Təbiətin, torpağın oyanışı kənd yerlərində, təsərrüfat sahələrində daha çox hiss olunur. İndi həm də kənd təsərrüfatında əkin işlərinin qızğın çağıdır. Sanki əkinçi torpaqdan ötrü darıxıbmış kimi ona elə sarılıb ki, günəşin doğub-batmasından da xəbəri olmur.
Amma bol məhsul əldə etməyin əsas yolu suvarma işlərinin vaxtında həyata keçirilməsindən asılıdır. Çünki suvarma vaxtında, lazımi qaydada və qədərdə aparılmasa, əkinin heç bir faydası olmaz. Bu baxımdan indi melioratorların üzərinə böyük məsuliyyət düşür. Həmin məsuliyyəti dərk edən Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi işini tələb olunan səviyyədə qurmaq üçün tapşırılan işə məsuliyyətlə yanaşır.
Kollektiv əvvəlki illərdə olduğu kimi, keçən il də nəzərdə tutulan bütün işləri yüksək səviyyədə həyata keçirmiş, dövlət təsərrüfatlarının, fermerlərin və digər sudan istifadə edən qurumların suvarma suyuna olan tələbatını təmin etmək üçün mövcud imkanlardan maksimum yararlanmışdır. Nəticədə 14831 hektar sahənin suvarılması vaxtında təmin edilmişdir.
İdarənin rəisi İsmayıl Əvəzovla söhbətdən məlum oldu ki, melioratorlar işlərin daha keyfiyyətli və sürətlə aparılması üçün avadanlıqların işlək vəziyyətdə olmasına diqqətlə yanaşmışlar. Bunun üçün cari təmir işlərinə xüsusi diqqət yetirilmişdir. Məhz bunun nəticəsidir ki, suvarma suyundan itkisiz və səmərəli istifadə edilməsi üçün idarənin balansında olan bütün kanallar texniki vasitələrlə lildən təmizlənmiş, eləcə də 50 hidrotexniki qurğu, 30 hidropost cari təmir olunmuşdur. Qapalı boru kəmərlərinin 6 kilometr hissəsində qaynaq işləri, beton kanalların isə 3 kilometrlik hissəsində təmir işləri aparılmışdır.
Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin görülməsi üçün də tədbirlər həyata keçirilmiş, o cümlədən Gəncə çayı, Kürəkçay, Qoşqarçayın mühafizə zolaqlarında mövcud olan bəndlərdə bərkitmə işləri görülmüşdür. Bunlardan əlavə, balansda olan 302 subartezian quyusundan 256-da nasos aqreqatları təmir edilmişdir ki, nəticədə subartezian quyularının iş rejimləri bərpa olunmuşdur. Subartezian quyularında təmirə yaramayan 18 nasos aqreqatları isə yenisi ilə əvəzlənmişdir. Həmçinin 34 subartezian quyusunun mühafizə şitlərinin elektrik avadanlıqları cari təmir olunmuş, təmirə yaramayan 9 idarəetmə şiti yenisi ilə əvəz edilmişdir. Paralel olaraq Xasabağ, Hacıməlik, Xaqani, Nadil, Balçılı, Quşqara kəndlərində və Gəncə şəhər Park Xiyabanı ərazisində ümumilikdə 10 subartezian quyusu əsaslı təmir olunmuşdur. Yeri gəlmişkən, Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında 302 subartezian quyusu var. Onlardan 224-ü Göygöl rayonu, 84-ü Gəncə şəhəri və 2-si Samux rayonu ərazisində yerləşir. Balansda olan subartezian quyularından kommunal-məişət üçün 175, suvarma üçün 126 və içməli su üçün 1 subartezian quyusu istifadə edilir.
İdarənin kollektivi rayonun kənddaxili su təminatını da həmişə diqqət mərkəzində saxlayır. İl ərzində Zod kəndində müxtəlif ölçüdə magistral su xətləri yenisi ilə əvəz olunmuşdur. Topalhəsənli kəndinin nasosxanasında isə 132 kilovoltluq nasos aqreqatı quraşdırılmışdır ki, bu da əhalinin su təminatını xeyli yaxşılaşdırmışdır. Bundan başqa, Bənövşəli, Göyçəkənd, Çaykənd və Turşsu kəndlərində su xətləri yenilənmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb
Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib
ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib
Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib
COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir
Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub
ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır
Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
Bilmək istəyirəm
Ulduzlardan süzülən gözəllik
Fırçası ilə səhnəni həyata çevirirdi
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!