04 Sentyabr 2024 13:12
2459
Səhiyyə
A- A+
Xərçəngin bu növü ilə mübarizənin yeni üsulu kəşf edilib

Xərçəngin bu növü ilə mübarizənin yeni üsulu kəşf edilib

Mütəxəssislər dünyada sürətlə yayılan xərçəng xəstəliyi ilə mübarizə aparır, yeni müalicə üsulları təqdim edirlər. Alimlərin fikrincə, xərçəngin ən effektiv müalicə üsullarından biri immunoterapiyadır. Bu zaman bədxassəli xəstəliklərin müalicəsində şişi məhv etmək üçün immun sistemin resurslarından istifadə edilir. Lakin mədəaltı vəzi xərçəngindən əziyyət çəkən xəstələr üçün bu terapiya effektiv deyil.

İndiyədək hesab edilirdi ki, mədəaltı vəzi xərçəngi immun cavab yaratmır, bu da immunoterapiyanın tətbiqini qeyri-mümkün edir. Siçanlar üzərində aparılan yeni tədqiqat zamanı mütəxəssislər müəyyən ediblər ki, bu xəstəlik zamanı immun hüceyrələr şişə hücum etsə də, onun strukturlarına çətinliklə nüfuz edir.

Son aparılan araşdırmalarda amerikalı tədqiqatçılar aşkar ediblər ki, fol turşusu ilə immunoterapiya iki xərçəng əleyhinə molekulun - NKT və I tip interferonların səviyyəsini artırır. NKT hüceyrələri I tip interferon istehsal edir ki, bu da öz növbəsində T hüceyrələrinin daha sürətlə yayılmasına və şişlərə nüfuz etməsinə kömək edir.

Alimlər bildirir ki, bu kəşf mədəaltı vəzi xərçənginin müalicəsi üçün yeni dərmanların hazırlanmasına əsas ola bilər. Lakin bundan əvvəl siçanlar üzərində aparılan tədqiqatların nəticələrini insanlara uyğunlaşdırmaq lazım olacaq ki, bu da o qədər də asan başa gəlməyəcək.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!