04 Aprel 2025 08:35
235
SİYASƏT
A- A+
Fransa utancverici tarixindən ibrət götürməlidir

Fransa utancverici tarixindən ibrət götürməlidir


Dünyanın tanınmış simaları, görkəmli siyasətçiləri iyirmi beşinci ilini yaşadığımız XXI əsri demokratiya, söz azadlığı, sülh və qarşılıqlı əməkdaşlıq əsri adlandırırlar. Əslində, elə belə də olmalıdır. Çünki illər keçdikcə insanlarla bərabər zaman da, dövr də, lap elə dünyanın özü də dəyişir, inkişaf edir. Demokratiya, söz azadlığı, sülh və qarşılıqlı əməkdaşlıq kamillikdən doğur. 

Amma təəssüflər olsun ki, müstəmləkəçilik siyasəti yürüdən Fransa və onun kimi dövlətlər kamilləşmək istəmirlər, ağlasığmaz iddiaları, neokolonialist iştahaları ilə bütün demokratik dəyərlərə sarsıdıcı zərbələr vururlar. Rəsmi Paris də özünün olmayan ərazilərdə, ölkələrdə müstəmləkəçilik siyasəti yürütmək, insanları zorla tabeçiliyində saxlamaq kimi çirkin, bəşəri dəyərlərə zidd olan niyyətlərindən əl çəkmək istəmir. 

Heç nədən və heç kimdən utanıb-qızarmadan özünü "demokratiyanın beşiyi" adlandıran, "azadlıq, bərabərlik, qardaşlıq" şüarını başının üstündən bayraq kimi asan Fransa XXI əsrdə də neokolonializm siyasətini zor gücünə davam etdirir. Çirkin məqsədlərinə çatmaq üçün rəsmi Paris əli çatmayan yerlərə ayağını, ayağı çatmayan yerlərə də əllərini uzadır. Məhz elə buna görə də dünyanın bir çox yerində Fransanın nəzarətində olan ərazilər var. Yelisey sarayında oturub ölkəyə rəhbərlik edənlər isə özlərinin olmayan bu ölkələri heç bir məna ifadə etməyən, qondarma "dənizaşırı ərazilər" adlandırırlar. 

Neokolonialist arzularından əl çəkməyən Fransa tarixdən ibrət götürməyə meyilli deyil. Aparılan müşahidələr onu göstərir ki, Fransa müstəmləkəçiliyi sistemli şəkildə tətbiq və müdafiə edən ölkədir. Belə ölkələrin tarixindən isə həmişə qan və ölüm qoxusu gəlir.

Fransanın müstəmləkəçilik siyasəti dünənin, bu günün işi deyil. Bu ölkənin müstəmləkəçilik siyasətinin tarixi çox qədimdir, 1535-ci ilə qədər gedib çıxır. Fransa böyük kəşflər dövründə Portuqaliya və İspaniyadan sonra xaricdəki ərazilərin öyrənilməsi və kolonizasiyası ilə məşğul olan üçüncü Avropa ölkəsi olub. Əsrlərdir Fransa müstəmləkə siyasəti yürüdərək nəzarətində olan ölkələrin yeraltı, yerüstü təbii sərvətlərini və insan resurslarını istismar edir. Müstəmləkəçilik keçmişindən utanmadan "dənizaşırı ərazilər" adlandırdığı ölkələrdən böyük sərvət toplayır. Təəssüflər olsun ki, dünya ölkələri bu mühüm məsələyə olduqca laqeyd yanaşırlar. Həmin bölgələrdə yaşayan xalqlar artıq fransızların zülmünə, zillətinə dözməyərək haqq səslərini qaldırırlar. Son zamanlar bu ölkələrdə Fransanın müstəmləkəçiliyinə qarşı etiraz dalğaları səngimək bilmir. Artıq xalqlar azadlıq və müstəqillik tələb edirlər. Bu etirazların nəticəsidir ki, Fransanın Afrika qitəsindən çıxarılması prosesi başlayıb. Bütün bunlar isə  Yelisey sarayının uzun illər yürütdüyü siyasətin səhv, ədalətsiz olduğunu göstərir. Səhvləri düzəltmək isə heç vaxt gec deyil. Qoy rəsmi Paris bu barədə yaxşı-yaxşı fikirləşsin, müstəmləkəçilik siyasətinə son qoysun. Azadlıq istəyən xalqları qan gölündə boğmasın.

