09 Oktyabr 2024 08:35
210
SİYASƏT
A- A+
Ağ Evin məkrli ssenarisi

Ağ Evin məkrli ssenarisi


Dünyanın müxtəlif bölgələrində münaqişə ocaqları yaradıb milyonlarla insanın fəlakətlər yaşamasına səbəb olan, müharibələr törədib silah satışını daha da artıran ABŞ, son 4 ildə Cənubi Qafqazda  sülhün bərqərar olmasını əngəlləmək, sabitliyi pozmaq, vəziyyəti yenidən gərginləşdirmək üçün bütün imkanlarını "səfərbər" edib.

Konkret desək, ABŞ Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməkdə günahlandırır, Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona görə də belə çirkin kampaniya  təşkil edir. 

Elə son günlərdə yaşanan proseslər də bu siyasətin növbəti təzahürüdür. Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeninin bir neçə gün əvvəl bu ölkənin Dövlət katibi Entoni Blinkenə yazdığı məktub və həmin məktubda Azərbaycana qarşı sanksiyaların tətbiqi kimi qəbuledilməz mövqenin ifadə olunması bir daha göstərir ki, bu ölkə məkrli oyun oynayır.  

Əslində, ABŞ-nin Azərbaycana qarşı qərəzinin bu səviyyəyə çatması anlaşılandır. Söhbət ondan gedir ki, Fransada olduğu kimi, Amerikanın siyasi dairələrinin də erməni lobbisi ilə həm də korrupsioner əlaqələri var. Bu səbəbdən Bayden hakimiyyəti erməni lobbisinin güclü təsiri altındadır və onun oyuncağına çevrilib. 

Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində bununla bağlı fikirlərini ictimaiyyətə açıqladı. Doğma yurdlarına qayıdan soydaşlarımızla görüşdə İlham Əliyev dedi ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün hökumətə müraciət edib: "Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik..."

Dövlət başçısının bu fikirləri də bir daha təsdiqləyir ki, ABŞ ikiüzlü siyasətindən əl çəkə bilmir. Məsələn, iyulun 21-də və sentyabrın 16-da ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə etdiyi telefon zəngində səsləndirdiyi fikirlərə diqqət edək. Dövlət katibi deyir ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edir və iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmlidir. Entoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.

İkinci zəngdə isə Entoni Blinken Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib. Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Entoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-nin COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Bütün bunlar göstərir ki, bir tərəfdən guya bölgədə sülhün bərqərar olmasını istəyən ABŞ, digər tərəfdən də Azərbaycanın əleyhinə çirkin kampaniya aparır. 

Bəlli olan odur ki, ABŞ öz "hökmranlığını" təkcə Azərbaycan üzərində göstərə bilməyib. İndi ən mühüm işi  bunu reallaşdırmaqdır. Amma Ağ Evə elə gəlməsin ki, Azərbaycan da Ermənistan kimi vassallığı qəbul edib buyruq qulu olacaq. 

İstənilən formada Azərbaycana "hücum" edə bilərlər, amma bunun hamısı nəticəsiz qalacaq. Bu təzyiqlərin heç biri ölkəmizə təsir göstərə bilməyəcək. Çünki postmüharibə reallıqlarına görə, Cənubi Qafqazda sözün və gücün əsas sahibi Azərbaycandır. Azərbaycanın təkbaşına Qarabağ münaqişəsini həll etməsinə, hətta Ermənistanın regionda yaranan yeni reallığı qəbul etməsinə, sülh danışıqlarının gündəmdə olmasına baxmayaraq, ABŞ bununla barışmaq istəmir. 

Onsuz da münaqişə həll olunmadan öncə də vəziyyət eyni idi. Qərb siyasi dairələri, ABŞ də daxil olmaqla hər zaman münaqişənin hərb yolu ilə yoluna qoyulmasına qarşı çıxırdılar. Bu da təbii ki, uzun müddət davam edə bilməzdi. Azərbaycan xalqı 30 il bu oyunlara dözdü. Sonunda Müzəffər Ali Baş Komandanın yaratdığı qüdrətli ordu ölkəmizin ərazisini işğalçılardan təmizlədi. Bununla da, Qarabağ münaqişəsinə son qoyuldu, separatizmin kökü kəsildi. 

Vaxtilə hər vəchlə Azərbaycan torpaqlarını Ermənistana bağışlamaq istəyən Qərb dairələri indi regionda yaranmış yeni reallıqlarla barışa bilmirlər. Axı bu reallığı yaradan İlham Əliyev deyir ki, Cənubi Qafqazda güc mərkəzi Azərbaycandır. 

Bakıda Hərbi Qənimətlər Parkının açılışı zamanı Müzəffər Ali Baş Komandan bir daha dünyaya bəyan etmişdir ki, Azərbaycan qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıqları yaradıb. Bu gün hər kəs Azərbaycanla hesablaşmalıdır və hesablaşacaqdır da!

Prezidentin də söylədiyi kimi, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür: "Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar". 

Bu, bir daha Azərbaycana qarşı istənilən formada çirkin kampaniya aparanlara ən layiqli cavabdır. Azərbaycan heç bir təhdiddən, hədə-qorxudan çəkinmir və öz yolu ilə inamla addımlayır. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!