15 Yanvar 2025 08:15
107
CƏMİYYƏT
A- A+
Sumqayıtlılar yenə fəaldırlar

Sumqayıtlılar yenə fəaldırlar


45 saylı Sumqayıt 4-cü Seçki Dairəsinin 1 saylı məntəqəsi Sumqayıt Dövlət Dram Teatrının binasında yerləşir. Məntəqə seçkiyə tam hazır vəziyyətdədir. Binanın çölündə hər bir namizədin şəkli və platforması asılıb. Bununla seçicilər namizədləri daha yaxından tanımaq üçün imkan əldə ediblər.

1 saylı məntəqə seçki komissiyasının sədri Samir Şəfiyev bildirdi ki, dəqiqləşdirilən siyahı üzrə seçicilərin sayı 1497 nəfərdir.  Siyahı hazırlanandan sonra  da məntəqənin üzvləri Səbilə Cəfərova və Məxmirə Məmmədova hər gün məntəqənin əhatə etdiyi 3 məhəllədə sakinlərin siyahısını dəqiqləşdirirlər. 

Biz məntəqədə olan zaman ilk dəfə səs verəcək Şamil Osmanlı ilə rastlaşdıq. Şamil vurğuladı ki, 2006-cı ildə anadan olub. Qohumlarından Vətən müharibəsində iştirak edənlər var: "Qazi və şəhid  qardaşlarımız  bizlərə vətəni sevməyi, onu qorumaq, düşməndən təmizləmək dərsini öyrətdi. Biz gənclər də yaxşı bilirik ki, bu seçkinin ölkəmiz üçün əhəmiyyəti böyükdür, Qələbəmizdən sonra keçirilən ilk bələdiyyə seçkisidir. Bu seçkinin ölkəmizin inkişafında xüsusi payı olacaq. Haqqı olanın qələbəsini təmin etmək, səsimizlə onu müdafiə etməklə gələcəyə səs verəcəyik". 

1944-cü il təvəllüdlü Səxavət Salmanovla da məntəqənin qarşısında rastlaşdıq. Yaşlı seçicilərin nümayəndəsi kimi Səxavət müəllim bildirdi ki, vaxtılə Sumqayıta gələndə 18 yaşı vardı: "İlk günlərdən ictimai işlərdə yaxından iştirak etməyə başladım. O zamandan öyrənmişəm ki, ölkə üçün vacib tədbirlərdə iştirak edim. Neçə gündür hər dəfə buradan keçəndə məntəqəyə baş çəkirəm. Məhəllədə qonşularla qərar vermişik ki, seçkilərdə hamılıqla iştirak edək".

Məntəqənin üzvü Məhsəti Şirəliyeva dedi ki, artıq bildiriş vərəqələri hazırlanır və yaxın günlərdə sakinlərə paylanacaq. Məntəqə seçki komissiyasının sədri Samir Şəfiyevin sözlərinə görə, seçkinin demokratik keçirilməsi üçün lazım olan bütün işlər görülüb. Məntəqə texniki ləvazimatlarla, təlimatlarla təmin edilib. Müşahidəçilərin  sayı seçki günü dəqiqləşəcək. Səsverməyə gələ bilməyən seçicilər də unudulmayacaq.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!