15 Yanvar 2025 08:10
108
CƏMİYYƏT
A- A+
Məntəqələr seçkilərə hazırdır

Məntəqələr seçkilərə hazırdır


Bütün ölkə üzrə bələdiyyə seçkilərinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu sırada Tovuz da istisna deyil. 

Rayonda 3 seçki dairəsi fəaliyyət göstərir. Onlardan biri - 106 saylı dairəni əhatə edən məntəqələrin demək olar ki, hamısı seçkilərə tam hazırdır. Dairə seçki komissiyasının sədri Azər Hacıyev dedi ki, seçkilərə hazırlıq Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatına uyğun aparılır. Namizədlərin hamısına təbliğat və təşviqat işləri aparmaq üçün bərabər səviyyədə şərait yaradılmışdır. Bunun üçün xüsusi yerlər ayrılmış, insanların çox olduğu ərazilərdə təşviqat materialları vurulmuşdur. 

Söhbət zamanı o da məlum oldu ki, 106 saylı Tovuz Seçki Dairəsində 41 məntəqə fəaliyyət göstərir. Seçkiləri izləmək üçün 12 məntəqədə veb-kamera quraşdırılmış, 650-dən çox yerli müşahidəçi qeydə alınmışdır. Seçkilərdə 92 yer uğrunda 174 namizəd mübarizə aparacaq.

107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsini əhatə edən məntəqələrdə də hazırlıq işləri yüksək səviyyədədir. Seçicilər 53 məntəqədə səs verəcəklər. Bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik keçməsi üçün lazımi şərait yaradılmışdır. Seçici siyahıları dəqiqləşdirilmiş, seçkinin keçirilməsini əks etdirən plakatlar vurulmuşdur. Dairə seçki komissiyasının sədri Fərman Qurbanov bildirdi ki, dairəni əhatə edən məntəqələrdə 107 gənc ilk dəfə səs verəcək. 6 seçicinin isə yaşı 100-ü keçmişdir. 246 nəfər bələdiyyə üzvlüyünə namizədin mübarizəsini 678 müşahidəçi izləyəcək.  Seçkiyə hazırlıqla bağlı görülən işlərlə tanış olmaq üçün Aşağı Öysüzlü kəndində yerləşən 1 saylı seçki məntəqəsində olduq. Məntəqədə 1100 nəfərdən artıq seçici qeydiyyata alınmışdır. Onların içərisində 4 nəfər ilk dəfə səs verəcək. Yaşı 90-nı ötmüş seçicilərin sayı isə 2 nəfərdir. Onların hər biri ilə söhbətlər aparılmış, seçkidə iştiraklarının vacibliyi bildirilmişdir.

105 saylı Tovuz-Gədəbəy Seçki Dairəsini əhatə edən məntəqələrdə də hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdir. Seçkilərdə 94 yer uğrunda 181 namizəd mübarizə aparacaq. Dairə seçki komissiyasının sədri Mahir Həsənov bildirdi ki, 53 seçki məntəqəsinin hamısında bu siyasi kampaniyanın mütəşəkkil keçməsi üçün son hazırlıq işləri aparılır. 8 məntəqədə veb-kamera quraşdırılmış, 592 yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Bütün məntəqələr zəruri avadanlıqlarla təmin edilmişdir. Hətta əlillərin rahat səs vermələri üçün bir neçə məntəqədə panduslar quraşdırılmışdır. 


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!