28 Yanvar 2025 17:44
357
İDMAN
A- A+
Azərbaycan Karate Federasiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Karate Federasiyasının ümumi yığıncağı keçirilib


Azərbaycan Karate Federasiyasının 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ötən ilin yekunları ilə bağlı danışan Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev qazanılan uğurlar barədə məlumat verib. İdmana dövlət tərəfindən daim diqqət və dəstək göstərildiyini vurğulayan federasiya rəhbəri bildirib ki, bu qayğını hər zaman yüksək qiymətləndirmək lazımdır. O, yeni ildə idmançılardan daha böyük uğurlar gözlədiyini diqqətə çatdırıb.

AKF-nin vitse-prezidenti Füzuli Musayev 2025-ci ilin idmançılar üçün daha uğurlu keçəcəyinə inandığını bildirib.

Baş katib Qabil Sayadov federasiyanın ötənilki fəaliyyəti ilə bağlı hesabat verib.

Sonra ötən ilin ən yaxşıları, eləcə də karate idman növünün işıqlandırılmasında yaxından iştirak edən media qurumları mükafatlandırılıb. Mükafatçılar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi də olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

09:10
30 Yanvar

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

09:05
30 Yanvar

Son 20 ildə Azərbaycanın nəqliyyat infrastrukturu kökündən dəyişib

09:00
30 Yanvar

Veb-kameralar şəffaflığı təmin edir

08:55
30 Yanvar

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

08:50
30 Yanvar

Yerli müşahidəçilər seçki prosesini müsbət qiymətləndirdilər

08:45
30 Yanvar

Müşahidəçilər səsvermənin gedişindən razılıq etdilər

08:40
30 Yanvar

"Gənc nəslin səsvermədə fəallığı məni çox sevindirir"

08:35
30 Yanvar

Seçicilər məntəqələrə yüksək ovqatla gəlirdilər

08:30
30 Yanvar

Seçkilər yerli özünüidarəetmə orqanına marağın artdığını təsdiqlədi

08:25
30 Yanvar

Demokratik və şəffaf seçki ənənəsinin növbəti təzahürü

08:20
30 Yanvar

Qaradağda seçicilər azad şəkildə iradələrini ifadə edirdilər

08:15
30 Yanvar

Bələdiyyə seçkiləri: 26 illik tarix

08:10
30 Yanvar

Seçicilərin fəallığı gələcək bələdiyyə üzvlərinin məsuliyyətini artırır

08:05
30 Yanvar

Səsvermə seçki qanunvericiliyinə uyğun keçirildi

08:00
30 Yanvar

Bütün dairələrdə seçkilər normal keçib

02:19
30 Yanvar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!