06 Oktyabr 2024 08:05
2573
SİYASƏT
A- A+
Azərbaycan sabitlik məkanıdır

Azərbaycan sabitlik məkanıdır


Bu gün dünyamız böyük gərginliklər içindədir. Ziddiyyətli siyasi maraqların üz-üzə qoyduğu bir çox dövlətlər arasındakı qarşıdurmalar artıq aktiv hərbi münaqişə fazasına keçməkdədir. Bütün bunlar yaxın-uzaq qonşuluğumuzda yaşayan yüz milyonlarla insanın həyat və təhlükəsizliyini təhdid etməkdə, dövlətləri, xalqları qlobal inkişaf proseslərindən kənarlaşdırmaqdadır. Azərbaycanın yerləşdiyi geosiyasi mövqe, hərbi münaqişə tərəfi kimi çıxış edən böyük dövlətlərlə həmsərhəd coğrafiyada olması ölkəmizə də çox ciddi təsirlər yaradır.

Qlobal miqyasda hökm sürən belə bir mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyi, davamlı inkişafı təmin edə bilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çox böyük uğurudur. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inkişaf və təhlükəsizlik baxımından əldə etdiyi nailiyyətlər bir neçə mühüm faktora əsaslanır. 

Müasir dünyamızın ən qüdrətli şəxsiyyətlərindən olan Prezident İlham Əliyevin siyasi lider kimi fenomenal keyfiyyətləri bu faktorların ən mühümlərindəndir. Azərbaycanın daxili sabitliyinin əsas mənbəyi dövlət rəhbərimizin uğurlu idarəetməsindən irəli gəlir. Onun uzunmüddətli strateji baxışı və ölkənin maraqlarını qorumaq üçün həyata keçirdiyi tədbirlər ictimai-siyasi sabitliyə zəmanət verir. 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar, sosial siyasət ölkənin iqtisadiyyatının inkişafına, əhalinin rifah halının yüksəlməsinə, sosial sabitliyə və dayanıqlı iqtisadi sistemin formalaşmasına imkan yaradır. İslahatlar həmçinin dövlət idarəçiliyinin təkmilləşdirilməsini və korrupsiya ilə mübarizəni də əhatə edir, ölkə və cəmiyyət həyatında davamlı yenilənmələr baş verir. Bütün bunlar Azərbaycanda mövcud olan sabitlik və inkişaf mühitini dəstəkləyir. Qeyd edilən amillərdən istifadə etməklə Azərbaycanın təhlükəsizliyinə yönələ biləcək hər hansı meyillərin qarşısı alınır. 


Milli birlik


Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə milli birliyin qorunması xüsusi yer tutur. Vətən müharibəsindəki tarixi zəfərimiz, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması milli birliyimizi daha da gücləndirdi, ölkəmizdəki ictimai-siyasi sabitliyin təməllərini sarsılmaz etdi. Hərbi güc və təhlükəsizlik strategiyası da təbii ki, diqqətdən kənarda qalmır. Azərbaycan Ordusunun modernləşdirilməsi, ölkənin hərbi gücünün artırılması və təhlükəsizlik sahəsində uğurlu strategiyalar dövlətimizin həm daxildən, həm də xaricdən yarana biləcək təhdidlərə effektiv cavab verməsinə şərait yaradır.

Azərbaycanın qlobal çağırışlara çevik uyğunlaşması və ona əsasən davranmaq əzmi də ölkə rəhbərimizin siyasətində xüsusilə diqqəti çəkir. Bu gün qlobal siyasi arenada ölkəmiz çox mühüm mövqeyə, əhəmiyyətli rola malikdir. Mürəkkəb beynəlxalq münasibətlər fonunda Prezident İlham Əliyev balanslı xarici siyasət yürüdərək, Azərbaycanın dünya arenasında mövqeyini gücləndirir. Respublikamızın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirakı, qonşu ölkələrlə və qlobal güclərlə balanslı münasibətləri sabitliyin qorunmasına töhfə verir.

Bir neçə il əvvəl bütün dünyanı çənginə almış pandemiya dövründə, eləcə də  qlobal iqtisadi böhranlar şəraitində Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi tədbirlərin, ölkə daxilində sabitliyin qorunmasına və iqtisadiyyatın davamlı inkişafına necə imkan yaratdığına, mövcud riskləri minimallaşdırdığına hər birimiz şahidlik edirik. 


