30 Yanvar 2025 09:20
520
Mədəniyyət
A- A+
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir


Bakını gözəlləşdirən, onu belə ürəyəyatımlı edən son illər şəhərdə aparılan möhtəşəm quruculuq işləri, ətraf qəsəbələrdəki 52-dən çox yeni, 90-dan çox əsaslı təmir olunmuş mədəniyyət və istirahət parklarıdır.  

Qədimliyi ilə gözoxşayan müasir Bakıda dünya standartlarına uyğun yeni magistral yolların, dünyanın brend arxitektura layihələri əsasında inşa edilən yüksəkmərtəbəli binaların tikintisi, yerli mədəniyyət abidəsi hesab edilən tarixi mülklərin, məscid və inanc yerlərimizin bərpası məmnunluq doğurur. Reallıqdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Bakının yaşıllaşdırılmasına, yeni park və xiyabanların, istirahət guşələrinin yaradılmasına da xüsusi diqqət yetirilir. 

Etiraf edək ki, son illər istər bölgələrdən, istərsə də qonşu xarici ölkələrdən Bakıya gələnlərin sayı çoxalıb. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial şəraitinin hərtərəfli təmini üçün lazımi infrastruktur yaradılır. 

Bakının gəzməli, görməli yerlərindən söhbət düşəndə ilk növbədə Xəzərin boyunbağısı adlandırılan Sahil bağı - Bakı bulvarı yada düşür. 104 ilə yaxın yaşı olan bu bağ  dövlət başçısının şəxsi təşəbbüsü və sərəncamı əsasında genişləndirilərək 16 hektara çatdırılıb. Görülən iş, yaradılan şərait göz oxşayır. Buraya yolu düşənlərin əksəriyyəti sahildə Vətən müharibəsinin qələbəsindən, rəşadətindən söhbət açan Hərbi Qənimətlər Parkını ziyarət etməmiş geri dönmür. 

Artıq bu kimi parklar, bağlar Bakı sakinlərinin və qonaqların əsl istirahət məkanına çevrilib. Yeni parklardan birində - Heydər Əliyev Sarayının arxasından Akademik Milli Dram Teatrına qədər uzanan park-fəvvarə kompleksində olduq.  Parka gələnlərin ardı-arası kəsilmir, əksəriyyəti də yaxın ərazilərdə yaşayan sakinlərdir.

Parkda yaradılan səliqə-sahman, yarlı-yaraşıqlı dekorativ kollar, qol-budaq atmağa başlayan Gəncə çinarları, müxtəlif ölkələrdən gətirilmiş ağaclar, müasir işıqlandırma sistemi, oturacaqlar göz oxşayır. Uşaqların gəzintisi, istirahəti, əylənmələri üçün hər cür şərait var. 

Paytaxtın Zabitlər parkı, əslində,  şəhərin ən köhnə parklarından hesab edilir. Park alman faşizminə qarşı döyüşlərdə həlak olan əsgərlərin xatirəsinə İkinci Dünya müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib.

4 hektar sahəsi olan parkın siması əsaslı yenidənqurmadan sonra tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bürünc heykəllər qoyulub: fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında oturacaqların birində yorğun "bürünc fotoqraf" əyləşib. Bir az aralıda isə "qız yoldan ötənlərə çiçək satır". Başqa birisi "xana-xana" oynayır, ondan arxada bir dəstə uşaq əl-ələ verərək coşqun rəqs ritmində donub. Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var.

Parkda Bakının köhnə Yuxarı Dağlı məhəlləsində yaşamış hərbi həkim Ağababa kişinin nəvəsi İradə xanım və onun ailəsi ilə görüşdük. İradə xanım özü də həkimdir, hazırda Riqada yaşayır və işləyir:

- Bakıda, Yuxarı Dağlı məhəlləsində dünyaya gəlmişəm, Lakin tale elə gətirib ki, Riqada yaşamalı olmuşam. Amma hər il mən də, qardaşım Emil və Emin də ailələri ilə Bakıya gəlirlər. Biz buranı unuda bilmirik... Babamgilin yaşadıqları ərazidə oldum, qonşularla görüşdüm, qonaq qaldım, birgə şəkillər çəkdirdik. Nənəmin rəfiqələrinin nəvələri ilə  Bakının bir neçə görməli-gəzməli istirahət məkanında - Heydər Əliyev Mərkəzində, Rixard Zorgenin adını daşıyan parkda, Dədə Qorqud bağında, köhnə "Sovetski" ərazisində yaradılan parkda, təzəlikcə istifadəyə verilən "Çəmbərəkənd" parkında olduq. Elə bil dünyanın hansısa başqa şəhərindəyəm, köhnə parkları tanıya bilmədim, təzə parklar isə lap möcüzədir. Bu, mənim 20 il əvvəl gördüyüm Bakı deyil. Burada hər şey dəyişib, yollar da, binalar da, parklar və xiyabanlar da. Şəhərdəki quruculuq işləri məni heyran etdi. Çoxlu şəkillər və videoçəkiliş etmişəm, aparıb Latviyada həmyerlilərimizə göstərəcəyəm. Latviyada, Riqada məni tanıyanların çoxuna məzuniyyət zamanında istirahətə və ya turist gəzintisinə Bakıya gəlmələrini məsləhət görəcəm...

