09 Oktyabr 2024 12:54
316
CƏMİYYƏT
A- A+
Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib

Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ərazisi işğaldan azad edilmiş rayonlardan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanan bir qrup gənclə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanda təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri xatırladılaraq, Prezident İlham Əliyevin bu sahədə mükəmməl dövlət siyasəti həyata keçirdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da gənclərin özünü inkişafla bağlı proqram və layihələrin icrasına xüsusi diqqət ayırdığı vurğulanıb.

Vətən müharibəsində qazanılan tarixi Zəfərdə gənclərimizin rolunun böyük olduğu və onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişdiyi böyük məmnunluq hissi ilə qeyd olunub. Böyük Qayıdış mərhələsində də gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyü, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında və müasir yaşayış məkanına çevrilməsində onların fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.

Bir müddət öncə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi infoturun iştirakçısı olmuş tələbələr bu maraqlı səfər barədə təəssüratlarını bölüşüb, ali təhsil dövründə qarşılarına qoyduqları məqsədlər barədə danışıblar. Onlar doğma yurd yerlərimizdə aparılan bərpa-quruculuq işlərinin şahidi olduqlarını, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin, o cümlədən qəhrəman şəhidlərimizin və qazilərimizin qanı bahasına işğaldan qurtarılmış torpaqlarımızın inkişafına sərf edəcəklərini bildiriblər.

Tələbələr dövlətimizin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər, yaradılan imkanlara görə ölkə rəhbərinə minnətdarlıq ifadə ediblər.

Dövlət Komitəsinin sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNƏCƏK

14:47
09 Oktyabr

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNƏCƏK

14:46
09 Oktyabr

Papuaşvili: Qərb siyasətçiləri son bir ayda Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər

14:45
09 Oktyabr

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

14:44
09 Oktyabr

İcraçı direktor: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyada 51 təşəbbüs nəzərdə tutulur

14:37
09 Oktyabr

Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılması ilə bağlı vəsatəti təmin etməyib  

14:28
09 Oktyabr

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib YENİLƏNƏCƏK

14:21
09 Oktyabr

Almaniya Ukraynaya 400 milyon avro ayırdı

14:10
09 Oktyabr

 Astrofiziklər Yerin gələcək taleyini xatırladan ekzoplanet kəşf ediblər

14:03
09 Oktyabr

Yaponiyada yeni seçkilər keçiriləcək 

13:52
09 Oktyabr

Oktyabrın 10-da bəzi yerlərdə 30 dərəcə isti olacaq

13:47
09 Oktyabr

“Milton" son 100 ilin ən güclü qasırğası olacaq

13:39
09 Oktyabr

Elektrik mühərrikli qayıqlar da kapitansız olacaq

13:31
09 Oktyabr

Qədim Roma dövrünə aid hərbi istehkam tapıldı

13:22
09 Oktyabr

Bloomberg: NATO-nun Şərq cinahı müdafiə xərclərini 70 milyard dollaradək artırıb

13:18
09 Oktyabr

“Meta” yeni süni zəka sistemi hazırlayıb

13:11
09 Oktyabr

Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib

12:54
09 Oktyabr

FHN-in amfibiya təyyarəsi İzmir-Aliağada yanğınsöndürmə işləri həyata keçirib

12:52
09 Oktyabr

Elektrik enerjisi istehsal edən süni bitki yaradılıb

12:50
09 Oktyabr

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

12:35
09 Oktyabr

Terror aktı planlaşdırırdı, həbs edildi 

12:31
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!