Fransanın ən amansız müstəmləkə siyasəti yürütdüyü ölkələrdən biri də Əlcəzairdir. Bu ölkədə 1,5 milyon nəfər fransızlar tərəfindən qətlə yetirilib, 100 minlərlə insan ağır yaralanıb. Fransa hökuməti Əlcəzairdə xalq hərəkatını boğmaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət ordu qüvvələri yeridib. Fransızlar işğal etdikləri Əlcəzair ərazisinə milyondan çox mina basdırıblar. Təəssüflər olsun ki, Fransa insanlara ölüm və bədbəxtliklər gətirən həmin minaların xəritələrini Əlcəzair tərəfinə vermir. Buna görə də Azərbaycan kimi, Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön sıralardan birindədir. 

Fransa işğal etdiyi Cibuti, Nigeriya və Çadda dəhşətli vəhşiliklər törədib. Tarixin səhifələrinə "elm adamlarının soyqırımı" kimi yazılan qanlı hadisə də, necə deyərlər, fransızların "əl işidir". Təkcə 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamını fransız əsgərlər heç bir səbəb olmadan güllələyiblər. Rəsmi Parisin törətdiyi qanlı hadisələr, soyqırımları bununla bitmir. Fransızlar Seneqal, Benin, Burkina-Faso, Qabon, Qvineya, Ekvatorial Qvineya, Fildişi Sahili, Kamerun, Mavritaniya, Niger, Tunis, Vyetnam, Martinika adası və digər ərazilərdə minlərlə insanın ölümü ilə nəticələnən eyni qanlı əməllər həyata keçiriblər. XXI əsrdə də müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın atdığı bütün addımlar özündə yalnız zorakılıq və təcavüzü əks etdirir. İllərdən bəri törətdiyi cinayətlərə görə Fransa tarix qarşısında cavab verməlidir, zülm etdiyi xalqlardan üzr istəməlidir.

Azərbaycan dünyada Fransanın müstəmləkəçilik siyasətini ifşa edən, bu istiqamətdə olduqca səmərəli siyasət aparan ölkə kimi tanınır. 

Hazırda Fransanın ağır kolonialist siyasətindən əziyyət çəkən ölkələrdə müstəmləkəçiliyə qarşı mübarizənin yeni mərhələsi başlayıb. Bu mərhələ əsarətə qarşı ayağa qalxan xalqların qəti mövqe sərgiləmələri ilə özünü göstərir. Aparılan mübarizələrin məntiqi nəticəsi olaraq getdikcə daha çox ölkədə Fransanın mövcudluğuna son qoyulur. Artıq bir neçə ildir ki, paytaxtımız müstəmləkəçiliyə qarşı mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib. Azadlıq istəyən xalqlar Fransanın talançılıq və istismar siyasətinə etirazlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün Bakını ideal məkan seçiblər.

Fransanın müstəmləkəçilik siyasətinin ifşasında Azərbaycanın təklifləri əsasında yaranan Bakı Təşəbbüs Qrupu çox mühüm işlər görür, bu istiqamətdə uğurlu addımlar atır. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Təşkilat Fransanın həyata keçirdiyi müstəmləkəçilik və neokolonializm siyasəti əleyhinə mübarizə məqsədi ilə təkcə ölkəmizin paytaxtında deyil, Cenevrədə, İstanbulda, Nyu-Yorkda  çoxlu sayda  beynəlxalq konfranslar keçirib. Təşkil olunan və yüksək səviyyədə keçirilən  beynəlxalq tədbirlərdə Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında təbii sərvətlərin vəhşicəsinə istismarı barədə ətraflı məlumat verilib. 

Azərbaycanın bu istiqamətdə apardığı işlərə dünyanın bütün sivil ölkələri də qoşulmalıdır. Fransanın irqçi siyasətindən əziyyət çəkən xalqların narahatlığına, böyük cəsarətlə apardıqları haqq-ədalət mübarizəsinə dəstək verməlidir. Beynəlxalq birlik zülm edənin yox, zülm çəkənin yanında olmalıdır. Fransanın dünyadakı ərköyünlüyünə, beynəlxalq hüquqa zidd olan, insanlıq əleyhinə atdığı addmlara son qoyulmalıdır. Müstəmləkəçiliyin, kolonialist siyasətin dayandırılmasının zamanı çoxdan çatıb.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb  

09:37
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!