06 Aprel 2025 08:20
477
İQTİSADİYYAT
A- A+
Sənaye zonaları: ümidlər doğrulur, proqnozlar reallaşır

Sənaye zonaları: ümidlər doğrulur, proqnozlar reallaşır


Qarşısına innovativ əsaslı iqtisadiyyat yaratmaq məqsədini qoyan Azərbaycan hədəfinə çatmaq üçün qabaqcıl dünya təcrübəsindən yararlanır. Ölkəmizdə yüksək infrastruktur təminatına malik sənaye məhəllələri və parklarının yaradılması da bunun nəticəsidir. Əsas məqsədi innovativ və yüksək texnologiyalar hesabına rəqabətqabiliyyətli sənaye məhsulları istehsal etmək və müxtəlif xidmətlər göstərmək olan sənaye zonalarının bu gün ölkənin iqtisadi inkişafında sanballı çəkisi var. 

Ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, istehsal edilən sənaye məhsullarının həm də ixracyönlü olması, eləcə də xüsusən regionlarda məşğulluğun həllinə dəstək sənaye zonalarının çoxsaylı vəzifələri sırasındadır və bəri başdan qeyd edək ki, onlar bu vəzifələrin öhdəsindən hələlik yüksək səviyyədə gəlirlər. Onu da bildirək ki, sənaye zonalarında fəaliyyət göstərmək istəyən sahibkarlıq subyektlərinin sayı da artır. Təkcə ötən il İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verib. Rezidentlərdən 14-ü Ağdam Sənaye Parkının, 8-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib. Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiyanın yatırılması, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır. Qurulacaq müəssisələrdə dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatlar, müxtəlif tikinti materialları və s. məhsulların istehsal olunması nəzərdə tutulur. 

Göründüyü kimi, rezidentlik və qeyri-rezidentlik verilən sənaye zonalarından 23-ü işğaldan azad edilmiş ərazilərdəki parkların payına düşüb. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda  fəaliyyət göstərən sənaye parklarına investorların cəlb edilməsi və yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər davam edir. İZİA İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu günlər jurnalistlərə açıqlamasında demişdir: "Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib". 

Sədr "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 16 rezident və 2 qeyri-rezidentin olduğunu qeyd edərək bildirib ki, bura ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur: "Bu günədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Cari ildə Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksəkgərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır". 

Sumqayıt Kimya Sənaye Parkı (SKSP) artıq 14-cü ildir fəaliyyət göstərir. Ötən illər Cənubi Qafqazın bu ən böyük sənaye parkında istehsal olunan məhsulların dəyəri milyardlarla manat olub. Təkcə 2015-2024-cü illər ərzində SKSP-də 13,2 milyard manatlıq məhsul istehsal edilib. İZİA-nın məlumatına görə, 2016-2024-cü illər ərzində parkın müəssisələrində istehsal edilən məhsulların 4,6 milyard manatlığı ixrac olunub. İxracın coğrafiyası da genişdir - 70 ölkə.

Son məlumata görə, SKSP-yə sahibkarlar tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb, parkdakı müəssisələrdə 6400-dən artıq daimi iş yeri yaradılıb. Bu il sənaye parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Fəaliyyətə başlayacaq müəssisələr elektrik mühərrikli avtobusların, yüngül, orta və ağırtonnajlı yük avtomobillərinin yığılması, inşaat materiallarının və aqrosənaye məhsullarının qablaşdırılması üçün karton kağızın istehsalı ilə məşğul olacaqlar. 

Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədli texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb  

09:37
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!