09 Oktyabr 2024 09:25
314
CƏMİYYƏT
A- A+
"Poliqon" bu dəfə Tərtərdədir

"Poliqon" bu dəfə Tərtərdədir


Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb. 

Məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və ləyaqət ruhunu gücləndirmək, onları ordu sıralarında xidmətə hazırlamaq, habelə mənəvi psixoloji və hərbi-fiziki hazırlığı artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdir. 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə gənclərlə görüşüb. RİH başçısı gənclərə Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən müharibəsində ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. 

Tərtər Olimpiya İdman Kompleksində keçirilən hərbi-vətənpərvərlik düşərgəsində "Mübarizlər", "Aslanlar", "Canavarlar", "Şahinlər" və "Əqrəblər" komandaların Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçirilir. Düşərgədə Azərbaycan Xarici Dillər Universitetinin 48 gənci birincilik uğrunda mübarizə aparır. 


Lazım QULİYEV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Meta” yeni süni zəka sistemi hazırlayıb

13:11
09 Oktyabr

Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib

12:54
09 Oktyabr

FHN-in amfibiya təyyarəsi İzmir-Aliağada yanğınsöndürmə işləri həyata keçirib

12:52
09 Oktyabr

Elektrik enerjisi istehsal edən süni bitki yaradılıb

12:50
09 Oktyabr

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

12:35
09 Oktyabr

Terror aktı planlaşdırırdı, həbs edildi 

12:31
09 Oktyabr

Alimlər Günəşin sönməsi və Yerdə həyatın sona çatması ssenarisini açıqlayıblar

12:30
09 Oktyabr

KXDR sərhədlərini “qalaya” çevirəcək

12:28
09 Oktyabr

Kamala Harrisin 200 min dollardan çox dəyərində zərgərlik kolleksiyası var

12:27
09 Oktyabr

İƏT-in Mərkəz direktoru: Azərbaycan və Türkiyə ailə ilə bağlı eyni dəyərlərə malikdir

12:25
09 Oktyabr

Bu il Dövlət Vergi Xidmətindən büdcəyə daxilolmalar 12 milyard manatı ötüb

12:24
09 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

12:01
09 Oktyabr

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib

11:41
09 Oktyabr

Uşağın anadan olmasına görə 80 min nəfərə yaxın şəxsə proaktiv qaydada birdəfəlik müavinət verilib

11:34
09 Oktyabr

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!