09 Oktyabr 2024 08:30
253
SİYASƏT
A- A+
ABŞ sülhü yox, müharibəni seçir 

ABŞ sülhü yox, müharibəni seçir 


"COP29 beynəlxalq konfransına evsahibliyi edəcəyimiz günə vaxt azaldıqca ölkəmizə qarşı qarayaxma kampaniyaları və təzyiq ritorikası artmaqdadır. Qərb Azərbaycanın dünyada artan nüfuzundan narahatdır və ərazilərimizdə suverenliyimizi bərpa edərək keçmiş məcburi köçkünləri öz yurdlarına qaytarmağımızı həzm edə bilmir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, ölkəmizin uğurlarına sevinən və bizi təbrik edən dövlətlər dostlarımız, bundan məyus olanlar isə Azərbaycanı istəməyənlərdir.

Oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə çıxış edən dövlət başçımız həm Ermənistanı yenidən silahlandıraraq regionda vəziyyəti gərginləşdirməyə çalışan dairələrə, həm də Ermənistana ciddi mesajlar verdi. Prezident ABŞ-nin azərbaycanofob və islamofob siyasətinin qəbulolunmazlığını da açıq şəkildə bildirdi. "Azərbaycan beynəlxalq hüququn pozulmasından ən çox əziyyət çəkən ölkələrdəndir. Torpaqlarımızın işğal altında olduğu 30 ildə ABŞ və Fransa Azərbaycanı işğalla barışmağa və alçaldıcı sülhə razılaşdırmağa çalışdı. Ermənistan 30 ildə 300-dən çox yaşayış məntəqəmizi yerlə yeksan edəndə, milli-mədəni irsimizi yer üzündən silərək 1 milyon azərbaycanlını öz yurdlarından qaçqın və məcburi köçkün salanda ABŞ səsimizə səs vermək əvəzinə, ölkəmizə sanksiyalar tətbiq edərək işğalçıya və cinayətkarlara haqq qazandırmağa çalışdı. Onların yaratdığı Minsk qrupu 28 ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdirmək əvəzinə, siyasi teatr səhnələri quraşdıraraq pozulmuş hüquqlarımızın bərpası istiqamətində heç bir iş görmədi", - deyə o əlavə edib. 

Deputat qeyd eidb ki, ABŞ Dövlət Departamentinin katibi ölkəmizlə sülh müqaviləsindən danışsa da, amma konqresə Azərbaycana sanksiyaların tətbiqi ilə bağlı məktub göndərib, məktub alır. Bu qədər riyakarlıq və ikiüzlülük olarmı? 

Özünün suveren ərazilərini işğaldan azad etməsi və ermənilərin viran qoyduqları əraziləri bərpa edərək uzun illər ağır məcburi köçkün həyatını yaşamış insanları öz yurdlarına qaytarılması nə vaxtdan hüququn pozulması olub? Əgər Azərbaycanın suverenliyinin bərpası cinayətdirsə, niyə Ukraynaya silahlar verirsiniz və Rusiyanı ağır sanksiyalara məruz qoyursunuz? Əgər siz ölkələrin ərazi bütövlüyünün pozulmasını qəbuledilməz sayırsınızsa, onda bizim öz ərazilərimizin suverenliyini təmin etməyimizdən niyə narahatsınız? Əli dinc insanların qanına batmış cinayətkarlara haqq qazandırmaq onların törətdikləri cinayətlərə şərik olmaq deyilmi? 

A.Badamov vurğulayıb ki, hazırda Azərbaycan dövləti siyasi və iqtisadi müstəqilliyini təmin edib, ölkəmiz sülhsevər siyasətini yürüdür və dost olmayan ölkələri də ədaləti dəstəkləməyə çağırır: "Bununla yanaşı, öz gücünü artırır və ölkəmizlə təzyiq dilində danışmağın mümkün olmayacağını açıq şəkildə bildirir. Həm də sülh dili ilə danışmaqla beynəlxalq təzyiqlərə dözümünü nümayiş etdirik, əlbəttə ki, evsahibliyi edəcəyi beynəlxalq tədbirləri də yüksək səviyyədə keçirəcək. Amma  ölkəmizin suverenliyinə yenidən təhlükə yaranacağı təqdirdə hər bir hədəfi yerindəcə məhv etmək gücünü və hüququnu özündə saxlayır.  Dövlət başçımızın Cəbrayıla səfəri çərçivəsində səsləndirdiyi vacib mesajların öz ünvanlarına çatdığını və onların ölkəmizə baxışlarında dəyişikliklərin edəcəyini hesab edirəm. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı və dünya çapında özünəməxsus yerə sahib ölkəsidir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!