09 Oktyabr 2024 08:05
234
SİYASƏT
A- A+
Böyük dövrün böyük hədəfləri

Böyük dövrün böyük hədəfləri


Prezident İlham Əliyev bütün çıxışlarında ideoloji təhlükəsizliyin qorunmasını ön plana çəkir


İdeoloji təhlükəsizlik məsələsi Azərbaycan dövləti üçün hər zaman aktual olub. Ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpası ilə başlanan yeni strateji dövrdə isə bu problem daha böyük əhəmiyyət kəsb edir. İdeoloji təhlükəsizlik dövlət və cəmiyyətin əsas dəyərlərinə, milli ideologiyasına qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, mənəvi dəyərlərin, aparıcı amillərin qorunması və gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. 

Bu mühüm işin əsas aspektlərindən biri təhdidlərin müəyyənləşdirilməsi və onları dəf etmək üçün təxirəsalınmaz mexanizmlərin qurulmasıdır. Yaşadığımız dövr, zamanə isə gərginliklərlə, ziddiyyətlərlə doludur. Ona görə də təhdidlər hər zaman olur və bundan sonra da olacaq. Xüsusilə Azərbaycan kimi öz müstəqil inkişaf yoluna, balanslaşdırılmış siyasi xəttə malik olan, böyük dövlətlərin təzyiqlərinə boyun əyməyib onların oyunlarına qoşulmayan, bütün məqamlarda məhz xalqın milli mənafelərini öndə tutan ölkələrə qarşı bu cür təhdidlər, çirkin əməllər labüd haldır. Böyük dövlətlər, dünyanın ayrı-ayrı güc mərkəzləri ideoloji işğal siyasətinə heç zaman ara vermir, məqsədlərinə çatmaq üçün müxtəlif komponentlərdən, tətbiq mexanizmlərindən istifadə edirlər. İdeoloji işğalın ölkələri və xalqları itaət altında saxlamaq üçün zəmin yaratması onlar üçün əsrlər boyu sınanmış təcrübədir. Bu, həmin böyük dövlətlərin, güc mərkəzlərinin işinə yarıyır, amma bu siyasətin aşındırıcı təsirlərinə məruz qalan ölkələrin nümunəsində xalqların, dövlətlərin faciəsinə çevrilir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün çıxışlarında, xüsusilə VII çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli nitqində yeni tarixi reallıqlar dövrü ilə bağlı bir sıra aktual məsələlərlə yanaşı, ideoloji təhlükəsizlik mövzusuna da xüsusi yer ayırmışdı. Bununla bağlı müasir çağırışları, qarşıda duran vəzifələri diqqətə çatdırmışdı. 


Güclü sipər


İdeoloji işğal cəhdlərinin qarşısını ala biləcək ən güclü vasitə xalqın öz milli ideologiyasına malik olmasıdır. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gələrək ölkənin gələcək taleyinə görə məsuliyyəti üzərinə götürdükdən sonra azərbaycançılıq ideologiyasını formalaşdırdı. Bu ideologiya milli yüksəlişi təmin edən dəyərlər sistemi kimi Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna rol oynadı və bu gün də oynamaqdadır. 

Azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini və dəyərlərini əks etdirən, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını önə çəkən düşüncə sistemidir. Bu ideologiya tariximiz, mədəniyyətimiz, dilimiz və siyasi maraqlarımız ətrafında formalaşmış bir dünyagörüşünü əks etdirir və həmrəyliyi, vətənpərvərliyi, tarixi Vətənə sevgini gücləndirir. Azərbaycan dili, milli mədəniyyət və tarix azərbaycançılığın təməl elementləridir. Böyük şəxsiyyətlərimiz, qəhrəmanlarımız azərbaycançılıq ideologiyası çərçivəsində vətəndaşlarımız üçün örnək yaradırlar. Bu simvollar milli ideoloji sistemin mərkəzində əhəmiyyətli mövqedə qərarlaşır. Azərbaycançılıq ideologiyası fərqli bölgələrdən, etnik qruplardan, dini inanclardan olan insanların ortaq milli maraqlar ətrafında birləşməsini dəstəkləyir. Bu, ölkə daxilində milli birliyin getdikcə daha da möhkəmləndirilməsinə, sabitlik və inkişaf mühitinin qorunmasına böyük kömək göstərir. Azərbaycançılıq ideologiyası etnik və dini müxtəlifliyə hörmət ruhunu təlqin etməklə bərabər, bu fərqliliklərin milli birliyin bir hissəsi olaraq qəbulunu da təşviq edir. Bu ideologiya Azərbaycanı özünə vətən bilən bütün insanlara yurda sevgi və sadiqlik hisslərini aşılayır, ölkənin təhlükəsizliyi, ərazi bütövlüyü və milli maraqların qorunması üçün çox vacibdir.

Bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri azərbaycançılığın yeni nəsillərə ötürülməsi, ideoloji işğal cəhdlərinə qarşı mübarizədə, gənc nəslin bu cəhdlərin təsirlərindən qorunmasında güclü dəyərlər sistemi kimi milli ideologiyadan effektiv istifadədir. Məktəb və universitet proqramlarında azərbaycançılıq ideologiyasının tədrisi milli kimliyi möhkəmləndirir və gənc nəsillərdə vətənpərvərlik ruhunu gücləndirir. Kütləvi informasiya vasitələri milli ideologiyanın yayılması, müxtəlif yaradıcılıq üsullarının köməyi ilə daim gündəmdə saxlanması, onun dəyərlərinin təbliği üçün çox mühüm vasitələrdir. Milli dəyərlərin və azərbaycançılığın təbliği daim geniş kütlələrə çatdırılmalıdır. Xalqımızın mənəvi sərvətlərindən olan ailə institutunun qorunması və möhkəmləndirilməsi də burada çox mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycançılıq ideologiyasının daha bir mühüm cəhəti onun sosial rifah və milli iqtisadi inkişaf prinsiplərinə əsaslanmasıdır. Milli ideoloji sistemdə bu dəyərlərin yer alması dövlətin sosial ədalət və iqtisadi rifah siyasətlərinin milli maraqlar çərçivəsində formalaşmasına dəstək verir. Azərbaycan dövləti bu ideologiyanın təlqin etdiyi kimi öz iqtisadi maraqlarını qoruyur, resurslarından səmərəli istifadə edir. Yerli sənaye və iqtisadiyyatı dəstəkləyir, iqtisadiyyatımızı ziyanlı xarici təsirlərdən qoruyur, sosial ədaləti təmin etmək üçün müxtəlif proqramlar həyata keçirir, cəmiyyətdə ədalətli resurs bölgüsünə və rifahın təmin olunmasına şərait yaradır. Bütün bunlar dövlətin ideoloji təhlükəsizliyinin təmin olunmasından ötrü çox mühüm kompleks məsələlərdir.


İdeoloji işğal formasını dəyişir


Bir məqamı da xüsusi vurğulayaq ki, ideoloji işğal siyasətini aparanların metod və vasitələri, hədəf kütlələri sabit deyil. Dövrdən, şəraitdən asılı olaraq onlar forma və məzmununu dəyişir. Bunu Azərbaycanın tarixi təcrübəsindən də görə bilərik. Belə ki, 1990-2000-ci illərdə Azərbaycana Qərbin və digər kənar qüvvələrin ideoloji müdaxilələri əsasən vətəndaş cəmiyyəti institutlarının, medianın, siyasi partiyaların, tanınmış ictimaiyyət nümayəndələrinin, dindarların, bəzi hallarda isə oliqarxlaşmış şəxslərin ələ alınması formasında təzahür edirdi. Onların köməyi ilə ictimai rəyə təsir və hakimiyyətə təzyiq mexanizmləri formalaşdırılır, zaman-zaman bu mexanizmlər işə salınırdı. Müasir çağda isə ideoloji təcavüzün yeni forma və metodlarının tətbiqini görürük. İctimaiyyətə LGBT, No War və digər bu kimi zərərli meyillərin aşılanması, gənclərin ələ alınması, onlarda antimilli, kosmopolit dünyagörüşünün formalaşdırılması bunun bariz örnəkləridir. Sosial media da burada mühüm rol oynayır və rəqəmsal anarxiya mühiti formalaşdırır. Belə bir mühit isə xüsusən gənc nəsli təsir altına salmaq, istiqamətləndirmək üçün əlverişli meydandır. Sosial media komponentləri gənclərin şüuru ilə manipulyasiya etmək, onlarda antimilli və kosmopolit dünyagörüşü formalaşdırmaq üçün geniş imkanlar yaradırlar. Təbii ki, bütün bunlar da narahatlıq yaratmaya və diqqətdən kənarda saxlana bilməz.

