16 Iyul 2024 17:03
95
CƏMİYYƏT
A- A+

Xidmət rəisi: Bu yay isti günlərin bir qədər davamlı olacağı ehtimal edilir

 

Yay fəslinin üzümüzə gələn günlərində ölkəmizin əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Azərbaycan" qəzetinə bildirib ki, qlobal iqlim dəyişməsi, demək olar, dünyanın hər bir regionunda hiss olunacaq səviyyədədir. Bu da daha çox havanın temperaturunun yüksəlməsi ilə özünü büruzə verir. İqlim dəyişikliyinin təsiri ölkəmizdə də son illər ərzində daha qabarıq hiss olunur.

Xidmət rəisi deyib: “Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yayında həm Abşeron yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur. Yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır. Ümumilikdə iyul-avqust ayları ölkəmizin yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur”.

N.Mahmudov qeyd edib ki, qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video