16 Iyul 2024 18:41
91
CƏMİYYƏT
A- A+

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib

 

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əməliyyat tədbirləri zamanı 8 nəfərdən 5 avtomat, 2 tapança, 1 lüləsi-qundağı kəsilmiş “Toz-8” tüfəngi və 170 ədəd patron aşkarlanıb.

İdarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Surac Əliyev, Mehman Ağasıyev, Laçın Mustafayev, Emil Əliyev və Məhərrəm Seyidov saxlanılıblar. Həmin şəxslərdən 35 kiloqram marixuana, heroin, eləcə də çəkisi 43 kiloqram olan 228 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video