09 Oktyabr 2024 08:45
220
SİYASƏT
A- A+
Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır


"Sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ustad sənətkara dövlətimizin ehtiramının nümunəsidir. Dövlətimiz hər zaman Aşıq Ələsgər yaradıcılığına böyük önəm verib. Hələ sovetlər dönəmində - 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilib, bu yubiley münasibətilə onun doğulduğu Ağkilsə kəndində abidəsi ucaldılıb. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayarkən ermənilər tərəfindən həmin abidə vandalizmə məruz qalıb".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Prezident İlham Əliyev tərəfindən üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi ilə bağlı iki sərəncam imzaladığını xatırladan müsahibimiz bildirib ki, ikinci sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi artıq reallığa çevrilib. "Aşıq Ələsgərin abidəsinin açılışında Prezident İlham Əliyev dərin-məzmunlu nitq söyləyərək qeyd etdi ki, aşığın yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxıb ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Aşıq Ələsgər ömürboyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb, yaradıb, ömrünün son illərində isə doğma torpaqlarını tərk etməyə məcbur olub. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcərə köçsə də, 3 il sonra yenidən Göyçəyə qayıdıb. Erməni təhlükəsi bitməsə də, o, doğma yurduna geri dönüb. Azərbaycanlılara qarşı 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş verib", - deyə o əlavə edib. 

Dövlət başçısının iki deportasiyadan müəyyən müddət sonra Azərbaycan xalqının dədə-baba torpaqlarına qayıtdığını dediyini xatırladan deputat bildirib ki, bu, haqlı olaraq üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdacaqları əminliyini yaradır. Vətən sevgisi bunu deməyə əsas verir. O torpaqlar unudulmayıb və unudulmayacaq, həmin torpaqları görməyən qərbi azərbaycanlıların sonrakı nəsilləri vətən həsrəti ilə yaşayırlar. Biz bu reallığa Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə şahid olduq. Vətən müharibəsində o torpaqlar üçün döyüşən gənclərin əksəriyyəti torpaqlarımızın işğalından sonra dünyaya gələn gənclər idi. Bu fakt Qərbi Azərbaycana da qayıdışı şərtləndirən amillərdən biridir.

Pərvin Kərimzadə qeyd edib ki, qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir: "Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olmasına ciddi əngəl törədir. Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi qəbulolunmazdır. Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişməsi, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv etməsi, tarixi abidələrimizi dağıtması cinayətdir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyənləşdirilib". 

Deputat vurğulayıb ki, gec-tez tarixi ədalət bərpa olunacaq, qərbi azərbaycanlılar tarixi yurdlarına dönəcəklər. Dövlət başçısının dediyi kimi, gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və onun doğulduğu Ağkilsə kəndində də mərasimlər keçirəcəyik. Azərbaycan xalqı olaraq sözü imzası qədər dəyərli olan Prezidentin bu fikirlərinin də gerçəyə çevriləcəyinə əminik!"


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

08:40
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!