04 Aprel 2025 11:02
256
SİYASƏT
A- A+
Almaniya Prezidentinin səfəri münasibətlərə müsbət təkan verəcək

Almaniya Prezidentinin səfəri münasibətlərə müsbət təkan verəcək

Bu səfər Azərbaycan və Almaniya arasındakı münasibətlərə yeni müsbət təkan verəcək. Həm təkbətək görüşlərdə, həm də nümayəndə heyətləri ilə aparılan danışıqlarda iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı müzakirə olunub. Xüsusilə iqtisadi sahədə ticarət dövriyyəsinin üç dəfə artması və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı uğurlu nəticələr verib. 197 ölkədən 77 mindən çox iştirakçının qatıldığı tədbirdə Almaniya ilə sıx əməkdaşlıq qurulub. Konfransdan öncə “kiçik COP” adlanan Almaniyanın Bon şəhərində Konvensiyaya tərəf ölkələrin yardımçı qurumlarının (subsidiary body 60) 60-cı sessiyası keçirilmiş, Azərbaycan nümayəndə heyəti konfransda geniş tərkibdə iştirak etmişdi.

Cənab prezident, həmçinin, qeyd etdi ki, Ermənistanın bu konfransa qatılmaması təəssüf doğurur, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdığı bir dövrdə bu addım başa düşülən deyildi. Ermənistan konfransı siyasi səbəblərlə boykot edən və iştirak etməyən yeganə tərəf ölkə oldu. Bununla o, həm də, ətraf mühit və iqlim dəyişmələri məsələlərinə biganə və məsuliyyətsiz yanaşdığını göstərdi.

Görüşdə Prezident İlham Əliyev Azərbaycanın 30 il ərzində erməni işğalından zərər çəkməsini qeyd edərək,  işğal nəticəsində 1 milyona yaxın insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Azərbaycan Ermənistanın təcavüzündən və işğalından əziyyət çəkib. Bu dövrdə ölkəmiz həm humanitar, həm iqtisadi, həm də ekoloji baxımdan ciddi zərərlərə məruz qalıb. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (822, 853, 874, 884) qəbul edərək Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb etdi. Buna baxmayaraq, Ermənistan qətnamələri icra etmədi, işğal rejimini davam etdirdi. ATƏT-in Minsk Qrupu vasitəsilə danışıqlar aparılsa da, Ermənistan illərlə sülh prosesini pozaraq status-kvonu qorumağa çalışdı. Beynəlxalq təşkilatlar bu məsələyə ciddi müdaxilə etməsə də, Azərbaycan münaqişəni siyasi və hərbi yollarla həll edib.

Bu tarixi qələbə sülh prosesinə yol açıb və hazırda iki ölkə arasında sülh sazişi istiqamətində müsbət irəliləyişlər var. Dövlət başçısı görüşdə Ermənistanla sülhün şərtlərini də açıqladı. Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi vacibdir, çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Eyni dərəcədə labüddür ki, Ermənistan ATƏT-in fəaliyyətsiz Minsk qrupunun ləğvi istiqamətində əməli addımlar atsın. Ermənistanın bu öhdəlikləri bir-bir yerinə yetirməsi bizi sülhə yaxınlaşdıracaq.

Qeyd edim ki, Almaniya 12 yanvar 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulub. Səfirliklər 1992-ci ilin sentyabrında açılıb. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub

22:11
13 Aprel

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub  

20:59
13 Aprel

Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar  

20:27
13 Aprel

Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır  

19:42
13 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib  

19:09
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib

18:59
13 Aprel

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb

18:47
13 Aprel

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

18:32
13 Aprel

Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək  

18:13
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim  

18:03
13 Aprel

Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil  

17:39
13 Aprel

Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir  

17:16
13 Aprel

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub 

16:21
13 Aprel

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!