Regionun əsas söz sahibi


Həyata keçirilən siyasətin uğurları sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Böyük güclərin bölgəmizlə bağlı siyasətində əsas söz sahibi kimi ölkəmizin mövqeyi mütləq nəzərə alınır. Çünki bu gün bölgədə əsas şərtləri diktə edən, mövcud reallıqların əhəmiyyətli qismini yaradan məhz Azərbaycandır. Digər region ölkələri ilə müqayisədə respublikamızın iqtisadi, siyasi və hərbi gücü sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa mühüm təsir göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti, o cümlədən neft və qaz layihələri sayəsində ölkəmiz qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu da ictimai-siyasi sabitliyin əsaslarını möhkəmləndirir, eyni zamanda enerji gəlirləri iqtisadi inkişafın təkanverici qüvvəsi kimi çıxış edir.

Azərbaycan dövləti xalqımızın əsrlərdən bəri malik olduğu multikulturalizm, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ənənələrinə sadiqdir. Bu, ölkəmizin dövlət siyasətinin çox mühüm elementidir. Azərbaycan bütün dünyada multikulturalizm dəyərlərini təbliğ edir, bəşəriyyətin bu dəyərlər işığında birləşərək xalqları, dövlətləri, sivilizasiyaları üz-üzə qoyan münaqişələrdən qurtuluşuna çalışır. Multikulturalizm və dini tolerantlıq siyasəti Azərbaycandakı müxtəlif dini və etnik qruplar arasında harmoniyanı qoruyur, ictimai-siyasi sabitliyin mühafizəsində əhəmiyyətli rol oynayır, milli vəhdətimizi daha da möhkəmləndirir, ölkəmizdə etnik, milli zəmində hər hansı təxribatların törədilməsinə, münaqişə ocaqlarının yaranmasına imkan vermir. Azərbaycanın dini ekstremizmə qarşı mübarizə siyasəti həm daxili sabitliyin qorunması, həm də Yaxın Şərqdə və qlobal miqyasda hökm sürən radikalizmin qarşısının alınması baxımından mühüm örnəkdir. 

Gənc nəslə diqqət və qayğı, onların inkişafına yaradılan şərait də ölkəmizin təhlükəsizliyində, davamlı tərəqqisində mühüm rol oynayır. Azərbaycan dövləti təhsilə və insan kapitalına davamlı yatırımlar edir. Ölkənin təbii resurslardan əldə etdiyi gəlirlərin insan kapitalına transformasiyası strategiyası uğurla davam etdirilir. Prezident İlham Əliyevin təhsilə və gənclərin inkişafına verdiyi əhəmiyyət, yaratdığı şərait ölkənin uzunmüddətli sabitliyinin təmin edilməsində mühüm amil kimi nəzərə çarpır. Gənclərə göstərilən diqqət bir tərəfdən onların potensialının inkişafını, digər tərəfdən də ölkəmizin milli maraqlarının qorunmasını təmin edir. Azərbaycan Prezidenti dövlətçilik dəyərlərinə bağlı, vətənpərvər gənc nəsil yetişdirir. Bu nəslin Vətənə bağlılığını, Azərbaycanın bu günü və gələcəyi üçün nə qədər böyük potensiala malik olduğunu gənclərin Vətən müharibəsindəki, antiterror tədbirlərindəki rəşadəti bir daha sübuta yetirdi.


Sülh və inkişaf yolunda  


Azərbaycan dövləti iqtisadiyyatı şaxələndirməklə neftdən asılılığı tədricən azaldır, ölkəmizin uzunmüddətli perspektivdə də davamlı inkişafına təminat yaradır. 

Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra bu gün Azərbaycanın əsas hədəflərindən biri əbədi sülhün təmin olunması, ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyi üçün təhdid doğuran bütün amillərin aradan qaldırılmasıdır. Lakin çox təəssüf ki, Qərb dövlətləri ilk növbədə Azərbaycana qarşı bütün çirkin əməllərindən istifadə edirlər. O zaman Fransa və digər ölkələr bu işğalı əbədi etmək üçün səylə çalışırdılar. Guya münaqişənin həlli ilə məşğul olurdular. Əslində isə, niyyət tamam başqa idi: ölkəmizi təzyiq altında saxlamaq, işğal olunmuş torpaqlarımızı unutdurmaq.  Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışındakı çıxışında bu məsələyə xüsusi diqqət yetirərək dedi: "Onların təklifləri nədən ibarət idi? Ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə müstəqillik verilsin. Axı bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?! Bu gün Rusiya-Ukrayna müharibəsinə baxın, Qərb dövlətləri, Fransa, Amerika, o birilər nə deyirlər? Deyirlər, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımıza niyə münasibət fərqli idi? Axı bizim də ərazi bütövlüyümüz pozulmuşdu. Bizim insanlar - bir milyon insan evsiz-eşiksiz qalmışdı. Kim bizə kömək edirdi? Vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, çadırlarda bir milyon insan yaşayanda niyə bu dərəcədə ikiüzlülük göstərilirdi? Bu suallara cavab tələb edirik. Amma cavabı biz harada görürük? Yenə də anti-Azərbaycan addımlarında".


Bizim iradəmizə təsir etmək mümkün deyil 


Ermənistana bu gün də dəstək verən, onun işğalçılıq siyasətinə bəraət qazandıran ölkələr Azərbaycanı ittiham edirlər, bizə qarşı sanksiyaların tətbiqinə başlamaq istəyirlər. Ermənistana qarşı 30 il ərzində heç bir sanksiya tətbiq edilməyib. Bu işğalçı dövlət beynəlxalq hüququn bütün norma və hüquqlarını pozmuşdur, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir. Qərb dövlətinin bir rəsmi nümayəndəsi belə onlara irad tutmamışdır. İşğalçılar hətta dünyanın birnömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymamışdılar. Bu ədalətsizliyin dərəcəsinə baxın! 

Azərbaycan Prezidenti onu da xüsusi vurğuladı ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. "…Mən o müraciəti vərəqlədim, çirkin müraciətdir, bizim iradəmizə təsir edə bilməz" dedi Azərbaycan Prezidenti. Bu, ABŞ Dövlət Departamentinin ikili oyunu, Azərbaycana qarşı məkrli planlarıdır. Məqsəd Azərbaycanı hədələmək, ittiham etməkdir. Daha sonra dövlət başçısı dedi: "Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq…"   

Uzun illər ərzində torpaqlarımızı işğal altında saxlamış Ermənistanın faktiki kapitulyasiyasından sonra da ölkəmiz ədalətli sülh təşəbbüsündən çıxış edərək bu təşəbbüs ətrafında aparılan danışıqlara sadiqlik nümayiş etdirir. Bölgədə müxtəlif təxribatlar törədərək öz maraqlarını təmin etməyə çalışan xarici qüvvələrin bütün cəhdlərinin qarşısını almağa çalışır. Ermənistanı əsrlər boyu olduğu kimi, yenə də kimlərinsə əlində maşa rolunu oynamamağa, təhlükəli oyunlara qoşulmamağa, qonşularla normal münasibətlər qurub regiondakı inkişaf proseslərinin bir hissəsinə çevrilməyə çağırır.   

Yaxın coğrafiyada yaşananlar, qeyri-sabitlik, terror və müharibələr fonunda bu gün Azərbaycan başqa dövlətlər üçün də effektiv örnəklər yaradan sabitlik adasıdır. Azərbaycanın son illərdə bir çox mühüm qlobal tədbirə evsahibliyi etməsi, o cümlədən bu il COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi buna daha bir nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi milli maraqlara uyğun siyasi kurs respublikada sabitliyin əsasında duran başlıca amildir. Bu amil həm ölkəmiz, həm regionumuz üçün böyük uğurlara gətirib çıxaracaqdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

08:40
09 Oktyabr

Ağ Evin məkrli ssenarisi

08:35
09 Oktyabr

ABŞ sülhü yox, müharibəni seçir 

08:30
09 Oktyabr

İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur" 

08:25
09 Oktyabr

Daha 16 ailə Şuşaya qayıtdı

08:20
09 Oktyabr

Şuşaya gedən Zəfər yolunun açarı

08:15
09 Oktyabr

Qarabağ, Zəfər... və Polad Həşimov!

08:10
09 Oktyabr

Böyük dövrün böyük hədəfləri

08:05
09 Oktyabr

Milli Məclisdən ABŞ-yə etiraz

08:00
09 Oktyabr

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:43
09 Oktyabr

Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:41
09 Oktyabr

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

02:41
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!