14 Sentyabr 2024 08:35
113
Mədəniyyət
A- A+
Yaxın gələcəkdə qonaqlar Naftalana təkcə müalicə üçün gəlməyəcəklər

Yaxın gələcəkdə qonaqlar Naftalana təkcə müalicə üçün gəlməyəcəklər

 

Şəhərin ərazisində aşkar edilən tarixi abidə bölgəyə marağı daha da artıracaq

 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov deyir ki, Qalaboynu tarixi  abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 hektardan çoxdur. 
"Yaşayış yeri hələ 2020-ci ildə qeydə alınaraq ilkin arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar zamanı ərazidə möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkarlanıb. Bina divarının eni 1,8-1,9 metrdir. Divarın tikintisində 37x37 santimetr ölçüdə, 9-10 santimetr qalınlığında, tərkibinə xırda doğranmış saman qalıqları qatılmış çiy kərpiclərdən istifadə edilmişdir. Divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli, möhkəm tərkibli daşlardan ibarət lövhələr də aşkarlanıb ki, onun da qalınlığı 15-30 santimetrdir", - deyə arxeoloq bildirib. 
Ekspedisiya rəhbərinin dediyinə görə, aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatlarına əsasən, buranın Əhəmənilər dövrünə aid saray kompleksi olduğu ehtimal olunur.
Qeyd edək ki, yaşayış yeri ölkəmizdə sayca bu tip 3-cü abidədir və ehtimal olunur ki, bu ərazidə Orta əsrlərdə qısamüddətli yaşayış olub. Lakin ərazidə aşkarlanmış Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələyib. Buna baxmayaraq, aşkar edilən tapıntılar böyük tarixi və elmi marağa səbəb olub.
Belə bir abidənin müalicəvi turizm mərkəzi olan Naftalan ərazisində aşkar edilməsinin əhəmiyyəti və gələcəkdə buranın turizm marşrutu kimi fəaliyyət göstərməsinə, həmçinin regionda arxeo turizmin inkişafına öz töhfəsini verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Niderland Azərbaycana və postmünaqişə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir

14:20
17 Sentyabr

Makronun impiçmenti ilə bağlı hazırlıq gedir  

13:57
17 Sentyabr

Aİ Rusiya aktivlərinin 1,4 milyard avroluq gəlirini Ukraynaya yönəldib

13:38
17 Sentyabr

Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib

13:23
17 Sentyabr

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:00
17 Sentyabr

İran Prezidenti əxlaq polisinin qadınları narahat etməyəcəyinə söz verib

12:43
17 Sentyabr

Balakəndə əməliyyatlar zamanı narkotik plantasiyaları salan 5 nəfər saxlanılıb

12:25
17 Sentyabr

Bu ilin səkkiz ayında 24 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  

12:18
17 Sentyabr

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  

12:14
17 Sentyabr

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi və COP29 barədə fikir mübadiləsi aparılıb

11:47
17 Sentyabr

Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər  

11:07
17 Sentyabr

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÜST “mpox” virusuna qarşı ilk peyvəndi təsdiqləyib  

10:01
17 Sentyabr

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

09:52
17 Sentyabr

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

09:48
17 Sentyabr

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

09:45
17 Sentyabr

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

09:28
17 Sentyabr

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib  

09:16
17 Sentyabr

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

09:15
17 Sentyabr

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

09:10
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!