Nə xoş ki, Bakının gəzməli-görməli yerlərinə çevrilən parkların sayı ildən-ilə artmaqdadır. Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial tələblərinin hərtərəfli təmini və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır. Belə istirahət parklarından biri əsaslı təmir və yenidənqurmadan sonra ötən il açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Nərimanov parkıdır.

Ərazisi 4,1 hektar olan bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkandır. Xatırladaq ki, park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib. Odur ki, buraya istirahət saatını səmərəli keçirmək uzun gəlib-gedənlərin sayı çoxalıb. Təmirdən sonra mənzərə tamam dəyişib. Parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb, yerində salınan yeni yaşıllıq sahələri, dekorativ kollar göz oxşayır. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda təmir edilib, yeni işıqlandırma sistemləri,  idman qurğuları, uşaq-əyləncə meydançası yaradılıb, habelə yağış sularının axıdılması üçün xətlər çəkilib. Bir sözlə, parka əylənməyə gələnlərə, xüsusən də ailəli uşaq  gəzintiləri üçün gözəl şərait yaradılıb.

Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. 

Belə ünvanlardan biri, bəlkə də birincisi Bakı Konqres Mərkəzinin qarşısında salınmış istirahət parkıdır. Ümumi sahəsi 7 hektardan çox olan parka gəlib-gedənlərin sayı günbəgün artır. Ərazisində 300-dən çox müxtəlif növ ağac, 50 mindən artıq dekorativ gül və kol bitkiləri əkilib. Burada çinar, tut, dəmirağacı, söyüd və palıd ağaclarının bir neçə növü var. İtaliyadan gətirilmiş bitki və ağaclar üstünlük təşkil edir. 

Heydər Əliyev Mərkəzi və Təbriz küçəsi arasında yerləşən bu park mənalı istirahət yeridir. Burada 4 müxtəlif istirahət zonası var. İdman zonasında müxtəlif trenajorlar və qurğular qoyulub. Uşaqlar üçün xüsusi zonalar yaradılıb, həmin zonalar 2700 kvadratmetrə yaxın yumşaq səthlə örtülüb. Ərazidə fəvvarə və ümumi sahəsi 2200 kvadratmetrə yaxın 3 göl var. Burada ilin bütün fəsillərində fəaliyyət göstərən sintetik örtüklə təchiz edilmiş buz meydançası da mövcuddur. Bu park da gəzməli, dincəlməli və istirahət etməli məkandır.   

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən, Nərimanov rayonunda salınan daha bir yeni parkdır.

Ərazidə belə bir gözəl və yaraşıqlı parkın salınması ictimaiyyəti məmnun edir. Xatırladaq ki, bir neçə ay öncə  Prezident  İlham Əliyev yeni parkda işlərin gedişi ilə tanış olmuşdur. 

"Antena" parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə idi. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Ərazi daha da genişləndirilib və 19 hektara çatdırılıb. Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada hazırda bərpa işləri aparılır. Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.

Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında müxtəlif yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq. Bu parkla yaxınlıqdakı "Dədə Qorqud" parkını əlaqələndirəcək tunelin inşası artıq başa çatıb.

Yenidən qurulan park həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində gördüyü işlərə daha bir töhfə olacaq.

Xatırladaq ki,  paytaxtın görməli yerlərindən olan Bakı Dəmiryol Vağzalının və metronun "28 May" stansiyasının qarşısındakı bağda aparılan abadlıq və yenidənqurma işlərindən sonra burada mənzərə daha xoşagələn olub. Dövlət başçısı ötən il noyabrın 1-də bu ərazidə - Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində  aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

Görünən odur ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, Qarabağ bölgəsindən tutmuş, paytaxt Bakıyadək abadlıq-quruculuq işləri geniş vüsət alıb. Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasındadır. Bu yöndə görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu nümayiş etdirir. Ölkəmizdə keçən il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görülən abadlıq və yenidənqurma işləri ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə vermiş, Bakını dünyanın ən təmiz şəhərlərindən birinə çevrilməsini sürətləndirmişdir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!