10 Yanvar 2025 09:40
348
Mədəniyyət
A- A+
"Teatr gözlə görünən yuxudur"

"Teatr gözlə görünən yuxudur"


"Mənim uşaqlığım fərqli keçib. Lap kiçik yaşlarımdan evin bir tərəfində səhnə düzəldib artistlik edərdim. Özümdən asılı olmayaraq, müxtəlif obrazlar yaradardım. Valideynlərim də hərəkətlərimi alqışlayardılar. Atam, anam mənə əl çalanda gözümün önündə böyük salonlar, geniş tamaşaçı kütləsi canlanırdı. Bircə istəyim vardı: tez böyüyüb aktrisa olum... Böyüdükcə musiqiyə, şeirə olan həvəsim daha da artırdı. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edirdim. Gözləmirdim ki, müəllimlərim hansısa obrazı canlandırmağı mənə tapşırsınlar. Beləliklə, həm uşaq bağçasında, həm də orta məktəbdə oxuyanda hamı məni aktrisa kimi tanıyırdı. Mingəçevir şəhərində keçirilən şeir müsabiqəsində şəhər birincisi olaraq qızıl medal qazanmışam. Ulu Öndər Heydər Əliyevin irsi ilə baglı keçirilən ən yaxşı təqdimat yarışında isə respublika birincisi olmuşam. 

Beşinci sinifdə oxuyarkən Uşaq və Gənclər İnkişaf Mərkəzinin dram dərnəyinə üzv oldum. Aktrisa olmağımda müəllimim Ülviyyə Kərimovanın müstəsna rolu var. Mənə həmişə ürək-dirək verərdi, tanınmış aktyorların həyatından, keçdiyi yolun çətinliyindən bəhs edərdi. Məni bu sənətlə ayrılmaz dost edən də Ülviyyə xanım oldu. Anam da həmişə hər uğurumda yanımda oldu, sevincimi birlikdə bölüşdük. Təbii ki ailəmdə narazılıqlar da baş qaldırırdı. Hətta hələ də "başqa sənətə yönəlsəydin" deyənlər var. Amma mən çox xoşbəxtəm ki, bu yolu seçmişəm. Təkrar bu dünyaya gəlsəm, yenə də bu sənətin ardınca gedərdim. Teatrsız özümü təssəvvür edə bilmirəm. Basqa sahədə bu cür həvəslə, inamla çalışa bilmərəm. İnsan dəbdəbəli, zəngin həyat sürməsə də xoşbəxt ola bilir. Mən öz xoşbəxtliyimi insanların gülüşündə, sevincində görürəm. Hiss edirəm ki, teatra gələn insanlar tamaşaya baxdıqdan sonra fərqli, şən, qayğısız olurlar. İnsanları qısa müddət də olsa dərdindən, qayğısından azad edə biliriksə nə xoş bizə. Bu da bizim xoşbəxtliyimiz olur". 

Həmsöhbətimiz Mingəçevir Dövlət Dram Teatrının gənc aktrisası Lalə Abuşovadır. Lalə Valid qızı Abuşova 2002-ci ildə Mingəçevir şəhərində anadan olub. 2019-cu ildə Səməd Vurğun adına Mingəçevir şəhər 16 nömrəli orta məktəbi əla qiymətlərlə başa vurub. Elə həmin il də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr, dram, kino aktyoru fakültəsinə daxil olub. 

Lalə xanım qürurla vurğulayır ki, qabiliyyət imtahanında respublikanın Xalq artisti Şəfiqə Məmmədova hər iki kateqoriya - aktyorluq və musiqi qabiliyyəti üzrə onu 10 balla dəyərləndirib. "Bu qiymət mənim sənət yolumun uğurlu başlanğıcı üçün bir stimul idi. Birinci kursu Xalq artisti Vidadi Həsənovun sinfində bitirmişəm. Sonralar isə Əməkdar artist Gülşad Baxşıyevadan dərs almışam. Çox şanslıyam ki, bu cür müəllimlərim olub. Bu gün bütün sənət uguruma görə onlara borcluyam. Xüsusilə Gülşad xanımın haqqı, zəhməti üstümdə daha çoxdur. Bu sehrli dünyanın sirlərini mənə o öyrədib. O, mənim ustadımdır". 

