09 Oktyabr 2024 08:50
216
SİYASƏT
A- A+
O torpaqlar unudulmayıb

O torpaqlar unudulmayıb


"Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar". Bu sözləri Prezident İlham Əliyev sentyabrın 30-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında söyləyib.

Dövlət başçısı daha sonra bildirmişdir: "Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.

O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik". 

Qərbi Azərbaycan İcması BMT-yə, Avropa İttifaqına, Avropa Şurasına, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə, beynəlxalq təşkilatlara, insan hüquqları üzrə hökumət və qeyri-hökumət qurumlarına, bəzi dövlətlərin parlamentlərinə, hökumət başçılarına dəfələrlə müraciətlər və bəyanatlar ünvanlayaraq bildirmişdir ki, Ermənistan törətdiyi soyqırımına görə məsuliyyətini etiraf etməli və sülh naminə zəruri addımlar atmalıdır. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı mədəni irsimizi bərpa etməlidir. 

Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə və eləcə də torpaqlarımızın işğalı zamanı itkin düşmüşdür. Ermənistan tərəfindən törədilmiş məcburi itkindüşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.

Qərbi azərbaycanlılar ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziyyət çəkmişdilər. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatdırılmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar.

Tarixi həqiqəti, arxiv materiallarını, habelə beynəlxalq hüququn norma və prinsiplərini görməzliyə vuran Ermənistandakı revanşist qüvvələr qərbi azərbaycanlıların qayıdış hüququnu pozmağa çalışırlar. Xalqımızın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində haqlı tələblərini bəzi ermənipərəst qüvvələr həzm edə bilmədiklərindən yalan və şantaja əl atırlar. Belə canfəşanlıqla ermənipərəst qüvvələrə dəstək olmağa çalışanlardan biri də Litvanın xarici işlər naziri Qabrieulius Landsberqisdir. O, bir neçə gün bundan əvvəl Avropa Şurasının Parlament Assambleyasında bir sıra anti-Azərbaycan fikirlər səsləndirmişdir. 

Qərbi Azərbaycan İcmasının bu yalan məlumatla əlaqədar yaydığı bəyanatında haqlı olaraq dünya siyasətçilərinə, ilk növbədə Avropa Şurası Parlament Assambleyasına xitabən deyilir: "Litvanın, xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti ikrah doğurur. "Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar verəcəm" kimi şit və təkəbbürlü bəyanatlarla Litva naziri özünü və ölkəsini gülünc vəziyyətə salır. Təəssüf ki, bu gün Qərbdə azərbaycanofobiya mərəzinə yoluxmuş, danışdığı sözün mahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs mütənasib olan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi, diletant siyasətçi var.

Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemli şəkildə pozan, vətəndaşsızlıq hallarına səbəb olan Litva Azərbaycana insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqına sahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət verə bilən" axırıncı ölkələrdəndir.

Reç Pospolitanın xiffətini çəkən litvalı nazir müstəqilliyini birinci olaraq tanıdıqları Ermənistan rəsmilərinin ən azı sözdə ifadə etdikləri "mifik Ermənistan"dan "real Ermənistan"a keçid niyyəti kimi "real Litva"ya keçməlidir.

Q.Landsberqisin qayıdış hüququnu yalnız etnik ermənilərə aid etməsi, Ermənistanın etnik təmizləməsinə məruz qalmış bir milyondan artıq azərbaycanlıya, o cümlədən qərbi azərbaycanlılara qarşı ayrı-seçkiliyin, qərəzin, onun səlibçi təfəkkürünün göstəricisidir".

Avropa Şurası Parlament Assambleyasının bir ovuc rasist və korrupsioner üzvünün Azərbaycana girişinə icazə verilməməsi məsələsinə gəldikdə isə, orta məktəb şagirdi də yaxşı bilir ki, bu qayda - onlara giriş qadağası qoymaq istənilən suveren dövlətin, o cümlədən Azərbaycanın da haqqıdır. Litvalı nazirin bununla bağlı açıqlamaları gülünc göründüyü qədər savadsızlığına dəlalət edir. 

