Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Səbəbi iqlimə uyğunluğu və maya dəyərinin aşağı olmasıdır
Ötən əsrin 70-ci illərində Azərbaycanda üzümçülüyün inkişafı sahəsində qazanılan uğurlarda Tovuz rayonunun da sanballı payı olub. Həmin vaxtlar rayonda 10 min hektar üzüm bağı mövcud idi və həmin plantasiyalardan hər il 120 min tonadək məhsul götürülürdü. Tovuzda həmçinin 12 şərab zavodu fəaliyyət göstərirdi. Bu zavodlarda istehsal edilən şərablar keçmiş sovetlər birliyinin bütün respublikalarına göndərilirdi.
Təəssüflər olsun ki, M.Qorbaçovun "antialkoqol" siyasəti nəticəsində keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda üzümçülüyə ciddi ziyan dəydi, bağlar məhv edildi. Bu gün isə vəziyyət tamam fərqlidir. Dövlət başçısının üzümçülüyün inkişafına dair imzaladığı sərəncamlar, eləcə də bu sahə üzrə görülən digər tədbirlər sahənin dirçəlməsini təmin etmişdir. Bu baxımdan Tovuz da istisna deyil.
Üzümçülüyün bərpası və inkişafı istiqamətində son illər Tovuzda xeyli iş görülmüşdür. Təsərrüfat sahibləri yaradılan şəraitdən istifadə edərək rayonda yeni üzüm bağları salmış, mövcud plantasiyaların sahəsini genişləndirmişlər. Onu da qeyd edək ki, salınan yeni üzüm bağlarına lazım olan tinglər elə rayonun özündə yetişdirilir. Bu işlə 11 fiziki və hüquqi şəxs məşğul olur. Onlardan biri də Aşağı Quşçu kənd sakini Cavad İmamverdiyevdir. O, müxtəlif bölgələrdən gətirdiyi üzüm sortlarını calaq edərək yeni məhsuldar sortlar yetişdirir. "Alfonsa", "Şalfey", "Melored", "Moldovan" belə sortlardandır.
Hazırda Tovuzda 1150 hektardan çox üzüm bağı var və onun 19 hektarı yeni salınmışdır. 744 hektarı süfrə, 406 hektarı texniki sort olan bağlarda bu il də bol məhsul yetişdirilmişdir. Artıq plantasiyaların 325 hektarında yığım başa çatmış və 9 min 250 ton məhsul yığılmışdır. Məhsuldarlıq 284 sentnerdir ki, bu da ötən ilki göstəricidən çoxdur.
Tovuzda elə kəndlər var ki, istehsal etdikləri məhsulun həcminə görə əvvəlki illəri xeyli qabaqlayırlar. Aşağı Quşçu, Düz Qırıxlı, Dondar Quşçu, Aşağı Mülkülü, Dönük Qırıxlı və digər kəndlərdə hər il bol məhsul yetişdirilir. Ən çox üzüm bağı isə Aşağı Quşçu kəndi ərazisindədir. Burada 500 hektara yaxın üzüm bağı var. Qovlar şəhərində, Aşağı Quşçu və İbrahimhacılı kəndlərində fəaliyyət göstərən fermerlər isə yetişdirdikləri üzümdən şərab da istehsal edirlər.
Ümumiyyətlə, son illər tovuzlular üzümçülüyə böyük maraq göstərirlər. Aşağı Quşçu kəndinin sakini İsmayıl Hüseynov hər il üzüm bağlarının sahəsini genişləndirir. Hazırda onun 5 hektar üzüm bağı var. Bağların əsas hissəsini "Moldova" və "Mişel", bir hissəsini isə "Kişmişi" üzüm sortları təşkil edir. 20 nəfəri işlə təmin etmiş təsərrüfat sahibi yığılmış üzümün bir hissəsini qış mövsümünə saxlamaq üçün 200 tonluq soyuducu anbar da inşa etdirib. Artıq toplanmış məhsulun yarıdan çoxu toplanaraq soyuduculara vurulub.
Aşağı Quşçu kəndinin digər sakini Elqam Tağıyev isə, əsasən, "Tayfu" və "Bolqar" üzüm sortları əkib. Hazırda bağda 20 nəfər üzüm yığımı ilə məşğuldur. Yığılmış məhsul müasir avadanlıqlarla təmin edilmiş 160 tonluq soyuducu anbara vurulur.
Çingiz Məhərrəmovun bağında isə, əsasən, texniki üzüm sortlarıdır. 8 hektar bağdan hər il yüksək məhsul götürən fermer məhsullarını şərab istehsalı üçün qəbul məntəqəsinə təhvil verir.
Hər il məhsul yığımı başa çatdıqdan sonra plantasiyalarda gələn ilin bol məhsulu üçün hazırlıq işləri görülür. Ən vacib budamadır ki, bunu da bağbanlar böyük ustalıqla yerinə yetirirlər. Bundan başqa, təmir işlərinə və qış mövsümündə suvarmanın səmərəli aparılmasına və cərgə aralarının şumlanmasına da diqqətlə yanaşılır.
Hazırda Tovuzda yığımla yanaşı, yeni üzüm bağlarının salınmasına da hazırlıq işləri görülür. Təsərrüfat sahibləri daha çox yerli sortlara üstünlük verirlər. Bunun əsas səbəbi həmin sortların yerli iqlimə uyğun və maya dəyərinin aşağı olmasıdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"
UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib
Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq
TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib
Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb
DİN: Ötən gün 47 cinayətin üstü açılıb
Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb
Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb
Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib
206 ilin bir günü
Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir
"Poliqon" bu dəfə Tərtərdədir
Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur
ADA təhsil bilicilərini Qazaxa topladı
Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər
"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"
"Axmaq olma, Ermənistan"
Erməni xalqı müharibə canilərini dəstəkləmir
O torpaqlar unudulmayıb
Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!