27 Sentyabr 2024 08:30
2729
SİYASƏT
A- A+
Zəfərlə anırıq...

Zəfərlə anırıq...


Siz ey ulu ərlər, ərənlər!..

Azərbaycan adlı ananın qurd ürəkli oğulları!

Vətən adı gələndə min yerdən hay verən igidlər!

Ölümün gözünə dik baxıb canlarını yurd uğrunda qurban verən fədailər!

Qızıl qanlarıyla qaraca torpağı ziyarətgaha çevirən müqəddəslər!

Ruhlarıyla Tanrı dərgahına üz tutan əbədiyyət yolçuları!

Şəhidlər!..

Qəhrəmanlığınızı, mərdliyinizi, cəsurluğunuzu, hünərinizi...

Əyilməyən vüqarınızı...

Torpaq, millət, bayraq sevginizi...

Şərəf, namus, qeyrət təəssübünüzü...

Vətən eşqinizi...

Sayğıyla, ehtiramla, minnətdarlıqla, sükutla...

Zəfərlə anırıq!..

***

Siz ey azman igidlər!

Bu gün əgər üçrəngli, ay-ulduzlu bayraqlarımız zirvələrdə qürurla dalğalanırsa...

Bütöv Azərbaycanın vətəndaşı olmağın xoşbəxtlik hissi ilə xalqımız dünyada başıuca gəzirsə...

Onilliklərin torpaq həsrətinə son qoyulan keçmiş məcburi köçkünümüz qayıdış köçləri ilə yurdlarına qovuşdurulursa...

Bir zamanlar silah səsləri eşidilən Qarabağ və Şərqi Zəngəzurdan yeni doğulan azərbaycanlı balaların hayqırışları duyulursa...

Zəngilandan, Laçından, Şuşadan... vağzalı sədası ucalırsa...

Xankəndidə övladlarımız məktəbə, ali məktəbə yollanırsa...

Xocalıda yenidən yandırılan od-ocağın şöləsi bütün azərbaycanlıların ürəyinə işıq saçırsa...

Qan yaddaşımıza çevrilən Xocalı qurbanlarının, torpaqlarımız uğrunda canını fəda edən bütün vətən övladlarımızın ruhları dinclik tapırsa, şad olursa...

Bütün bu qürurverici xoşbəxtliklərə görə sizə borcluyuq...

Haqqınız ödənməz...

***

Siz ey vüqarlı oğullar!

Canınız bahasına Azərbaycana şanlı qələbə qazandırdınız!

Vətən savaşında qanınızla yazdığınız və min illər keçsə belə şərəflə xatırlanacaq zəfər salnaməsinin hər sətrinə qələbə nidası həkk etdiniz...

2020-ci ilin payızında haqq yürüşünə çıxıb qisas nərəsi ilə düşməni lərzəyə saldınız. Qələbə çalmadan geri dönməmək hər birinizin müqəddəs amalı oldu. 

Yağışa, palçığa, qara, şaxtaya baxmadan dərin dərələrdən keçdiniz, sıldırım qayalardan aşdınız, lazım gələndə yalın əllə düşmənin nəfəsini kəsdiniz.

Çoxunuz düşmənin üzərinə  yeriyərkən minaya düşdünüz, qəlpə, güllə yarası aldınız, amma can ağrınızı unudub zəfər yolunda irəliləməyə davam etdiniz, tibbi yardımdan, arxaya təxliyə olunmaqdan imtina edərək, qanınızla bu torpağı suvararaq torpaqlarımızı azadlığa qovuşdurdunuz. 

Ürəklərinizin üzərində gəzdirdiyiniz üçrəngli müqəddəs bayrağımızı vətənin zirvələrində, Şuşada, Xocalıda, Xankəndidə - Qarabağda dalğalandırdınız. 

***

Siz ey mərd oğullar!

Ana vətəni yaşatmaq üçün bir an belə düşünmədən öz canınızdan keçdiniz.

Qaralar bağlayan, saçlarını yolan ananıza: 

"Sil gözlərinin yaşını, ağlama! 

Köksümdəki al yaraya baxıb sızlama...

Sən ki hamıdan çox bələdsən mənə...

Bilmirsənmi, düşmən gülləsindən ölmərəm?!

Başını uca tut, ana!

Sən cismimə sarılmış o üçrəngli müqəddəs bayrağa bax...

Göylərə bax...

Oradan gülümsəyəcəm sənə,

Günəşin bir zərrəsindən, ulduzların şəfəqindən...

Səsləyəcəm səni...

Buludların göz yaşı misalı Yer üzünə axıtdığı hüznlü damlaların,

həzin laylasında qulaq ver ünümə...

Əlvida, ana!

Ürəyindən süzülərək gözlərindən axan yaşla arxamca su çilə, ana!

Mən əbədiyyət yolçuluğuna çıxmışam!.." dediniz...

***

Siz ey cənnət ətirli şəhidlər!

Uca məqamınız qarşısında baş əyirik!

Azərbaycan xalqı heç zaman sizin bu fədakarlığınızı unutmayacaq!

Hörmət, minnətdarlıq hissi, dualarla yad edəcək!

Qürur, şərəf, sayğı...

Zəfərlə anacaq! 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!