21 Dekabr 2024 08:05
246
SİYASƏT
A- A+
Böyük iqtisadi potensiala malik D-8-in sıraları genişləndi

Böyük iqtisadi potensiala malik D-8-in sıraları genişləndi


İndi bu sırada Azərbaycanın da yeri var!


Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istər siyasət, istərsə də iqtisadiyyat və digər sahələrdə əldə etdiyi uğurlarla dünya arenasında özünəməxsus yer tutub. Dövlət başçısının  müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq dünya ölkələri və qlobal təşkilatlarla əməkdaşlığa önəm verilir. Hazırda Azərbaycan bir sıra mötəbər beynəlxalq təşkilatların üzvüdür.

Ölkəmiz belə nüfuzlu təşkilatlarla əməkdaşlıq etmək və onlarla bir sırada addımlamaq istiqamətində  son iki onillikdə irəliləyərək, dünya birliyinə sistemli surətdə inteqrasiya etmək üçün uzun yol gedib. Bu il dekabrın 19-da bu yolda növbəti addımlardan biri də atılıb: Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib. 

Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib. "Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm. Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Bu, bizim üçün qürur mənbəyidir. Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, islam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir".

Xatırladaq ki,  təsisatın yaranma ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib. D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya "Böyük iyirmilər"in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir. Əslində, Azərbaycan indiyədək D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olmasa da, qurumun işində yaxından iştirak edib. Hətta Prezident İlham Əliyev 2017-ci ildə İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşündə  çıxış da edib. 

"İslam Səkkizliyi" adlanan D-8 Asiya, Afrika və Avropanı əhatə edir. Quruma üzv dövlətlərin əhalisi ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir. D-8 4 trilyon dollardan artıq ÜDM-ə malikdir. Azərbaycanın belə bir quruma üzv seçilməsi Prezident İlham Əliyevin cəsarətli və qətiyyətli addımlarının, uğurlu xarici siyasətinin məntiqi davamı, beynəlxalq aləmdə artan nüfuzudur - bu, danılmz faktdır. Bu, həm də  Azərbaycanın dünya ictimaiyyətinin rəğbətini qazanması və  ona olan etimadın nümunəsidir.  D-8-ə üzvlük onu da təsdiq edir ki, ölkəmiz gündən-günə yüksək iqtisadi göstəricilərlə gündəmə gəlir, davamlı olaraq ictimai-siyasi sabitliyini qoruyub saxlayır. Maraqlıdır ki,  28 il əvvəl yaradılan təşkilat indiyə kimi genişlənməyib. İlk dəfə Azərbaycanın timsalında D-8 genişləndi. Bu da bizə onu deməyə əsas verir deyək ki, həmin genişlənmə rəsmi Bakının regionda və beynəlxalq müstəvidə yaratdığı yeni geosiyasi reallıqların təzahürü olmaqla yanaşı, həm də Azərbaycanın qüdrətli aktor kimi qəbul edilməsinin nəticəsidir. 

Azərbaycanın D-8-ə qəbul edilməsi təkcə bu təşkilatın özünün deyil, həm də 57 müsəlman dövlətini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) siyasi və iqtisadi cəhətdən güclənməsinə kömək edəcək. Bu güc imkan verəcək ki,  Azərbaycanın iqtisadi və logistika imkanları üzv ölkələrin inkişafında  böyük rol oynasın. Azərbaycan tranzit bir ölkə olaraq  Şərq və Qərb arasında körpü rolunu oynamağa davam edəcək. D-8-ə üzvlük isə bu istiqamətdə rəsmi Bakının rolunu daha da qüvvətləndirəcək. 

Danılmaz faktdır ki, bu gün Azərbaycanın iqtisadi inkişafı, siyasi qüdrəti dünya miqyasında nüfuzunun durmadan artmasına təkan verir. Ölkəmizdə qlobal və regional layihələrin reallaşdırılması, bölgələrin tarazlı inkişafına hesablanan dövlət proqramlarının təsdiq edilməsi, qeyri-neft sektorunun daha da möhkəmlənməsi məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlərin davam etdirilməsi  qeyd etdiyimiz uğurları şərtləndirir. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaq tapması, özəl sektorun inkişafı uğurlu iqtisadi siyasətin nəticəsidir. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə  çəkisini artıran önəmli faktorlardır. 

Qeyd edək ki, quruma üzv dövlətlərin rəhbərləri  də bu göstəricini yüksək qiymətləndirirlər. Bu da  ölkəmizin D-8-ə verə biləcəyi töhfənin nümunəsidir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm". Misir Prezidenti Əbdül Fəttah əs-Sisi də ölkəmizi D-8 təşkilatına üzv olması münasibətilə təbrik edib. O, həmçinin təşkilatın adıçəkilən sammitində çıxışında bunun ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacağını da diqqətə çatdırıb.

30 ilə yaxındır ki, islamofobiya adlı qorxulu bir tendensiya müsəlmanlara qarşı düşmənçilik  toxumları səpərək, ayrı-seçkilik və zorakılıq aktları nümayiş etdirir. Baxmayaraq ki, ölkəmiz indiyə kimi islamofobiyaya  qarşı  fəal mübarizə aparıb, bu gün onun  D-8-ə üzv qəbul olunması isə həmin mübarizəni daha da gücləndirəcək. D-8 ölkəmizin islamofobiyaya qarşı daha təsirli, daha qəti addımlar atmasına şərait yaradacaq. Bu, əlbəttə, təkcə Azərbaycan  üçün yox, D-8-in bütün üzvləri və bütövlükdə müsəlman dünyası üçün ciddi dividenddir. Yüz illərlə  Şərq ilə Qərb arasında körpü rolu oynayan, islam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8-ə üzvlüyü təkcə islamofobiyaya qarşı mübarizəyə deyil, həm də islam həmrəyliyinin möhkəmlənməsinə, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfə olacaq.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!