 Lalə Abuşova bir ildir ki, Mingəçevir Dövlət Dram Teatrında çalışır. 2024-cü il onun üçün uğurlu il olub. Teatrda monotamaşası baş tutub. Lalə xanım deyir ki, 10 günün icində həm tamaşa yazıldı, həm də hazırlandı. Gənc aktyora bundan böyük dəstək ola bilməzdi: "Məncə tamaşam çox uğurlu alınmışdı. Düşünürəm ki, hamı tərəfindən çox sevildi. Oynayarkən hüznlü, kədərli anlar yaşadım. Bu əsər bir çağırış, insanlara verilən bir mesaj idi. Hesab edirəm ki, bu gün insanlara verdiyimiz mesajı ən azı 100 nəfərə dürüst çatdira bilmişəmsə, əminəm, onların 80 faizi nəticə cıxaracaq".

Lalə xanım deyir ki, uğurlarıma görə mənə güvənən, istedadıma qiymət verən, dəstək olan İntiqam Soltana, Valeh Kərimova, Vüsal Mehrəliyə və Xalq artisti Ella Yaqubovaya, bütövlükdə isə teatrımızın bütün kollektivinə minnətdaram. 

Gənc aktrisa söhbətində aktyorluğun çətin, əziyyətli, həm də sehrli sənət olduğunu bildirdi: "Hər qurulacaq tamaşada dəftərimin ilk səhifəsinə birinci kursda oxuyarkən Vidadi müəllimin bizə dediyi və esitdiyim andan qulaqlarıma sırğa etdiyim "teatr gözlə görünən yuxudur" - qeydini mütləq yazıram. Bilirəm ki, bu yolda çətinliklər olacaq. Amma o işığa tərəf hər zaman addımlayacağam. Səhnə üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bilirəm və inanıram ki, hələ qarşıda məni çox rollar gözləyir. Obrazları, onların taleyini, başlarına gələnləri araşdırıb, xarakterlərini öyrənib onlarla bütünləşdiyim anlar olacaq. İnanıram ki, bunu bacaracağam. Rangarəngliyi sevirəm və oynayacağım obrazlar da bir-birindən fərqli, gözəl olacaq. Yaratdığım bütün obrazların bir-birindən fərqli olması üçün əlimdən gələni edəcəyəm". 

Gənc aktrisa yaratdığı obrazları söyləyir: "Hacı Qara"da Sona xanım, "Daldan atılan daş topuga dəyər"də Səkinə, "Nazirin xanımı" əsərində Dara, "Uzaq krallıq"da Şeyla , "Gəl qohum olaq"da Minayə, Xalq artisti Valeh Kərimovun quruluş verdiyi "Sehrli yaylıq" tamaşasında Eldar (oglan rolu), "Qoğal" tamaşasında Fidan, "Ağ-Qara" monotamaşasında Tısbağa obrazını yaratmışam". Hazırda gənc aktrisa Qriqori Qorinin "Herostratı unudun" əsərində Klementina rolu üzərində çalışır. Lalə xanım deyir ki, gecəmi gündüzümə qatmışam ki, həm teatr rəhbərliyinin etimadını doğruldum, həm də yaratdığım obrazı tamaşaçılara sevdirə bilim.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:55
11 Yanvar

"Rəqəmsal ekologiya" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında

00:55
11 Yanvar

"Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

00:54
11 Yanvar

“Rəqəmsal ekologiya” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:52
11 Yanvar

"Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:50
11 Yanvar

"Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə

00:49
11 Yanvar

"Rəqəmsal ekologiya" informasiya sistemi haqqında Əsasnamə

00:48
11 Yanvar

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
11 Yanvar

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2023-cü il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” 2023-cü il 31 yanvar tarixli 28 nömrəli Qərarının ləğv edilməsi barədə

00:41
11 Yanvar

BİLDİRİŞ

00:40
11 Yanvar

YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisi təqdim olunub 

23:01
10 Yanvar

Ağ ev: Nə Ukrayna, nə də Rusiya danışıqlara hazır deyil

23:00
10 Yanvar

Azərbaycan nəqliyyat qovşağına çevrilir: ADY-nin 2024-cü ildə beynəlxalq dəhlizlərin inkişafı üzrə əsas nailiyyətləri 

22:58
10 Yanvar

Nyu-York məhkəməsi Trampa hökm oxuyub  

20:07
10 Yanvar

Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşlarla görüşüb

20:07
10 Yanvar

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

20:06
10 Yanvar

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan

20:05
10 Yanvar

“TEKNOFEST KKTC 2025” texnologiya müsabiqəsinə müraciətlər başlayıb

20:04
10 Yanvar

Seyşel Adaları Respublikasının Prezidenti Vavel Ramkalavandan

18:22
10 Yanvar

Bakı Zooloji Parkının yeni sakini “Simba” adaptasiya prosesini tamamlayıb

18:21
10 Yanvar

Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

18:20
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!