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışındakı çıxışında bu məsələyə daha geniş yer verərək bildirdi: "Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında. Yəni gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar".


Tarixi Zəfərin dəyəri

 

Bu gün Ermənistan təhlükəli oyunlara qoşulub. İkinci Qarabağ müharibəsinin tarixçəsini sanki unudublar: "Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik" - dedi Azərbaycan Prezidenti.

Vətən müharibəsindəki tarixi qələbəmizdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsindən sonra ölkəmiz yeni strateji dövrə daxil olub. Böyük bir dövrün sıxıntısından, mərhumiyyətlərindən, işğal acısından qurtulduqdan sonra qarşımızda ölkəmizin gələcəyi, xalqımızın xoşbəxtliyi və rifahı ilə bağlı çox böyük hədəflər var. Tarixin ən güclü Azərbaycanı, müstəqil, prinsipial siyasətlə addım-addım öz hədəflərinə doğru irəliləyir. Bizi istəməyən qüvvələrin, on illər əvvəl olduğu kimi, yenə də regionda müxtəlif təxribatlar törədib "bulanıq suda balıq tutmağa" çalışanların müxtəlif ideoloji təxribatlarla bizi hədəflərimizə doğru yolumuzdan sapındırmalarına imkan verə bilmərik. 

Prezident İlham Əliyev çıxışında onu da xüsusi vurğuladı ki, bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür: "Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir... Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir". 

Bütün bunları nəzərə alaraq dövlətimiz ideoloji təhlükəsizliklə bağlı ciddi tədbirlər həyata keçirir. İllər ərzində ölkə daxilində formalaşdırılmış şəbəkələrin ifşası və neytrallaşdırılması da bu tədbirlər kompleksinə daxildir.

Milli ideoloji sistem xaricdən gələn ideoloji təxribatlara qarşı gücləndirilir. Güclü, birləşdirici,  müdafiəedici və inkişafa təkan verən dəyərlər sistemi kimi azərbaycançılıq ideologiyasının aktuallığı artır. Azərbaycançılıq ideologiyası milli ideoloji sistemin əsası olaraq, ölkədə milli birliyin sarsılmazlığını təmin edir, dövlətçilik və suverenlik prinsiplərini qoruyaraq inkişaf etdirir. Xalqımızın tarixi, mədəniyyəti və dəyərləri ətrafında milli kimliyi gücləndirir və cəmiyyətin bütün sahələrində milli maraqları ön planda saxlayır. 

Azərbaycan xalqı müdrik xalqdır, pisi yaxşıdan ayırmağı bacarır, insanlarımızın mütləq əksəriyyəti milli-mənəvi dəyərlərə sayğı göstərir. Ölkəmizdə Vətənə, dövlətə bağlı, sağlam, intellektual, respublikamızın gələcəyi ilə bağlı aydın təsəvvürləri olan gənclik yetişib. Bu gənclərin Azərbaycana, dövlətçilik dəyərlərinə nə qədər bağlı olduqlarına onların Vətən müharibəsindəki qəhrəmanlıqları ilə bütün dünya şahid oldu. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yetişdirdiyi gənc nəsil bütün dünyaya vətənpərvərlik dərsi keçdi. 

Bu ruh, tərbiyə gələcəkdə də qorunacaq, davam etdiriləcək, güclü Azərbaycan gəncliyi Vətənin gələcəyinə sahib çıxaraq ideoloji təxribat qaynaqlarının öz məqsədlərinə çatmasına əsla imkan verməyəcək. 

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!