15 Yanvar 2025 08:35
159
SİYASƏT
A- A+
Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir


"Ermənistanın baş naziri Nikol Paşinyan və onun komanda üzvləri üzdə sülhdən danışsalar da, realda yürütdükləri siyasətləri ilə bunun əksini həyata keçirirlər. Müdafiə sahəsində isə biz Ermənistanın Qərbdəki havadarlarından öldürücü silahlar almasının şahidiyik". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, rəsmi İrəvan maddi qarşılığını ödəmədən müasir hücum silahları əldə edir və fərqli platformalarda özü barədə "məzlum" obrazı yaratmağa çalışır. Daim imperialist maraqların alətinə çevrilmiş Ermənistan sülhpərvər kimi yox, aqressiv davranır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlər bu istiqamətdə konkret və aydın təsəvvür formalaşdırmaqla yanaşı, kifayət qədər önəmli mesajları da özündə ehtiva edir. Dövlət başçısı Azərbaycanın hərbi və təhlükəsizlik məsələlərinə verdiyi önəmi bir daha vurğulayaraq qeyd etdi ki, Ermənistanın silahlanması sadəcə yeni gərginliyə gətirib çıxaracaq: "Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər".

K.Bayramov qeyd edib ki, Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını yenidən işə salıb: "Ermənistanın hücum təyinatlı silahlar əldə etməsi gələcəkdə regionda münaqişənin yenidən alovlanmasını şərtləndirə bilər. Fransa və Hindistanın bu ölkəyə göndərdiyi pulsuz silahlar, Yunanıstanın "S 300" raket komplekslərini Ermənistana vermək niyyəti, adını "sülh fondu" qoyub Hayastana silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu" Ermənistanı yenidən revanşist fikirlərə salıb. Bir tərəfdən Fransa, digər tərəfdən Aİ-nin Ermənistanı silahlandırması bu qüvvələrin, əslində, Qafqazda yeni münaqişə ocağının yaranmasında maraqlı olduqlarını bir daha göstərir. Azərbaycan bütün prosesləri izləyir və Ermənistanın silahlandırılması faktlarını görür. Təsadüfi deyil ki, bu il Azərbaycanın hərbi büdcəsi rekord həddə çataraq 8.4 milyard manat olaraq müəyyən edilib. Silahlanma yarışına daxil olmaq Ermənistanın iqtisadi resurslarını daha çox hərbi xərclərə yönəltməsinə səbəb olur və bu da ölkənin inkişafını əngəlləyir, vətəndaşların gündəlik həyatını çətinləşdirir". 

Deputat diqqətə çatdırıb ki, revanşizmə meyillilik birinci növbədə Ermənistanın özünə ciddi təhlükə yaradır, çünki bu siyasət ölkəni uzunmüddətli gərginliklərə və daxili münaqişələrə sürükləyir. Revanşist siyasət onsuz da bu ölkənin zəif olan sosial vəziyyətini daha da ağırlaşdırır. Belə ki, erməni xalqı iqtisadi və sosial tərəqqi arzulayır, amma müharibə təhlükəsi narazılıqları artırır. Digər tərəfdən, həmin siyasət beynəlxalq aləmdə Ermənistanın təcrid olunmasına və mövcud müttəfiqlərinin dəstəyini itirməsinə yol açacaq ki, bu da ölkənin gələcəkdə daha da çətin vəziyyətə düşməsinə səbəb olacaq. Bu meyillər yalnız Ermənistanın daxilində deyil, həm də regiondakı digər dövlətlərin təhlükəsizlik maraqlarını da təhdid edir. 

Deputat vurğulayıb ki, Azərbaycanın prinsipial və ədalətli mövqeyi həm də beynəlxalq aləmdə bu məsələnin ciddiyyətini açıq şəkildə nümayiş etdirir. Dövlətimizin strateji hədəfləri sülhün bərqərar olması üçün hər cür diplomatik təşəbbüsləri dəstəkləməkdədir. Beləliklə, bu yanaşma eyni zamanda Azərbaycanın regionda ədalətli və davamlı sülhün təmin olunması yönündə həyata keçirdiyi ardıcıl siyasətin ifadəsidir.

K.Bayramov bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülhdə maraqlıdırsa, pozitiv addımlar atmalıdır: "Birinci növbədə,  Minsk qrupunun ləğvini dəstəkləməli, konstitusiyasından Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinadla bağlı müddəanı çıxarmalı, eyni zamanda sürətlə silahlanma prosesindən əl çəkməlidir. Yalnız belə olan halda regionda dayanıqlı sülh və təhlükəsizlikdən söhbət gedə bilər. Doğrudur, Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan ölkəsinin Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmə ehtimalını nəzərdən keçirdiyini bildirib. Eyni zamanda N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib. Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün şərtlərindən biridir. Amma yenə də burada sözə yox, konkret əmələ ehtiyac var, çünki rəsmi Bakının mövqeyi aydındır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!