15 Yanvar 2025 08:25
120
İQTİSADİYYAT
A- A+
Prioritet hədəf dəyişmir

Prioritet hədəf dəyişmir


Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi qüdrətindən asılıdır. Bu səbəbdən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ölkəmizin iqtisadi gücü sosial proqramları icra etməyə imkan verir. Dövlət başçısı hələ 2003-cü ildə KİV nümayəndələrinə müsahibəsində demişdir: "Əlbəttə, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğul olacağam. Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin".

Bu gün Azərbaycan dünyaya dayanıqlı iqtisadi inkişafla yanaşı, sosial rifah modelini də təqdim edir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atır.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə respublikamızın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. 

Bu gün Azərbaycanın dünyada qəbul edilən yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır. Bu uğurlara yol açan əsas amil isə təkmil islahatlar, zamanın tələbinə uyğun yeniləşmə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməkdir. Sistemli xarakter daşıyan islahatların nəticəsi olaraq, Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi tanınır və nüfuz qazanır. 

Ölkəmizdə əhalinin sosial rifahının təmin olunması istiqamətində dövlət siyasətinin əsas prioritetlərindən biri sosialyönümlü xərclərin artırılmasıdır. Bu, özünü büdcə göstəricilərində də aydın büruzə verir. Məsələn, 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb. 2025-ci ilin büdcəsində isə sosial xərclər 16,9 milyard manat nəzərdə tutulub. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat artdığını ortaya qoyur. Ümumiyyətlə, sosialyönlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Bu artım həmçinin vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial təminat sisteminin gücləndirilməsi və əhalinin həssas təbəqələrinə dəstək verilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətini göstərir. 

Dövlət başçısı İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılır. 

Məlumdur ki, tarixi Zəfərimizdən sonra "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənmişdir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf istiqamətinin ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə səmərəli idarə olunmasına və özəl mülkiyyət institutlarının gücləndirilməsinə yol açır. 

Azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də vətəndaş məmnunluğunun qorunması dövlətimizin əsas prioritetidir. İşğaldan azad olunmuş ərazilərdə insanların özünüməşğulluğunun təmin edilməsi istiqamətində çox ciddi  addımlar atılır. İş yerlərinin yaranması üçün təxirəsalınmaz tədbirlər görülür. Heç şübhəsiz ki, Azərbaycanın gündən-günə artan iqtisadi qüdrəti, güclü siyasi mövqeyi və iradəsi düşmənlərimizi ciddi narahat edir. Hər vasitə ilə Azərbaycana mane olmağa çalışan qüvvələr Ermənistanı silahlandırmaqla bölgədə sabitliyi pozurlar. Yerli telekanallara müsahibəsində hərbi və təhlükəsizlik məsələlərinə ayrılan xərclərə toxunan Prezident İlham Əliyev fikirlərini belə izah etmişdir: "Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir".


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!