09 Oktyabr 2024 09:00
202
SİYASƏT
A- A+
"Axmaq olma, Ermənistan"

"Axmaq olma, Ermənistan"



"Arqumentı i faktı" qəzeti Ermənistanın Qərb "sevdası"na həsr olunmuş reportaj dərc edib


Keçmiş SSRİ-nin və indiki Rusiya Federasiyasının ən nüfuzlu qəzetlərindən olan "Arqumentı i faktı" həftəliyində İrəvana ezam olunmuş müxbir Georgi Zotovun "Axmaq olma, Ermənistan" sərlövhəli yazısı dərc olunub. Məqalənin ictimai-siyasi əhəmiyyətini və doğurduğu rezonansı (oktyabrın 4-də top 10-luqda yer alıb) nəzərə alaraq onun kiçik ixtisarla tərcüməsini oxucularımıza təqdim edirik.

- İrəvanda söhbət zamanı orta yaşlı, savadlı şəxs təsiri bağışlayan bir adam bütün ciddiliyi ilə mənə dedi: "Qərb bizə Rusiyadan daha yaxşı kömək edəcək. O, bizi qorumaq üçün buraya qoşun göndərəcək, bizə faizsiz böyük kreditlər verəcək və ən son silahlarla təmin edəcək". Bu məqamda narahat oldum və bir az həyəcanla soruşdum: 

- Bağışlayın, səhhətiniz yaxşıdır?

- Bəli, nə olub ki?

- Sadəcə demək istəyirəm ki, sizin Azərbaycanla müharibəniz zamanı iki dəfə - 2020 və 2023-cü illərdə Qərb bunu etməyib. Niyə indi bunu etməlidir? Onun azərbaycanlılarla yaxşı münasibəti var, onlardan neft və qaz alır. 2 milyon 700 min nəfər əhalisi olan respublikanız Qərb üçün az maraq kəsb edir. Sizin onlara nə faydanız var?

 Adam həqiqətən bu barədə bir az düşündü və dedi: "Bizdə demokratiya var. Bizim mədəniyyətimiz çox qədimdir. Biz dünyada xristianlığı qəbul edən ilk ölkəyik". Üzünə baxdım və daha aydın şəkildə izah etdim: "Solunda Türkiyə, sağında Azərbaycan, aşağıda İran, qalmısınız ortada - fındıqsındıranın içindəki qoz kimi... Gümrüdəki rus hərbi bazasını çıxarsanız, sizi nə gözlədiyini anlayırsınız? Siz NATO-ya qəbul olunmayacaqsınız, İran da bundan xoşlanmayacaq".

Bu söhbəti  irəvanlı biznesmen Levon Xaçikyana danışanda mənimlə razılaşdı: "Burada heç bir məntiq yoxdur. Ancaq insanlar dəlicəsinə  inanmaq istəyirlər ki, heç olmasa kimsə onlara kömək edəcək".

 Bəs niyə Ermənistan Aİ və ABŞ-dən kömək gözləyir?


Qərb eşqi


...38 yaşlı Armen Manukyan İrəvanda lombardda qiymətləndirici işləyir. O, SSRİ dövründə evdə ikonaların olmadığını xatırlayır. Sov.İKP üzvü olan atası ciddi şəkildə deyirdi: "Allah yoxdur, bunlar kahinin nağıllarıdır". Amma Sovet İttifaqı dağılandan bir il sonra mənzildə çarmıx peyda oldu və atam gözlərini gizlədərək dedi: "Bilirsən, imansız yaşamaq çətindir, nəyəsə inanmalısan". İndi bizdə də belədir. İnsanlar təsəvvür etmək istəyirlər: naməlum biri peyda olacaq, sizə pul verəcək və gözəl gözləriniz üçün, sadəcə olaraq qədim tarixiniz və mədəniyyətiniz üçün sizi qoruyacaq. Amma belə olmur. Qərbin Cənubi Vyetnama necə xəyanət etdiyinin və bu yaxınlarda Əfqanıstanı tərk edərək, ona xidmət edən insanları Taliban tərəfindən öldürülmək üçün necə tərk etdiyinə dair görüntülərə baxın. Nə Amerika, nə də Avropa bizim üçün döyüşməyəcək. Lakin Artsaxı itirdikdən sonra bəzi ermənilər artıq Rusiyanın köməyinə inanmırlar. Və onlar Vaşinqton və Brüsselin azərbaycanlılar tərəfindən udulmağımıza imkan verməyəcəyinə, ürəkdən bizim tərəfimizdən mübarizə aparacağına ümid edərək Qərbə aşiq oldular..."


