15 Avqust 2024 08:30
696
SİYASƏT
A- A+
Qərb Qafqazda sülh istəmir

Qərb Qafqazda sülh istəmir

 

Ermənistanın ABŞ və digər ölkələr vasitəsi ilə silahlandırılması bunu təsdiqləyən reallıqdır

 

Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının hələ də nəticəsiz qalması bölgədə təhlükəsizliyin təminatını sual altında qoyur. Maraqlıdır ki, 4 ildir tərəflər arasında sülh müqaviləsinin bağlanmasını sözdə ən prioritet məsələ hesab edən beynəlxalq qurumlar, böyük dövlətlər yenə də ikili oyun oynayırlar.

Bir tərəfdən müqavilənin bağlanması üçün vasitəçilik etməyə təşəbbüs göstərirlər, digər tərəfdən isə Ermənistana hərbi yardımlar göstərirlər. Bəs bölgədə sülh istəyən qüvvələrin Ermənistanı silahlandırmaq istəyi nədən irəli gəlir?!

Açıq-aydın görünür ki, İkinci Qarabağ müharibəsindən öncə həyata keçirilən ssenarilər bu gün başqa formatda davam etdirilir. Sözdə sülh istəyənlər, əslində, bu regionun müharibə ocağı kimi qalmasında maraqlıdırlar. Çünki şəxsi maraqları bunu tələb edir.

Öncə bir qədər əvvələ qayıdıb sülh danışıqları prosesinə nəzər yetirək. İlk olaraq Avropa Şurası, ardınca isə ABŞ ortalığa düşərək tərəflər arasında vasitəçilik missiyasını üzərilərinə götürdüklərini nümayiş etdirdilər. Azərbaycan da hər zaman olduğu kimi, sözünə sadiq qalaraq üçtərəfli görüşlərdə iştirak edib sülh üçün tələblərini irəli sürdü. Ermənistan da Azərbaycanın tələblərini qəbul etdiyini bəyan etdikdən sonra sülh müqaviləsinin bağlanması istiqamətində tapşırqlar verildi. Amma bir qədər sonra Avropa Şurası üçtərəfli danışıqlara Almaniya və Fransanı da qatmaq istədi. Bu isə onu göstərdi ki, xristian təəssübkeşliyi yenə də əsas istiqaməti dəyişməyə yönəlib. Elə bu səbəbdən də qalib ölkənin qalib lideri İlham Əliyev bu cür formatlı danışıqlarda iştirakdan imtina etdi. Həmin qüvvələrə o da yaxşı bəllidir ki, İlham Əliyevin sözü imzası qədər keçərlidir. Azərbaycan Prezidenti sözünü deyir və arxasında da durur. Bu səbəbdən də vasitəçilər yavaş-yavaş aradan çəkilməyə qərar verdilər.

Nə baş verdi? Azərbaycan və Ermənistan baş-başa problemin həll yolunu tapdılar və vasitəçilərsiz danışıqlar fayda verdi. Sərhədlərin delimitasiya, demarkasiya prosesi başlandı. Azərbaycanın tələbindən sonra Ermənistan rəhbərliyi ölkə konstitusiyasında dəyişiklik etməyə də hazır olduğunu bildirdi. Çünki bu ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Azərbaycan da haqlı olaraq həmin müddəaların dəyişdirilməsini tələb edir.

Beləliklə, vasitəçilərsiz danışıqlar müsbət nəticələr verməyə başladı. Bundan narahat olan bəzi dairələr yenə də danışıqlar prosesinə xələl gətirəcək addımlar atdılar. Öncə, "Avropa Sülh Fondu" adı ilə Ermənistana 10 milyon avroluq vəsaitin verilməsi, sonra isə aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikanın təhvil verilməsi faktları ortalığı qarışdırdı.

Araşdırmalar nəticəsində bəlli oldu ki, adı "Sülh fondu" olan təşkilatın Ermənistana ayırdığı 10 milyon avro ölkənin silahlı birləşmələrinin maddi-texniki bazasının gücləndirilməsi üçündür. ABŞ-nin yardımları isə daha çoxdur. Rəsmi Vaşinqton yuxarıda sadalanan silahlardan əlavə, Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən minihücum pilotsuz təyyarələri, kiçikölçülü minalar və digər döyüş sursatlarını da Hayastana hədiyyə edib.

Əvvəlcə ABŞ tərəfi yayılan məlumatı təkzib etsə də,  "Caliber.az" saytının yaydığı videogörüntülər faktı bir daha təsdiqlədi. Belə ki, "Flightradar" qlobal uçuş izləmə xidməti vasitəsi ilə əldə edilən görüntülərdə aydın şəkildə bilinir ki, 2-3 avqustda ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxır. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilir. Daha sonra qeyd etdiyimiz kimi, ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah-sursat gətirilib. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir.

Lakin bu da hamısı deyil. ABŞ təbii olaraq bu missiyanı erməni hərbçilərinə həvalə etməyib, bu cihazları idarə edəcək 30-50 nəfəri də Ermənistana göndərib. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır. Həmçinin postsovet ölkələrindən ABŞ-yə köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan silahlı bölmələrinin hərbi geyimi ilə təchiz olunub və Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.

Göründüyü kimi, bir tərəfdən Fransa, digər tərəfdən ABŞ-nin Ermənistanı silahlandırması bu qüvvələrin, əslində, Qafqazda sülh istəmədiyini bir daha təsdiqləyir. Ermənistan isə hər zamankı kimi yenə də havadarlarının "çaldığı havaya oynayaraq" özünü çətin vəziyyətə salır. İrəvan unudur ki, "Dəmir yumruq" 2020-ci ildəkindən indi daha güclüdür. Yeganə çxış yolu sülhdür!

Bunu həm də Hayastanı silahlandıran, bu ölkəyə maliyyə yardımları edən, regionun yenidən müharibə ocağına çevrilməsini arzulayan qüvvələr də yaxşı anlamalıdırlar. Azərbaycanın məqsədi Cənubi Qafqazın savaş deyil, sülh və əmakdaşlıq mərkəzinə çevrilməsidir və bu, Prezident İlham Əliyevin siyasətinin prioritetidir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!