09 Oktyabr 2024 09:30
317
İQTİSADİYYAT
A- A+
Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir


Tütünçülük şimal-qərb bölgəsinin əsas təsərrüfat sahələrindən sayılır. Cari il Oğuz, Şəki, Qax, Zaqatala, Balakən fermerləri bol məhsul yetişdiriblər. Hazırda plantasiyalarda bol məhsul var və hava şəraitinin əlverişli keçməsindən istifadə edən tütünçülər yaş yarpaqları toplayaraq qurutma kameralarına yerləşdirməklə məşğuldurlar.   

Şəkinin təsərrüfatlarında da tütün yığımının qızğın çağıdır. İndiyədək rayonda 3 min 256 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 2 min 712 tonu istehsalçılar tərəfindən tədarük məntəqələrinə satılıb və hazırda proses davam edir. Bu barədə  Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumat verilib. DAİM-dən bildiriblər ki, cari mövsüm Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir. "Hazırda rayonda 800-dək fermer tütünçülüklə məşğul olur. Bu il rayon təsərrüfatlarında 1601 hektar sahədə tütün əkilib. 2500-dən çox kənd sakininin məşğulluğu tütünçülük hesabına təmin olunub. Şəkili fermerlər cari mövsüm 1271 hektar sahədə "Virciniya botaniki", 330 hektarda yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 134 hektar artıb", - deyə Şəki DAİM bitkiçilik sektorunun baş mütəxəssisi Sahib Abdulhəmidov əlavə edib.

Cumakənddən olan fermer Həsən Səfərov bu il rayon üzrə hamıdan çox - 180 hektarda tütün əkib. Şorsulu fermer Elxan Hacəliyev cari mövsüm 50, Coşqun Davudov 25 hektar sahədə tütün yetişdiriblər. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində, həmçinin şəxsi təsərrüfatlarda 327 tütünqurutma kamerası var.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1467 hektardan 4147 ton quru tütün əldə etmişlər.


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Meta” yeni süni zəka sistemi hazırlayıb

13:11
09 Oktyabr

Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib

12:54
09 Oktyabr

FHN-in amfibiya təyyarəsi İzmir-Aliağada yanğınsöndürmə işləri həyata keçirib

12:52
09 Oktyabr

Elektrik enerjisi istehsal edən süni bitki yaradılıb

12:50
09 Oktyabr

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

12:35
09 Oktyabr

Terror aktı planlaşdırırdı, həbs edildi 

12:31
09 Oktyabr

Alimlər Günəşin sönməsi və Yerdə həyatın sona çatması ssenarisini açıqlayıblar

12:30
09 Oktyabr

KXDR sərhədlərini “qalaya” çevirəcək

12:28
09 Oktyabr

Kamala Harrisin 200 min dollardan çox dəyərində zərgərlik kolleksiyası var

12:27
09 Oktyabr

İƏT-in Mərkəz direktoru: Azərbaycan və Türkiyə ailə ilə bağlı eyni dəyərlərə malikdir

12:25
09 Oktyabr

Bu il Dövlət Vergi Xidmətindən büdcəyə daxilolmalar 12 milyard manatı ötüb

12:24
09 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

12:01
09 Oktyabr

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib

11:41
09 Oktyabr

Uşağın anadan olmasına görə 80 min nəfərə yaxın şəxsə proaktiv qaydada birdəfəlik müavinət verilib

11:34
09 Oktyabr

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!