Nağılbazların utopik xülyaları


Ermənistan paytaxtındakı kafenin sahibi Marina Ambartsumyan da siyasətdən kənarda qalmayıb və deyir: "Televiziya kanalları daim iddia edirlər ki, bəli, əvvəllər hər şey pis idi, amma indi yaxşı olacaq. ABŞ Dövlət katibi Blinken gəldi, Amerika bizə 65 milyon dollar, Avropa Birliyi isə 270 milyon avro yardım edəcək. Bütün bunlar dəfələrlə təkrarlanır - deyirlər, görün hər şey necə də gözəldir. Təkcə izah olunmayan odur ki, balaca Ermənistanın artıq xarici kreditorlara 12 milyard dollar borcu var və onları necə qaytaracağımız bəlli deyil: burada neft və qaz yoxdur. Jurnalistlər izah etmək üçün bir-biri ilə yarışırlar - ordunu Qərbin pulları hesabına İsveçrə modeli ilə modernləşdirəcəyik və hamını məğlub edəcəyik. Məgər İsveçrə Azərbaycanla vuruşub? Bu, 200 ildir ki, neytral dövlətdir. Şəxsən mən düşündüyümü deyəcəyəm - biz özümüz özümüz üçün mübarizə aparmaq istəmədik və buna görə də Artsaxı itirdik, amma günahımızı etiraf etmək istəmirik. İndi də müharibəni uduzmağımızda Rusiyanı günahlandırırıq. Xalqımızı Qərbdən mifik qurtuluş həvəsinə görə qınamıram. Dəhşətli məğlubiyyətimiz, milli fəlakətimiz var və biz ancaq möcüzəyə ümid edə bilərik".


"Amerikanın daha çox pulu var, onun satelliti olmağımız məntiqlidir"


Rusiyalı müxbirin müsahibə aldığı 40-60 yaşarası ermənilərin əksəriyyəti Qərbin Ermənistanı iqtisadi cəhətdən dirçəldəcəyinə və Qarabağı ona qaytaracağına kifayət qədər şübhə ilə yanaşıblar. Amma 20-30 yaşlı ermənilər Qərbə tam səmimiyyətlə inanırlar. 23 yaşlı Samvel Xaçaturyan söhbət zamanı qeyd edir: "Şəxsən mənim Rusiyaya münasibətim yaxşıdır və gördüyünüz kimi rus dilində danışıram. Ancaq obyektiv desək, Qərbin daha çox pulu və silahı var. Amerika dünyanın ən böyük hərbi gücüdür: onun satelliti olmağımız məntiqlidir. Mən bunu sakit qəbul edirəm - Ermənistan kimi kiçik dövlət tam müstəqil ola bilməz, ona himayədarlar lazımdır. ABŞ iqtisadiyyatımızı gücləndirməkdə bizə kömək edəcək, fransızlar isə indi erməni əsgərlərini öyrədir və ordumuzu yenidən silahlandıracaqlarına söz veriblər. Mən də inanıram ki, biz Avropa Birliyinə qəbul olunacağıq və o zaman Azərbaycan bizə hücum etməyə cəsarət etməyəcək, əks halda bütün NATO ilə üz-üzə qalacaq".