Qəzetimizə açıqlama verən, ermənilərin deportasiya siyasətinin qurbanlarından olan - Qərbi Azərbaycanın Vedibasar bölgəsinin Böyük Vedi kəndində dünyaya göz açmış, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski demişdir: 

- Azərbaycan Prezidentinin görkəmli el sənətkarı, Göyçə mahalının yetirməsi Aşıq Ələsgərin heykəlinin açılışında çıxışı, o tədbirdə iştirak edən və edə bilməyən bütün qərbi azərbaycanlıların ürəyindən, istəyindən xəbər verdi. Bu tövsiyələr keçmiş üçün qədirbilənlik, gələcək üçün fəaliyyət istiqaməti idi. Dövlət başçısının Qərbi Azərbaycan və qərbi azərbaycanlılar haqqında fikirləri icmamızın, eləcə də Ağsaqqallar Şurasının qarşısında duran vəzifələri daha da şaxələndirdi. 

Dövlət başçısı XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışarkən bildirdi ki, 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu, biz qərbi azərbaycanlıların əzəli və əbədi arzusudur. Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, Vətən müharibəsində qazanılan parlaq qələbə bütün Azərbaycan xalqının başını ucaltdı. Bu məğrurluq illərdir doğma el-obasından ayrı düşən qərbi azərbaycanlıları da əzəli torpaqlarına geri qayıtmağa köklədi. Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan edib, çox sayda insanı qətlə yetirib. Ümumilikdə 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. 

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının bu günlərdə ABŞ hökumətinə ünvanladığı bəyanatında deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırışı okeanın o tayında böyük əks-səda doğurub. Bu barədə icmanın yaydığı növbəti bəyanatda qeyd olunub ki, icma ATƏT-in İnsan Ölçüsü Konfransında çıxış edən ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın "Dağlıq Qarabağ"da insan hüquqları və humanitar hüquqların pozulmasına istinad etməsini qınayır.

Vurğulanıb ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı heç bir region mövcud deyil: "ABŞ rəsmisinin işğal və separatçılıqla assosiasiya olunan bu termini işlətməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. İkincisi, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən Qarabağ bölgəsində heç bir insan hüquqları və humanitar hüquq pozulması halı baş verməmişdir. Etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina etməsini hüquq pozuntusu kimi qələmə vermək tamamilə qəbuledilməzdir".

Həmçinin bildirilib ki, ABŞ-nin Ermənistanın etnik təmizləmə və hərbi təcavüzü nəticəsində azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına onilliklər ərzində göz yumması fonunda bu bəyanat azərbaycanlılara qarşı etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyin bariz sübutudur: "Ermənistandan axırıncı deportasiya zamanı qovulmuş 300 000-dən çox azərbaycanlı hələ də öz evlərinə geri qayıda bilmir. Keçmiş işğal altında olan Azərbaycan torpaqlarından qovulmuş 700 000-dən çox azərbaycanlı otuz il ərzində geri qayıda bilməmişdir.

Həmin ərazilər işğaldan azad olunsa da, oraların Ermənistan tərəfindən viran qoyulması və orada milyonlarla mina basdırılması səbəbindən keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı çətinləşmişdir. Biz ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa, bölgədə yenidən münaqişə alovlandırmaq cəhdlərindən əl çəkməyə və deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırırıq".

Görünən odur ki, Ermənistan Qərbi Azərbaycandan olan qaçqınların geri qayıdışını nə qədər əngəlləməyə çalışsa da, bunun da bir sonu olacaq. Paşinyan da, Ermənistanda yaşayan uşaqdan-böyüyə hamı, o cümlədən onların havadarları da bilməlidirlər ki, hər şeyin zamana ehtiyacı var, gec-tez yurd sahibləri öz elinə-obasına dönəcəklər.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

08:40
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!