09 Oktyabr 2024 10:37
228
Təhsil
A- A+
Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 3-də açılışında iştirak etdikləri Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbdə ilk tədris günü başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbdə tədrisin başlaması ilə əlaqədar keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər, məktəb kollektivi, Cəbrayıl şəhər sakinləri iştirak edirlər.

Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları inşa olunub.

1876-cı ildən fəaliyyətə başlayan məktəb Ermənistanın işğalı nəticəsində viran edilmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib

12:54
09 Oktyabr

FHN-in amfibiya təyyarəsi İzmir-Aliağada yanğınsöndürmə işləri həyata keçirib

12:52
09 Oktyabr

Elektrik enerjisi istehsal edən süni bitki yaradılıb

12:50
09 Oktyabr

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

12:35
09 Oktyabr

Terror aktı planlaşdırırdı, həbs edildi 

12:31
09 Oktyabr

Alimlər Günəşin sönməsi və Yerdə həyatın sona çatması ssenarisini açıqlayıblar

12:30
09 Oktyabr

KXDR sərhədlərini “qalaya” çevirəcək

12:28
09 Oktyabr

Kamala Harrisin 200 min dollardan çox dəyərində zərgərlik kolleksiyası var

12:27
09 Oktyabr

İƏT-in Mərkəz direktoru: Azərbaycan və Türkiyə ailə ilə bağlı eyni dəyərlərə malikdir

12:25
09 Oktyabr

Bu il Dövlət Vergi Xidmətindən büdcəyə daxilolmalar 12 milyard manatı ötüb

12:24
09 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

12:01
09 Oktyabr

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib

11:41
09 Oktyabr

Uşağın anadan olmasına görə 80 min nəfərə yaxın şəxsə proaktiv qaydada birdəfəlik müavinət verilib

11:34
09 Oktyabr

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!