- Bilirsiniz, əvvəllər Gürcüstanda da mənə eyni şeyi deyirdilər - cavab verirəm: "Ancaq 2008-ci ildə Rusiya Federasiyası ilə münaqişə zamanı Qərb gürcülərə kömək etmədi və onun hazırladığı ordu qaçdı. Gürcüstanın iqtisadiyyatının çox yaxşılaşdığını da söyləmək olmaz; bu, çox borcu olan kasıb ölkədir və hələ də Avropa İttifaqında deyil". 

Samvel bir müddət susur, amma sonra inamla cavab verir: "Nəhəng Rusiya ilə döyüşmək bir şeydir, Azərbaycanla isə başqa şey. Yox, burada əminəm ki, Qərb bizə xəyanət etməyəcək, sona qədər bizimlə gedəcək". 

Mənə bir çox başqa erməni gənci də oxşar fikirlər söylədi. Nə demək olar, bəxtiyardır iman gətirənlər...


"Onlar bunu Rusiyanı incitmək üçün edirlər"


... "Biz Avropa və Amerika ilə münasibətlərimizi yaxşılaşdırmaq istəyirik, bunun nəyi pisdir? - 29 yaşlı İT mütəxəssisi Tiqran Markaryan məndən soruşur. "Heç nə" deyə cavab verirəm. "Ancaq münasibətləri yaxşılaşdırmaq bir şeydir, onlar üçün çılğınlıqla dua etmək isə başqa bir şeydir". Mən artıq belə bir fikir eşitmişəm ki, Qərb Azərbaycanı təhdid edəcək və Qarabağdan köçməyə məcbur olan 120 min erməninin hamısı evlərinə qayıdacaq". Tiqran dediklərimin hiyləsini belə başa düşmür və sadəlövhcəsinə razılaşır: "Bəli, Qərb azərbaycanlıları asanlıqla buna məcbur edəcək".

"Bəs ermənilər Qarabağdan qaçanda niyə  məcbur etməyib? Niyə Qərb yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət tələb edən bəyanatla kifayətlənib?" Tiqran əllərini açıb acı-acı gülümsəyir: "Başqa bir yol tapmayacağıq. Mən başa düşürəm ki, Qərb bunu ermənilərə məhəbbətdən deyil, Rusiyanın acığına, bizi sizdən qoparmaq üçün edir. Bağışlayın, biz resursları olmayan kiçik respublikayıq, bir şey yeməliyik və bilməliyik ki, sabah evlərimizi tərk edib naməlum yerdə gizlənməyə ehtiyac duymayacağıq".

...Hər yerdə oxşar fikirlər eşidirəm. Bəzi ermənilər XX əsrin 90-cı illərində Ermənistanın blokadası zamanı insanların istiliksiz yaşadığını, evlərinin dəmir soba ilə qızdırıldığını, 4 saat elektrik enerjisinin verildiyini tamamilə unudublar. Təqaüdçülər mənzillərində donub ölür, insanlar yarıac dolanır, ölkəni dəstə-dəstə tərk edirdilər. Bəs o dəhşətli vaxtda Ermənistana kim kömək etdi? Qərb yox, özünün də iqtisadiyyatının pis vəziyyətdə olduğu Rusiya... 

Ancaq onu da əlavə edim ki, yazının əvvəlində söhbət etdiyim irəvanlı adam sonradan mənə zəng vurdu: "Yəqin ki, haqlısan, Georgi.  Qərb bizdən sadəcə olaraq  ruslardan uzaqlaşdırmaq üçün istifadə edir, əslində, onun bizə ehtiyacı yoxdur. Ancaq bilirsən, heç olmasa birinin sənə kömək edəcəyinə ümid etmədən yaşamaq ağırdır. İndi bizim üçün çox çətindir. Ona görə də insanlar Rusiyanın yaxınlıqda olduğunu nəzərə almadan Avropa və Amerikanı tərifləməyə başlayıblar. Bizi bağışlayın". 

Mən ah çəkdim və susdum.


Tərcümə etdi:

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!