oğrular Apollon qalereyasına pəncərədən girdilər, iki vitrini sındırdılar və 88 milyon avro dəyərində səkkiz zərgərlik əşyası oğurladılar. Bunlar Napoleonun, həyat yoldaşının və varislərinin tac daş-qaşları idi. Şübhəlilər həbs olundu, lakin oğurlanmış əşyalar hələ tapılmayıb.

 

Noyabr: Ən ölümcül yanğın

 

Honkonqdakı Vanq Fuk Kort yaşayış kompleksində baş verən yanğın nəticəsində 161 nəfər həlak oldu, 79 nəfər yaralandı və təxminən 30 nəfər itkin düşdü.

Yanğın səkkiz binadan yeddisini əhatə etdi və tez bir zamanda xarici hissədəki yanan materiallar vasitəsilə yayıldı. Hadisə yerində 2000-dən çox xilasedicinin çalışdığı 5-ci səviyyəli yanğın kimi təsnif edilən yanğının söndürülməsi 40 saat çəkdi. Vanq Fuk Kort kompleksi 1983-cü ildə inşa edilmiş və təxminən 4600 sakinin yaşadığı 1984 mənzildə yerləşirdi.

 

Dekabr: İlin terror hücumu

 

Xanuka bayramı şənlikləri zamanı Sidneydəki Bondi çimərliyində iki silahlı şəxs atəş açaraq 15 nəfəri öldürüb, 40 nəfəri yaralayıb. Şübhəlilər 50 yaşlı Səcid Əkrəm və oğlu 24 yaşlı Nəvid Əkrəmdir. İstintaqa görə, terrorçular yəhudi bayramına hücumu əvvəlcədən planlaşdırıblar.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

00:54
07 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025-2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında

00:53
07 Yanvar

"AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

00:52
07 Yanvar

Çin mediası Azərbaycan Prezidentinin Çinə dair fikirlərindən yazır  

23:24
06 Yanvar

Ukraynanın Baş Qərargahı Rusiyanın mühüm obyektlərinə zərbələrin endirildiyini təsdiqləyib  

23:22
06 Yanvar

“Xthings” innovativ təhlükəsizlik həllərini təqdim edir  

22:13
06 Yanvar

Fransada 10 nəfər birinci xanımı təqib etməkdə təqsirli bilinib  

22:10
06 Yanvar

Sərt şaxtalar Avropanın bir sıra ölkələrində çətinliklər yaradıb  

21:45
06 Yanvar

Qırğızıstan portalı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsinin mətnini dərc edib  

21:29
06 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib  

21:01
06 Yanvar

Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb  

20:53
06 Yanvar

FIFA DÇ–2026 üçün mükafat fondunu artırıb: qalibi nə gözləyir?  

20:31
06 Yanvar

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

19:37
06 Yanvar

Qazaxıstan “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının ərazisini genişləndirir  

19:03
06 Yanvar

Deputat: 907-ci düzəlişin icrasının dayandırılması Prezident İlham Əliyevin siyasi uğurudur  

18:16
06 Yanvar

Özünüməşğulluq proqramı işsizlikdən kiçik biznesə çıxış imkanı yaradır  

18:11
06 Yanvar

İsrailin xarici işlər naziri Somalilənd regionuna rəsmi səfər edib  

18:07
06 Yanvar

Media: Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirməkdə israrlıdır  

17:51
06 Yanvar

QHT Agentliyinin Müşahidə Şurasının tərkibi müəyyənləşib  

17:47
06 Yanvar

Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğurunu əldə edib  

17:31
06 Yanvar

Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir 

17:27
06 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!